Ronaldodan iddialı baş məşqçi təklifi
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmanın gələcək baş məşqçisi ilə bağlı istəyini federasiyaya çatdırıb.
QOL.az xəbər verir ki, “Topskills Sports UK” nəşrinin məlumatına görə, təcrübəli hücumçu hazırda “Əl-Nəsr”i çalışdıran Jorje Jesusun millinin baş məşqçisi olmasını təklif edib. Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin çalışdırıcısı da müvafiq təklif olarsa, məsələyə isti yanaşır.
Xatırladaq ki, Ronaldo eyni zamanda FİFA-dan üç oyunluq cəza almaq təhlükəsi ilə üz-üzədir. Portuqaliya Futbol Federasiyası onun İrlandiya ilə matçda aldığı qırmızı vərəqəyə görə tətbiq oluna biləcək cəzanın yüngülləşdirilməsi üçün müraciət hazırlayır. Cəza qüvvədə qalsa, Ronaldo DÇ-2026-nın qrup mərhələsinin ilk oyunlarını buraxa bilər.
Baxış sayı:107
Bu xəbər 13 Mart 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















