Icma.az
close
up
RU
Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR a aid torpağı satmaq istədi

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR a aid torpağı satmaq istədi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) balansında olan 12 sot torpaq sahəsini almaq istəyən iş adamı 31 min manat pulundan olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu dələduzluq əməli ilə bağlı iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Təqsirləndirilən şəxslər-Səmədov Emil Nadir oğlu və Abasov Rövşən Ziyafət oğlu “Azərbaycan Dövlət Neft Şirkəti”nin balansında olan Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsini Elşən Quliyevin adına özəlləşdirə biləcəkləri barədə yalan vəd veriblər. Bu işin həlli üçün isə zərərçəkmiş şəxsdən 31 min manat pul alıblar.

Məhkəmədə Emil Səmədov cinayət əməlinə görə özünü qismən təqsirli bilib. Emil ifadəsində Elşən Quliyevi Rövşən vasitəsilə tanıdığını deyib.

Rövşən ona torpaq özəlləşdirmə ilə bağlı kömək lazım olduğunu bildirib. O da SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsilə bu işi həll edə biləcəyini deyib. Emil zərərçəkmişdən aldığı 31 min manatın 1000 manatını Rövşənə verdiyini, qalanını isə şəxsi ehtiyacları üçün xərclədiyini etiraf edib.

Rövşən Abasov isə bu cinayətdə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, Emilin həqiqətən də yüksək vəzifədə işləyən tanışlarının olduğuna inanıb. Hətta Emil zərərçəkmişə onu sənədləşmə üçün Azərbaycan Dövlət Neft Şirkətinə çağıracaqlarını deyib.

Zərərçəkmiş şəxs özü də məhkəmədə ifadə verib. Elşən Quliyevin sözlərinə görə, Rövşən ona Azərbaycan Dövlət Neft Şirkətinin direktoru Rövşən Nəcəfin qohumu olduğunu deyib. Xüsusilə buna görə onun sözlərinə inanıb. Təqsirləndirilən şəxs isə bu məsələ ilə bağlı düz danışdığını əlavə edib. O, həqiqətən də Rövşən Nəcəfin qohumu olduğunu, lakin direktorun bu işə aidiyyəti olmadığını qeyd edib.

İstintaq müddətində Rövşən Abasov ona çatan 1000 manatı zərərçəkmişə geri ödəyib. Emil isə 30 min manatdan cəmi 8 min manat qaytara bilib.

Yekunda təqsirləndirilən şəxslər ikisi də xeyli miqdarda dələduzluqda təqsirli biliniblər. Hökmə əsasən, Emil Səmədova 2 il həbs cəzası verilib. Rövşən Abasov isə 5 min manat cərimə cəzasına məhkum edilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri