Icma.az
close
up
RU
Rumıniya ABŞ dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər

Rumıniya ABŞ dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Rumıniya hökuməti Rusiyanın “Lukoil” şirkətinə məxsus “Petrotel” neft emalı zavodunun fəaliyyətinin bərpası üçün ABŞ-yə rəsmi müraciət edib.

Modern.az xəbər verir ki, bu barədə Rumıniyanın energetika naziri Boqdan İvan bildirib. Onun sözlərinə görə, zavodun yenidən işə salınması ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin (OFAC) icazəsindən asılıdır.

Nazir qeyd edib ki, Ployeşti şəhərində yerləşən zavod texnoloji baxımdan əsasən Rusiyanın “Urals” markalı ağır və yüksək kükürdlü neftinin emalı üçün nəzərdə tutulub. Bu səbəbdən də müəssisə ABŞ-nin razılığı olmadan fəaliyyətə başlaya bilməz.

Boqdan İvanın sözlərinə görə, əgər Vaşinqtondan müsbət cavab alınarsa, zavodda Rusiya nefti deyil, Azərbaycan və Qazaxıstandan tədarük ediləcək xam neft emal olunacaq. O, vurğulayıb ki, bu ölkələr Rumıniya üçün etibarlı enerji tərəfdaşları hesab olunur.

Nazir əlavə edib ki, zavodun işə salınmasından sonra bütün proseslər dövlətin ciddi nəzarəti altında həyata keçiriləcək. Bu mexanizm sayəsində nə Rusiyadan neft idxal ediləcək, nə də əldə olunan gəlir Rusiyaya yönləndiriləcək.

“Biz OFAC-a müraciət etmişik ki, “Petrotel” zavodunun yenidən işə salınmasına icazə verilsin. Qərar qəbul edildikdən sonra təxminən 45 gün ərzində personalın cəlb olunması, avadanlıqların uyğunlaşdırılması və istehsalın bərpası mümkün olacaq”, – deyə nazir “Digi 24” telekanalına müsahibəsində bildirib.

Boqdan İvan, həmçinin qeyd edib ki, Rumıniyanın əsas məqsədi daxili bazarda dizel və benzin təklifini artırmaqdır. Onun sözlərinə görə, bu addım ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə və alternativ mənbələrdən asılılığın artırılmasına xidmət edir.

Nazir vurğulayıb ki, Ukraynaya qarşı Rusiya tərəfindən həyata keçirilən müharibə fonunda “Lukoil” şirkəti nə Rumıniya dövləti, nə də Qərb ilə yaxın münasibətlərə malikdir. Buna baxmayaraq, rəsmi Buxarest iqtisadi və praqmatik maraqları nəzərə alaraq zavodun fəaliyyətini bərpa etmək niyyətindədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Aprel 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri