Icma.az
close
up
RU
“Ruhun rəssamı”nın “rənglər bayramı”

“Ruhun rəssamı”nın “rənglər bayramı”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağa Mehdiyev – 105

Koloritdən güclü emosional təsir vasitəsi kimi istifadə edən, öz əsərlərini ahəngdar və dekorativ rəng çalarlarında işləyən Xalq rəssamı Ağa Mehdiyev gözəlliklər yurdu İsmayıllının yeddi dağ arasında yerləşən Lahıc qəsəbəsində dünyaya göz açaraq rəngarəng yaradıcılıqla dolu həyat yolu keçib. Novruz bayramına təsadüf edən doğum günü, Girdiman çayının, uca dağ şəlalələrinin, bulaqların axdığı, misgərlərin çəkic zərbləri ilə həmahəng, nəfis ornamentli xalçalar diyarı olan bu torpaqda dünyaya gəlişi həyatı boyu yaratdığı tabloların rəng və koloritində özünü coşqunluqla büruzə verib.

Onun qardaşları elmi, özü isə təsviri sənəti seçmişdi. Manaf Süleymanov öz kitabında bu barədə belə yazır: “...Ağa Cəfərin övladlarından Soltan Mehdiyev kimya elmləri üzrə akademik, Əlövsət Mehdiyev tibb elmləri doktoru, professor idi, Ağa Mehdiyev isə istedadlı rəssamdır”.

Ağa Mehdiyev 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirəndən sonra bir çox respublika və ümumittifaq sərgilərində iştirak edərək müxtəlif mövzu və janrlarda yaddaqalan əsərlər yaradıb. Rəssam “Gizli “Nina” mətbəəsi”, “Savadlılar ailəsi”, “Partizan”, “Zaqatala peyzajı”, “Fərhad dağ çapır”, “Bakıda “Kommunist” küçəsi”, “Qatır Məmmədin dəstəsi”, “Qurzuf”, “Xəzər neftçiləri”, “Tərbiyəçi”, “Lahıc”, “Girdiman”, “Göyçay”, “Köhnə neft mədənində”, “Ayıdağ” və s. kimi ilkin yaradıcılıq əsərlərində kompozisiyanın bütövlüyünə, rənglərin ifadəli çıxmasına nail olub. Yaradıcılığında kitab tərtibatına da yer verib. “Xoruz”, “Qarı və buzov”, “Balaca maşinist” kimi kitablara uşaqların zövqünə uyğun gözəl rəsmlər çəkib.

Əgər XX əsrin 20-30-cu illəri Azərbaycanda peşəkar rəngkarlıq sənətinin formalaşma dövrü kimi əlamətdardırsa, 50-60-cı illər isə rəngkarlığın yeni sənət üfüqlərinə, orijinal ifadə tərzinə, janr rəngarəngliyinə yüksəlməsi dövrü olub. Bu dövr ciddi yaradıcılıq axtarışları aparan, sənətdə öz dəst-xətti ilə seçilən yeni rəssamlar nəslinin yetişdiyi mərhələ idi. Azərbaycan incəsənətində dəzgah boyakarlığının özünəməxsus kolorit zənginliyi ilə seçilən Ağa Mehdiyev məhz bu dövrdən öz sözünü bacarıqla deyən rəssamlarımızdan olub.

Onun əsərləri 20-dək ölkədə uğurla nümayiş etdirilib, dəfələrlə fərdi sərgiləri keçirilib. Məsələn, Yaponiyada rus və sovet incəsənətinin fəal təbliğatçısı kimi tanınmış kolleksiyaçı xanım Nakamura rəssamın 12 peyzajını əldə etmiş və 1976-cı ildə “Müasir sovet rəngkarlığı” sərgisinin kataloqunda onun Tokiodakı şəkil qalereyasında olan 3 peyzajı yer almışdı. Güclü rəng hissiyyatına malik olan sənətkarın “Türkiyədə” seriyasına daxil olan tablolarında heyrətamiz mənzərələr, arxitektura özəllikləri peşəkar yetkinliklə tamaşaçı müzakirəsinə təqdim edilib. Ağa Mehdiyevin “M.Ə.Rəsulzadənin portreti” əsəri M.Ə.Rəsulzadə tərəfindən Ankarada qurulan (1949) “Azərbaycan Kültür Dərnəyi”ndə daimi ekspozisiyada yer alıb.

Şərtilik yalnız rəsmlərin kompozisiya quruluşu və obrazların həllində deyil, rəssamın ümumi təsvir dilində, metodunda özünü göstərirdi. Ağa Mehdiyevin rəsmlərinin koloroti də şərti dekorativ xarakter daşıyırdı. Onun “Yolasalma”, “İntizar”, “Eyvanda”, “Səhər”, “Xalçaçı”, “Nar yığımı”, “Uca dağlarda”, “Bahar”, “Kamança çalan”, “Yaylaqda”, “Xalq bayramı”, “Güləş”, “Yağışdan sonra”, “Qızmar gün”, “Abşeron”, “Köhnə həyət”, “Sakitlik”, “Qayıqlar”, “Dağlar”, “Qala”, “Çoban”, “Dağlı qadın”, “Lahıclı qız”, “Günəşli gün”, “Təndir başında”, “Payız”, “Bürkü”, “Şər qarışanda” və s. kimi əsərlərində Azərbaycanın dilbər guşələrini, sadə insanların portretlərini, zəhmətini, gözəlliyini görürük. Rəssam hadisələrin cərəyan etdiyi mühiti, hava və işıq effektlərini inandırıcı verə bilir, günəşli palitraya meyl edirdi. Buna görə də onun tablolarında parlaq günəş işıqları bərq vurur.

Tanınmış şair, ədəbiyyatşünas Rəfiq Zəka Xəndan 1996-cı ildə Türkiyədə nəşr olunan “Candaş” qəzetində Ağa Mehdiyevi “Ruhun rəssamı” adlandırmışdı. Çünki onun əsərləri ruh oxşayır. Rəssam sanki predmetin yox, rəngin, kompozisiyanın axtarışındadır. Məşhur fransız rəssamı Ejen Delakruanın sözləri ilə desək, “Hər bir tablonun birinci təəssüratı bayram olmalıdır”. Ağa Mehdiyevin tabloları rənglərin bayramıdır, mövzusundan asılı olmayaraq, çılğın rəng çalarlarının bir-biri ilə vəhdəti bunu sübut edir. Rəssamın yaradıcılığında şəxsiyyətlərin xarakterik cizgilərini büruzə vermək, obrazlarda tipik cəhətləri üzə çıxarmaq bacarığı bütün tablolarında müşahidə edilir.

Azərbaycan təsviri sənəti tarixində iz qoymuş Ağa Mehdiyev 83 il ömür sürüb. Onun incəsənətimizin qiymətli nümunələri olan əsərləri sənətkarı yaddaşlarda daim yaşadacaq.

Könül ƏZİMOVA,
Rəssamlar İttifaqının üzvü, sənətşünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see287

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see268

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see267

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see260

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see254

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see241

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see236

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see233

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see232

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see229

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see227

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see223

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see217

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see214

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see213

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see210

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see206

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see196

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see191

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri