Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rinoplastika əməliyyatında hansı risklər var? Cərrah Pərviz Aslanov DANIŞIR

Rinoplastika əməliyyatında hansı risklər var? Cərrah Pərviz Aslanov DANIŞIR

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara aydınlıq gətirəcək"

“Nəzrinin ölümü ən çox Sənan doktoru sarsıdıb. Heç bir həkim belə bir hadisənin baş verməsini istəməz. 20 minə yaxın əməliyyat etmiş bir cərrahın səhv etməyi mümkünsüzə yaxındır. Ekspertiza rəyi tam hazır olmadan həbs olunması isə bütün həkimləri məyus edib”.

Lent.az-ın məlumatına görə, bunu “Unikal”a müsahibəsində burun əməliyyatından sonra komaya düşərək vəfat etmiş Nəzrin Mansurlunu əməliyyat edən həkim Sənan Mehdiyevin həbsi barədə danışan həmkarı Pərviz Aslanov deyib.  

Cərrah Dr. Pərviz Aslanov qeyd edib ki, Sənan Mehdiyevin həbsi ilə əlaqədar vəkillərin dediyinə görə ekspertiza qarşısında qoyulan 9 sualdan 6-sına hələ cavab verilməyib: “Əməliyyatdan bir gün sonra kafi vəziyyətdə evə gedən Nəzrin təcili tibbi yardım həkimlərinin ev şəraitində vurduğu dərmanlar, başqa həkimlərin təyinatı, digər klinikada aparılan müalicə ilə bağlı məlumatsızıq. Ev şəraitində xəstəyə sistemlər qoşulub, təyinatı kimin verdiyi açıqlanmır. Baş ağrıları olan Nəzrinin vena daxilinə yeridilən dərmanlardan sonra vəziyyəti daha da ağırlaşıb. Məncə, mərhumun patoloji anatomiya müayinəsində Sənan həkimin də iştirakı təmin olunmalıydı. Dünya təcrübəsində ölüm səbəbini araşdıran həkim qruplarında müvafiq ixtisas sahibləri mütləq şəkildə iştirak edir”.

Pərviz Aslanov bildirib ki, Kompüter Tomoqrafiya (KT) müayinəsinə görə hipoksik beyin ölümü baş verib, beyin ölümünün səbəbi isə rinoplastika deyil: “Ölkəmizdə cərrahi əməliyyat zamanı məsuliyyətin yalnız cərrahın üzərinə düşməsi adi haldır və səhvdir. Əməliyyat bir komanda işidir. Xəstəxana, laboratoriya, sterilzasiya, əməliyyatxana, reanimasiya, bir sözlə bütün tibbi personal məsuliyyəti bölüşməlidir. Mənə elə gəlir ki, məhkəmə tibbi eskpertizanın yekun rəyi bütün suallara tam aydınlıq gətirəcək”.

“Heç bir əməliyyat risksiz deyil”

Pərviz Aslanov qeyd edib ki, Nəzrin Mansurlu ilə bağlı ilkin rəydə alın sümüyündə sınıq olması haqqında deyilib: “Lakin KT-də nəticə belə qeyd olunub: “Kəllə sümüklərində sınıq və destruksiya izləri müşahidə olunmur”. Burun və kəllə sümüklərinin sınığı nəticəsində mütləq ölüm olur deyə bir şey də yoxdur. Və ya ölüm meningitdən olubsa, yenə cərrahı günahlandırmaq düzgün deyil. Cərrah meninqokları cibindən çıxarıb xəstənin kəllə boşluğuna keçirməyib. Baş-beyin, ağız boşluğu əməliyyatlarından sonra pasiyentlərdə bakteriemiya, septisemiya, septik şok kimi ağırlaşmalar ola bilər”.

Həkim onu da vurğulayıb ki, meningit, sepsis, septik şok kimi ciddi səbəblərdən 3-5 gün ərzində ölüm baş vermir: “ Adətən, belə qısa müddətli ölümlərin səbəbi tromboz, trombemboliya olur. Klinik gedişat tromboza uyğundur. Tromboz cərrahi ölümlərin 2% təşkil edir və bundan kimsə sığortalanmayıb”.

Pərviz Aslanova görə, pasiyentin əməliyyatdan sonra öz ayağı ilə xəstəxanadan çıxışı əməliyyatın uğurlu nəticələndiyinin sübutudur:  “Cərrahın peşəkarlığına və etik dəyərlərinə uyğun olaraq heç bir əməliyyat risksiz deyil, önəmli məqam həkimin öz sahəsində ən yaxşısını təqdim etməsi və pasiyentə yüksək keyfiyyətli tibbi xidmət göstərməsidir. Qeyd edim ki, əməliyyat sonrası ağırlaşmalar dünyanın hər yerində var”.

“Əgər komplikasiyalar əməliyyatdan sonra düzgün müalicə və izləmə ilə bağlıdırsa, cərrah məsuliyyət daşıya bilər. Lakin bəzi hallarda pasiyentin əməliyyat sonrası izləmə dövründə və ya evə getdikdən sonra etdiyi yanlış hərəkətlər, eləcə də digər amillər komplikasiyalara səbəb ola bilər və bu hallarda cərrahın məsuliyyəti olmur. Bu cür məsələlərdə mütləq hüquq və tibb mütəxəssisləri ilə məsləhətləşmək vacibdir”- deyə, həkim qeyd edib.

“Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”

“Heç bir həkim xəstəsinin ağırlaşmasına sevinmir. Əksinə onunla birgə üzülür, məhv olur, sınır. Tibbdə heç vaxt 100 faizlik nəticə yoxdur. Bəzən hər şeyə rağmən alınmır, gücün çatmır, fəsadlaşmanın qarşısını almaq səndən asılı olmur...”- deyən həkim qeyd edib ki,  pinoplastika planlı əməliyyatdır: “Dünya təcrübəsinə də baxsaq görərik ki, bu əməliyyatdan sonra ölüm təyyarə qəzası qədər nadir rast gəlinən hadisədir. Sənan doktorun həkimlik fəaliyyətində uğurlu əməliyyat nümunələri saysızdır. Rinoplastika estetik cərrahiyyə əməliyyatıdır və hər bir əməliyyat özünə məxsus risklər daşıyır.

Həkim pasiyentə fərdi yanaşır, əməliyyatın nəticələrini daha da yaxşı etmək üçün müasir texnalogiya və təcrübələrdən istifadə edir. Lakin bütün əməliyyatlarda olduğu kimi fəsad və ağırlaşmaların az olmasına baxmayaraq, həmişə risklər qaçılmazdır. Ən vacib məqam komplikasiyaların səbəbləri və bunların necə idarə olunmasıdır. Ölümün səbəbi həmişə əməliyyatla bağlı olmaya bilər və bunun müəyyən edilməsi üçün daha ətraflı tibbi qiymətləndirmə tələb olunur. Pasiyentin əvvəlki tibbi tarixçəsi və xüsusiyyətləri diqqətə alınmalıdır”.

Rinoplastika əməliyyatında hansı risklər var?

Pərviz Aslanov bildirib ki, rinoplastika estetik və funksional məqsədlə icra olunan burun əməliyyatıdır: “ Hər bir cərrahiyyə əməliyyatı kimi rinoplastikada da risklər var. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. Əməliyyat sonrası infeksiya əsasən antibiotiklərlə müalicə olunur. Burun qanaxmaları adətən çox cüzi olur, sürətlə dayandırılır. Nadirən buruna tampon qoyulur. Anesteziya ilə əlaqəli risklər, ürək ritminin pozulması və ya tənəffüs problemləri kimi hallar da mümkündür. Burun estetikası ilə bağlı əməliyyatdan sonra psixoloji dəyişikliklər də yarana bilər. Pasiyentlər gözlədikləri və ya mümkün ola bilməyən nəticənin əldə etmədikdə, bu onların emosional vəziyyətinə təsir göstərə bilər.

Son olaraq allergik reaksiyaları qeyd etmək istəyirəm. Xəstə müəyyən dərmanlara, gipsə və digər tibbi materiallara qarşı allergik reaksiya verə bilər. Həkimlər əməliyyatdan əvvəl pasiyenti risklər barədə tam məlumatlandırır. Hətta müəyyən yazılı sənədləri oxuyub imzalamaq üçün təqdim edirlər”.

“Ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”

Pərviz Aslanova görə, Azərbaycanda həkim  işləmək  özü bir qəhrəmanlıqdır: “Müraciət edən  pasiyentlərin  çoxu həkimdən zəmanət tələb edir. Bu hadisə ilə bağlı aparılan müzakirələrdən də görünür ki, baş verən hadisə Azərbaycan həkimində bir ruh düşkünlüyü yaradıb. Hər gün  yüzlərlə həkim Sənan doktorun həbsini pisləyir, ağır xəstəni əməliyyat etməkdən çəkindiklərini və bir gün özlərinin də həbs olunma təhlükəsindən yazırlar. Bu çox mənfi bir  tendensiyadır. Baş verən hadisə ciddi araşdırılmalı, ekspertiza rəyi tam yekunlaşmadan həkim həbs olunmamalı idi”.

Pərviz Aslanov deyib ki, əgər dünya və Avropa təcrübəsinə baxsaq,  məsələn Avropa qanunlarına əsasən Konvensiya 3-cü şəxslərə qarşı cinayət işinin qaldırılmasını tələb etməsə də,  2-ci maddə (yaşamaq hüququ) yaradılması tələb olunan effektiv məhkəmə sistemi cinayət hüququna müraciət tələb edə bilər,  bəzi hallarda isə etməlidir:” Lakin əgər yaşamaq  hüququnun pozulması qəsdlə əhatə olunan əməllərin nəticəsində baş verməyibsə, 2-ci maddə ilə nəzərdə tutulan effektiv məhkəmə sisteminin yaradılmasına dair pozitiv öhdəlik hər bir halda cinayət hüquqi vasitələrdən istifadəni tələb etmir.

Konkret olaraq, Almaniyada bir həkimin həbs olunması üçün tam araşdırma aparılmalı və sübut olunmalıdır ki, həkim tibbi standartları pozub və ya onun hərəkətləri məqsədli olub, məsələn, xəstənin vəziyyətin gizlətmək. Hətta belə hallarda qərar çıxana kimi həkim nəzarət altında və ya məhdudiyyətlə  işləməyə davam edə bilər. Bu hadisə ilə bağlı araşdırma edərkən indiyədək  dünya praktikasında cərrahi ağırlaşmaya görə hansısa həkimin həbsi ilə bağlı heç bir fakta rast gəlmədim”.

“Həkimlərin hüquqlarını qoruyan  peşəkar təşkilatlar yaradılmalıdır”

Cərraha görə, həkimlərin hüquqları qorunmasa,  hər il xarici  ölkələrə  üz tutan həkimlərin sayı daha da arta bilər: “2022-2023-cü illərdə 3000-ə yaxın azərbaycanlı həkim Almaniyada çalışmaq üçün bütün baryerləri keçib. 2024-cü ilin nəticəsi bu il açıqlanacaq. Ən pis halda Azərbaycan Tibb Universitetini bitirən kimi uzmanlıq təhsili üçün Türkiyəyə gedirlər və böyük əksəriyyəti geri qayıtmır. Bütün bunları nəzərə alaraq həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar yaradılmalı, həkimlərin peşə məsuliyyətinə dair sığorta sistemi tətbiq olunmalı və digər əməli addımlar da atılmalıdır”.

Qeyd edək ki, Pərviz Aslanov 2006-cı ildə Azərbaycan Tibb Universitetini bitirib. ABŞ, Braziliya, Avropa da daxil olmaqla dünyanın 50-yə yaxın ölkəsində ixtisasartırma kurslarında və beynəlxalq konfranslarda iştirak edib. 15 ildir rinoplastika və burun daxilinə aid bütün patologiyaların müalicəsi ilə məşğul olur.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda doktorantura təhsili alıb, elmi tədqiqat işləri aparıb. 2021-ci ildə otorinolarinqologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:319
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Yanvar 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri