Riskli bir təşəbbüs Cim Kerriyə necə 30 milyon dollar qazandırdı...
Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.
...Aktyor Cim Kerri bir dəfə sabit maaşla riskə girmiş və nəticədə “Həmişə “bəli” de...” komediyasının uğuru sayəsində təxminən 30 milyon dollar qazanmışdı.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Far Out Magazine yazıb.
...1990-cı illərdə Kerri Hollivudda ən çox qazanan aktyorlardan biri və hər film üçün 20 milyon dollar həddini keçən ilk aktyor olmuşdur.
Onun sürətli yüksəlişi 1994-cü ildə üç uğurlu komediyanın – “Eys Ventura: Ev heyvanlarının axtarışı”, “Maska” və “Axmaq və daha axmaq” filmlərinin çıxması ilə başlayıb. Daha sonra o, tanrının güclərini qazanan bir insanı canlandırdığı “Hər şeyə qadir Bruc” filmindəki roluna görə 25 milyon dollar qazandı.
Lakin, 2000-ci illərin sonlarında aktyorun populyarlığı azalmağa başladı və bir neçə uğursuz layihədən sonra Kerri risk etmək qərarına gəldi.
Rejissor Peyton Ridin “Həmişə “bəli” de...” komediyasında rol alarkən o, ilkin ödənişdən imtina etdi və filmin mənfəətinin 36,2 faizini öz üzərinə götürməyə razı oldu.
Film britaniyalı komediyaçı və yazıçı Denni Uollesin kitabı əsasında çəkilib.
Süjet onun təcrübəsi ətrafında cərəyan edir: altı ay ərzində o, "yox" demədən istənilən təklifi qəbul edirdi. Filmin uyğunlaşmasında Kerrinin obrazı Terens Stampın canlandırdığı motivasiya gurusu ilə təlim keçdikdən sonra eyni prinsiplə yaşamağa qərar verən bank işçisidir.
Film uğur qazandı və dünya miqyasında təxminən 223 milyon dollar gəlir əldə etdi.
Mənfəətin faizi sayəsində Kerri təxminən 30 milyon dollar qazandı və bu da filmin uğuruna qoyduğu riskli mərcin özünü doğrultduğunu sübut etdi.
Nazlı Almuradova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Mart 2026 20:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















