Icma.az
close
up
RU
RTÜK Baxçalının serialını da cərimələdi

RTÜK Baxçalının serialını da cərimələdi

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) bir sıra televiziya kanalları və rəqəmsal platformalara cərimə tətbiq edib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, RTÜK-ün qərarına əsasən, “Halk TV”, “SZC TV”, “Kanal D”, “NOW TV”, həmçinin “Amazon Prime Video”, “Netflix” və “HBO Max” “yoğun şiddət” məzmununa görə inzibati cərimə ilə cəzalandırılıb.

Bundan əlavə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı tərəfindən bəyənildiyi bildirilən “Yeraltı” serialının 6 bölümünə də cərimə kəsilib.

RTÜK-ün açıqlamasına görə, şiddət səhnələrinin geniş yer aldığı və uşaqları, gəncləri zorakılığa və cinayətə təşviq etdiyi hesab edilən layihələrə qarşı tədbir görülüb. 

Qurumun iclasında “Yeraltı” və “Eşref Rüya” serialları ilə yanaşı, üç rəqəmsal platformadakı film və seriallar da şiddəti təşviq etdikləri əsas gətirilərək cəzalandırılıb.

Qeyd edək ki, bir neçə ay öncə MHP sədri Dövlət Baxçalı “NOW TV”də  yayımlanan “Yeraltı” serialında “Bozo” obrazını canlandıran Uraz Kaygılaroğluna zəng edib serialın uğurlu yayımından və türkiyəli gəncləri pis vərdişlərdən uzaq tutmağı hədəfləyən nümunəvi ssenarisindən məmnun olduğunu bildirmişdi. Eyni zamanda, “Bozo”ya bozqurd rəsmini hədiyyə etmişdi.

Xatırladaq ki, Kahramanmaraşda məktəblərin birində baş verən silahlı insidentdən sonra Türkiyənin məşhur serialları - “Yeraltı”, “Eşref Rüya”, “A.B.İ” və “Taşacaq Bu Deniz”in ssenarilərinin dəyişəcəyi ilə bağlı məlumat yayılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2026 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri