Rövnəq Abdullayevin kürəkəninin bankı iclas çağırdı Banka yeni vəsait cəlb edilib
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün - 12 fevralda saat 17.00-da "Rabitəbank"ın səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.
Mia.az xəbər verir ki, yığıncaqda aşağıdakı məsələlər müzakirə olunacaq:
1.Bankın 2025-ci maliyyə ili üzrə balans, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2.Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
4. Bankın müşahidə şurası üzvlərinə mükafatın ödənilməsi.
5.“Capital Partners” İnvestisiya Şirkəti “QSC -nin müşahidə şurasının tərkibinin təsdiq edilməsi.
6.“Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin “Rabitəbank” ASC adından qərar verməsi ilə bağlı səlahiyyətli orqan və ya şəxsin təyin edilməsi.
7.“Capital Partners” İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalının artırılması.
8. Təşkilati və cari məsələlər.
Məlumat üçün onu bildirək ki, “Rabitəbank” ASC-nin səhmlərinin 40,6%-i Rauf Əliyevə, 34,64%-i Validə Abbasovaya, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsusdur.
Xatırladaq ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini olan Rövnəq Abdullayevin qızının əridir.Bankın Müşahidə Şurasının sədri isə Zakir Nuriyevdir.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 12 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















