Rosgidromet: COP29un təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər
Report.az saytına istinadən Icma.az xəbər verir.
Bakıda COP29 iqlim dəyişikliyi konfransının təşkilatçıları tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün çox səy göstəriblər.
"Report"un məlumatına görə, bunu "NEWS.ru"ya "Rosgidromet"in rəhbəri, COP29-da Rusiya nümayəndə heyəti rəhbərinin müavini İqor Şumakov bildirib.
Onun sözlərinə görə, RF nümayəndələri forumda işləməkdən məmnundurlar və rahatlıq hiss edirlər.
"Hər şey əladır. Qəbul edən tərəf, Azərbaycandan olan həmkarlarımız belə miqyaslı forumu təşkil etmək üçün əllərindən gələni ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu forumda 70 min iştirakçı qeydiyyatdan keçib.
Forumun ilk günlərində 80-dən çox prezident və hökumət başçısı tədbirdə iştirak edib. Ona görə də təşkilatçılıq ən yüksək səviyyədədir və biz burada işləməkdən çox məmnunuq və rahatıq", - deyə həmsöhbət qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 15 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















