Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Rollar dəyişir: Ukrayna ilə bağlı ittihamlar artır, Zelinski hədəfə çıxarılır TƏHLİL

Rollar dəyişir: Ukrayna ilə bağlı ittihamlar artır, Zelinski hədəfə çıxarılır TƏHLİL

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ və Rusiya nümayəndə heyətləri arasında yüksək səviyyəli danışıqlar baş tutub. Görüşdə ABŞ tərəfini Dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Vals və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiven Vitkoff, Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev təmsil edib.

Danışıqların əsas mövzusu arasında ikitərəfli münasibətlərin normallaşdırılması və Ukraynadakı münaqişənin həlli yer alıb. Görüşün sonunda tərəflər, yüksək səviyyəli komanda yaradaraq sülh danışıqları aparmaq və iqtisadi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Ər-Riyadda keçirilən bu görüş, ABŞ və Rusiya arasında əlaqələrin normallaşdırılması və Ukraynadakı münaqişənin həlli istiqamətində atılan mühüm bir addım olaraq qiymətləndirilsə də, Ukrayna və Ukraynaya dəstək verən Qərbin masa arxasında yer almaması suallar doğurur.

Ukraynalı politoloq Valeri Dımov ABŞ-nin Avropanı danışıqlar masasında əyləşmək üçün bərabərhüquqlu tərəf kimi görmədiyini düşünür.

“Trampın bəyanatları Ukraynanın taleyinin Kiyevin iştirakı olmadan həll ediləcəyi anlamına gəlmir. Bu gün Tramp Ukrayna və Avropanı bərabərhüquqlu tərəflər kimi görmür. Rusiya nüvə silahına malik, dünyanın nizamı və gündəminə ciddi təsir göstərə bilən ölkə olduğuna görə, Tramp düşünür ki, onunla danışıqlar aparmaq olar, amma bu o demək deyil ki, Tramp Rusiya ilə Moskvanın şərtləri əsasında danışıqlar aparacaq. Biz, yəni Ukrayna və Avropa arxamızdan sazişlərin bağlanmasına imkan verməyəcəyik, öz maraqlarımız uğrunda mübarizə aparacağıq, danışıqlar subyektinə və bərabərhüquqlu iştirakçısına çevriləcəyik. Putinin maraqlarına cavab verməyən istənilən hakimiyyət onun üçün qeyri-legitim sayılır. Ukraynada seçkilər keçirilərsə, Rusiyanın diktəsi ilə qeyri-rusiyayönlü prezident hakimiyyətə gəlsə, o, bunu da qeyri-legitim sayacaq və ya yenidən seçkilərin keçirilməsini tələb edəcək. Yaxud Ukrayna ilə Rusiya arasında bağlanmış Böyük Müqavilədən tutmuş, beynəlxalq hüquqa qədər bütün razılaşmaları ləğv edəcək”, - deyə Dımov APA-ya açıqlamasında bildirib.

ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində Ukrayna lideri Volodimir Zelenskinin reytinqinin 4 faizə düşdüyünü deyib.

Zelenskinin reytinqi 4 faizdir?

Ukraynalı politoloq Zelenskinin reytinqinin, həqiqətən də, düşdüyünü, lakin Trampın da dediyi kimi, 4 faiz olmadığını deyib: “Zelenskinin reytinqi aşağı olsa da, 50%-dən aşağı düşsə də, insanlar istənilən halda hökumətə güvənir, çünki anlayırlar ki, müharibə zamanı seçki keçirmək müharibənin girovu olmaq deməkdir. Biz indi seçkiləri BMT standartları və Avropa standartları ilə keçirə bilməyəcəyik. Ukraynalıların əksəriyyəti Putinin təcavüzünə qarşı mübarizə aparacaq istənilən hökuməti dəstəkləyir. Tramp da bunu başa düşməlidir. Bu baxımdan ukraynalılar hesab edirlər ki, müharibə və ya Rusiyanın hər an pozmaq ehtimalı olan atəşkəs zamanı keçirilən seçkilərin nəticələri Moskvanı qane etməsə, Putin onu qeyri-qanuni və qeyri-legitimdir adlandıracaq. Biz Zelenskini deyil, Ukraynaya qarşı raketlə vuruşan dövlətlə mübarizə aparan istənilən hakimiyyəti dəstəkləyirik. Ukraynadakı istənilən hakimiyyət bunu nəzərə almalıdır, antirusiya mövqeli olmalıdır”.

Müharibə şəraitində olan Ukraynada prezident seçkiləri mümkündürmü?

Hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsi mümkünlüyü barədə danışan ukraynalı politoloq deyib ki, bu mümkün deyil, müharibə dövrünün hüquqi rejimində qanunla qadağandır: “Milyonlarla ukraynalı ölkədən kənarda olduğu üçün bu, mümkün deyil. Yüz minlərlə insan cəbhə xəttindədir, Ukrayna ərazisinin bir hissəsi işğal altındadır. Seçkiləri Rusiya işğalı altında olan əraziləri nəzərə almadan keçirməklə, biz praktiki olaraq etiraf edirik ki, işğala məruz qalan insanlar Ukrayna vətəndaşı deyil. Bunun legitimləşdirilməsi, əslində, bir növ suverenliyin məhdudiyyətlərinin tanınmasıdır və bu amil rusiyayönlü qüvvələr, eləcə də Putin tərəfindən istifadə olunacaq. Buna görə də seçkilər keçirtmək Ukrayna qanunvericiliyinə uyğun gəlmir, qanunsuzdur”.

Avropa Ukraynanı iki güclə təkbətək qoyur?

“Avropa indi dönüş nöqtəsindədir. Ştaynmayerin təbirincə desək, işıqdan hürkmüş maralın vəziyyətindədir. ABŞ-ın vitse-prezidenti Vensin bəyanatı “soyuq duş” effekti verərək, Avropanı ayıltdı. Bu, əslində, Avropanın oyanışıdır. Avropa yuxudan oyanmalıdır ki, sosial proqramlarını, təhlükəsizlik proqramlarını inkişaf etdirsinlər, öz təhlükəsizliklərini düşünsünlər. Avropa, deyək ki, bəzi ABŞ nümayəndələrinin sözləri ilə desək, masa arxasında oturmaq haqqını qazanmayıb. Yəni, ABŞ belə düşünür ki, əgər siz (Avropa) öz təhlükəsizliyiniz üçün mübarizə aparmırsınızsa, bizdən asılısınızsa, o zaman sizin təhlükəsizliyinizlə bağlı danışıqlar üçün biz sizə niyə masa arxasında oturmaq hüququ verməliyik?! Bu baş verənlər avropalılara oyanmaq üçün fürsətdir. Avropa başa düşməlidir ki, onun təhlükəsizliyi bu gün Ukraynanın həm qərb, həm də şərq sərhədlərindən asılıdır. Avropanın təhlükəsizliyi üçün Ukrayna əsgərləri qədər heç kim mübarizə aparmır. Ona görə də hesab edirəm ki, Avropanın Ukraynanı onun taleyini müəyyən etmək qərarına gələn iki güclə tək qoymağa haqqı yoxdur”, - deyə Dımov fikrini yekunlaşdırıb.

Ər Riyad görüşünə dair fikirlərini APA ilə bölüşən Rusiya Siyasi Araşdırmalar İnstitutu direktor müavini Daria Qrevtsova isə Ukraynanın taleyinin onun iştirakı olmadan müəyyən edildiyi fikri ilə razılaşmır: “Ukrayna təbii ki, danışıqlarda iştirak edəcək. Lakin müharibəni deyil, sülhü müdafiə edərsə... Ukrayna, həqiqətən də, öz seçimini sülhdə görərsə, danışıqlar masasında yer alacaq və həll yollarının birgə işlənməsində iştirak edəcək, sülh müqaviləsi üzrə kompromis olacaq. İndi, gördüyümüz kimi, Ukrayna müharibəni davam etdirməyə can atır. Hətta Ukrayna deyil, bu müharibəni davam etdirməyə çalışan Zelenskidir... O, bütün səylərini məhz bu müharibənin davam etməsi üçün sərf edir. Ukrayna xalqı isə təbii ki, tamam başqa, yəni sülh istəyir”.

Seçkilərin keçirilməsi qanunidirmi?

“Donald Tramp Zelenskinin getməli olduğunu və yeni prezidentin seçilməli olduğunu bildirir. Zelenski müharibə partiyasını təmsil edir. Sülh partiyasını təmsil edən və bu münaqişəni danışıqlar masası arxasında həll etmək istəyən prezident gəlməlidir. Buna görə də Tramp ümid edir ki, Ukraynada baş tuta biləcək seçkilər ölkəyə Zelenskinin indi etdiyi kimi müharibəni davam etdirmək üçün deyil, məhz sülhü müdafiə edəcək adamı seçməyə imkan verəcək. Seçkilərin keçirilməsi tamamilə mümkündür. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət dövründə parlament seçkiləri keçirilə bilməz. Orada prezident seçkiləri ilə bağlı heç nə deyilmir. Qanundan irəli gələrək, Zelenski səlahiyyət müddətinin sonunda vəzifəsini tərk etməli, səlahiyyətlərini Ali Radanın sədrinə verməli idi. Hərçənd ki, Ali Radanın sədri də Ukraynanın qərbyönümlü faşist siyasətinin tərəfdarıdır və Rusiya üçün bu, heç də yaxşı nəticə deyil. Lakin Zelenski hakimiyyətdə qalmaq və səlahiyyət müddətini uzatmaq istəyir”, - deyə Qrevtsova bildirib.

O, Avropanın Ukraynanı tək qoymadığını da vurğulayıb: “Avropa Ukraynaya hərbi əməliyyatlar aparmaqda dəstək verməyə davam edir, lakin bu, ona faydalı olacaqmı? Faydalı hesab edərsə, bunu edəcək. İndi vəziyyətin necə cərəyan edəcəyi də Avropa liderlərinin özlərinin birliyindən asılı olacaq. Onların nə dərəcədə birləşmiş müharibə partiyası kimi çıxış edə biləcəkləri də sualdır, çünki Avropa liderləri arasında sülh partiyasının nümayəndələri də var. Ona görə də aralarında bir növ mübarizə gedir. Sülh tərəfdarları və Müharibə tərəfdarları...”

- Trampın Putinlə həmfikir olmasını ABŞ və Avropanın məğlubiyyəti kimi qiymətləndirmək olarmı?

- Xeyr! Bu, ABŞ və Avropa üçün məğlubiyyət deyil. Bu, müharibəni sonuncu ukraynalıyadək davam etdirmək istəyən və bu münaqişənin həllini mümkün qədər ləngitmək üçün bütün vasitələrdən istifadə edəcək müharibə tərəfinin məğlubiyyətidir. Amma Tramp bu münaqişənin mümkün qədər tez həll olunmasının tərəfdarıdır və sülh tərəfindən çıxış edir. Başa düşür ki, bunun üçün ona da bu sülhü dəstəkləyəcək liderlər lazımdır.

Alman politoloq, jurnalist, tarixçis, Almaniya hökumətinin keçmiş müşaviri Alexander Rahr APA-ya açıqlamasında bildirib ki, Şimali Avropa ölkələrində sadəcə həyəcan təbili çalınır: “Antiamerikanizm fikri yaranır. Makron, Şoltz və Starmer Avropanın Ukraynaya münasibətdə Amerikanın belə bir diktəsini qəbul etməyəcəyi fikirləri səsləndirir. Amma zaman avropalıların əleyhinə gedir. Çünki amerikalılar öz məqsədlərinə çatırlar. Amerikanın məqsədi isə həqiqətən bu müharibəni dayandırmaq və yenidən Rusiya ilə strateji tərəfdaşlığa başlamaqdır. Fikrimcə, ABŞ Rusiyanı Çinin qucağından çıxarmağa çalışır. Trampın məqsədi budur. Fikrimcə səhv addım olsa da, o, bunu həyata keçirir”.

Ukraynada seçkilər keçirilərsə, Zelenski uduzarmı?

Ər-Riyadda baş verənləri şərh edən alman politoloq, ABŞ-nin, əslində, Rusiyaya inkişafın gələcəyini Moskvanın maraqlarının qələbəsi kimi görmək imkanı verdiyini hesab edir: “Rusiyanın əsas tələbləri yerinə yetirilir. Amerikalılar onlarla (Rusiya ilə) razılaşdılar. Bunlar, ilk növbədə, xüsusi hərbi əməliyyat adlandırılan əməliyyatın əvvəlində irəli sürülən iki tələbdir. Bu, əslində, Ukraynanın demilitarizasiyası deməkdir. Tramp NATO-nun bu ölkəyə (Ukraynaya), Gürcüstana və postsovet məkanına genişləndirilməsinə imkan verməyəcək. Beləliklə, Qərbin əsas lideri kimi ABŞ Rusiyanın təhlükəsizlik maraqlarına uyğun addım atır. Digər məsələ: ABŞ Rusiyanın Zelenskinin qeyri-legitim olması ilə bağlı nöqteyi-nəzəri ilə razılaşır. Artıq ultimatum formasında tələb edirlər ki, yeni legitimlik əldə etmək üçün ölkədə (Ukraynada) prezident seçkiləri təyin edilməlidir. Aydındır ki, Zelenski bu seçkiləri acınacaqlı şəkildə uduzacaq. Apardığı siyasətə, döyüşmək iqtidarında olmayan gənc və yaşlı insanların hərbi əməliyyatlara cəlb edilməsinə görə Ukrayna əhalisinin aşağı təbəqələrində ona qarşı nifrət artır. Bəziləri bunu Zelenskiyə bağışlamayacaq. O, uduzacaq. Hazırda Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, Ukraynanın Böyük Britaniyada səfiri Valeri Zalujnı) daha yaxşı reytinqə malikdir, hətta fikrimcə, Arestoviçin (Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç) Rusiya ilə Ukrayna arasında hansısa barışıqda aparıcı rol oynamaq şansı böyükdür”.

Rusiya üçün vacib məqam hansıdır?

Politoloqun fikrincə, Rusiya üçün vacib məqam Ukrayna ərazisinin işğalını davam etdirməkdənsə, qələbəsinin tanınmasıdır.

“Amma Putin bunu etməyə hazırdırmı? O, Zaporojye, Xerson şəhərlərinin Rusiya şəhərlərinə çevrilməyəcəyi, Odessa və Xarkovu fəth etmək planlarından əl çəkməməsi ilə razılaşırmı? Bu, Rusiya üçün çətin olacaq. Bunu, Rusiyanın təbirincə desək, “bütün şərqi Ukraynanın nasistlərdən tam azad edilməsini” gözləyən rus xalqına izah etmək lazım olacaq. Bu zaman Rusiya sülh, müharibəni bitirmək və Trampın həyata keçirəcəyi plan naminə böyük güzəştlərə getməli olacaq. Əsas kompromis və Rusiyanın hazır olmalı olduğu əsas şey budur. Bu isə asan deyil, amma düşünürəm ki, Putin bununla razılaşacaq”, - deyə alman ekspert fikirlərini tamamlayıb.

Amerikalı analitik Stefen Blank APA-ya açıqlamasında bildirib ki, Ər-Riyad görüşünün ən əhəmiyyətli cəhəti Vaşinqtonun Moskva ilə genişmiqyaslı geosiyasi tərəfdaşlığı inkişaf etdirmək istəyidir: “Trampın baxışı budur - iqtisadi-siyasi sövdələşmələr həyata keçirmək. İqtisadi və siyasi əməkdaşlığa əsaslanan bu tərəfdaşlıq Rusiyanı indiki geosiyasi təcriddən çıxarmaq və öz növbəsində, mövcud qlobal nizama meydan oxuyan yeni strateji ox yaratmaq üçün bir vasitə ola bilər. Bu baxımdan, tərəfdaşlıq, sadəcə, dərhal narahatlıqların aradan qaldırılması deyil, həm Avrasiya, həm də transatlantik təhlükəsizlik üçün dərin təsirləri olan Rusiyanın yenidən müəyyən edilmiş qlobal mənzərədə ayrılmaz oyunçu kimi yerləşdirilməsidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Fevral 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri