Ronaldonu sürpriz gözləyir
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda keçiriləcək “Əl-Əxdud” – “Əl-Nəsr” matçında maraqlı anlar yaşanacaq.
Futbolpress.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri rəqib komandanın kapitanı Kriştiano Ronaldo üçün xüsusi sürpriz hazırlayıblar.
Səudiyyənin “Okaz” qəzetinin yaydığı məlumata görə, “Əl-Əxdud” azarkeşləri qarşıdakı şənbə günü keçiriləcək oyunun 7-ci dəqiqəsində ayağa qalxaraq portuqaliyalı ulduzun adını xorla səsləndirəcəklər.
Azarkeşlər bu addımla Ronaldonun Səudiyyə futboluna verdiyi böyük töhfələrə və ölkəyə nümayiş etdirdiyi sevgiyə görə ona təşəkkür etmək istəyirlər.
Kriştiano Ronaldo hazırda 23 qolla bombardirlər siyahısında 3-cü pillədə qərarlaşıb. O, liderlər – İvan Toni (“Əl-Əhli”) və Xulian Kinonisdən (“Əl-Qadisiya”) 3 qol geri qalır.
Baxış sayı:80
Bu xəbər 08 Aprel 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















