Röyadan ETİRAF: “Biz evlənəndə onun ailəsi bizdən hər şeyi əsirgəmişdi” VİDEO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovla bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, bu barədə Röya “Elgizlə izlə”də danışıb. Röya deyib ki, evləndikləri ərəfədə Anarın ailəsi onlardan hər şeyi əsirgəyib:
“Ərə getdiyim oğlan kasıb olub da. Bilin ki, mən elə kasıb oğlana ərə getmişəm. Ola bilər ki, adı üstümdə var idi, biz evlənəndə bizdən hər şeyi əsirgəmişdilər. Amma mən kasıb oğlana ərə getmişəm, 10 il onu sevib, yaşamışam.
Evlənən gün bütün kartlar filan, hər şey bağlanmışdı. Biz işləyirdik, ailəmizi qurub qəşəng yaşayırdıq. Kaş ki, müdaxilələr olmazdı. Müdaxilə olmasa, biz indi çox xoşbəxt idik.
Aidiyyəti olmayan adamlar onun valideynlərinə elə sözlər deyirdilər ki, onlar da bizə qarşı çönürdülər. Deyirdilər, müğənni elədir, müğənni belədir, mən müğənnilərə quzu kəsərəm”.
Qeyd edək ki, Anar iş adamı Çingiz Cəlilovun oğludur.
Sara, Bizim.Media
Baxış sayı:92
Bu xəbər 24 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















