Icma.az
close
up
RU
“Rus evi”nin qanunazidd addımları: Baş verənlər Azərbaycan Rusiya münasibətlərinə kölgə salacaq?

“Rus evi”nin qanunazidd addımları: Baş verənlər Azərbaycan Rusiya münasibətlərinə kölgə salacaq?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, bir neçə gün öncə Azərbaycandakı “Rus evi”nin fəaliyyətinə ölkə qanunvericiliyini pozduğuna görə xitam verilib. Rossotrudniçestvo Agentliyinin rəhbəri Yevgeni Primakov Azərbaycanda fəaliyyət göstərən "Rus evi" ilə bağlı nota aldıqlarını təsdiqləyib. O bildirib ki, Bakının notasında "Rus evi"nin qeydiyyatdan keçməsi tələb olunur.

"Rus evi" Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunur. Belə ki, “Rus evi”nin əsas missiyası təkcə casus-kəşfiyyat yuvası rolunu oynamaq yox, həm də Azərbaycan da daxil olmaqla, yerləşdiyi ölkələrin ümumi siyasi xəttinə zidd, ziyanlı təbliğat aparmaqdır.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Rus evi”nin Azərbaycandakı nümayəndəliyinin bağlanması məsələsini şərh edərkən deyib ki, Rusiya “Rus evi”nin Azərbaycanda fəaliyyətinin davam etdirilməsini istəyir. Onun sözlərinə görə, rəsmi Moskva Bakıdakı “Rus evi” binasının qeydiyyatı ilə əlaqədar problemdən dolayı Azərbaycanın bildirişini alıb, məsələnin müsbət həll olunacağını gözləyir. Moskva “Rusiya evi”nin qeydiyyatını bərpa etmək üçün lazımi addımları atmağa hazırdır”.

Maraqlıdır ki, Rusiya "Rus evi"nin ölkəmizdə fəaliyyətində niyə bu qədər maraqlıdır? Doğrudanmı, "Rus evi" casusluqla və ziyanlı təbliğatla məşğuldur?

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "Rus evi"nin ölkəmizdə qeydiyyatı olmadan öz fəaliyyətini davam etdirməyə çalışmasının kökündə duran səbəblər hər birimizin marağını cəlb edir.

Onun sözlərinə görə, istənilən təşkilat ölkədə fəaliyyət göstərmək istəyirsə, qanuni prosedurlardan keçməlidir. "Rus evi" Azərbaycan qanunvericiliyə zidd addım atmaqla, gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilər:

"Rossotrudniçestvo Agentliyinin ayrı-ayrı ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyət göstərən qurumlarının nizamnaməsində ictimaiyyət üçün açıq olan fəaliyyət istiqamətlərini müəyyən edən sənədlərdə tamamilə başqa məsələlər öz əksini tapıb. Yəni, bu qurumun fəaliyyətində mədəniyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi, təhsil, din və bir sıra məsələlərdə dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsi öz əksini tapır”.

Müsahibimiz qeyd edib ki, əslində "Rus evi"nin fəaliyyətində dövlətin daxili işlərinə qarışmaq, dövlətin yürütdüyü siyasətə təsir göstərmək və casus şəbəkəsi formalaşdırmaq kimi məsələlər rəsmi şəkildə qeydə alınmayıb. Təbii ki, bu hal qeydə alınsaydı, Azərbaycan dövləti bu qurumun fəaliyyətinə imkan yaratmazdı:

“Ölkəmiz bütün dövlətlərlə, o cümlədən Rusiya və qonşu ölkələrlə münasibətdə bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır. Lakin "Rus evi"nin qanunazidd fəaliyyət göstərmək niyyəti sözügedən ittihamlara əsas yaradır".

X.Bəşirov vurğulayıb ki, bu gün Azərbaycanda vəzifədən kənarlaşdırılmış bir sıra şəxslərin "Rus evi" vasitəsilə müxtəlif rəsmi və qeyri-rəsmi, dövlətin iştirakı, məlumatı və hətta razılığı olmayan tədbirlərdə iştirak edib-etməməsi məsələsi araşdırılır.

Xəyal Bəşirov: "Rus evi" ilə bağlı irəli sürülən ittihamlar real olarsa, bu halda...

"Əgər "Rus evi"nin fəaliyyəti nəticəsində bu cür şəbəkənin formalaşması aşkarlanarsa, bu şəbəkənin tərkibində ölkənin müxtəlif qurumlarında fəaliyyət göstərən səlahiyyətli şəxslərin olduğu təsdiqlənəcək. Bu, dövlətlərarası münasibətlərdə çox ciddi gərginliyin yaranmasına səbəb ola bilər. Fikrimcə, casus şəbəkəsinin olması çox ciddi ittihamdır. Bu ittihamın arxasında duran real addımlar olarsa, Azərbaycan dövləti dərhal qanunauyğun müvafiq addımlar atacaq", - deyə müsahibimiz qeyd edib.

Politoloq hesab edir ki, "Rus evi" ilə bağlı irəli sürülən ittihamlar real olarsa, bu halda Azərbaycan və Rusiya tərəfindən bu şəbəkənin iştirakçıları olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Həmçinin Azərbaycan və Rusiya arasındakı münasibətlərə vurulan ziyana görə həmin şəxslərə qarşı müvafiq addımlar atılmalıdır:

"Onu da qeyd edim ki, 2022-ci il 22 fevral tarixində Azərbaycanla Rusiya arasında mütəffiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb. Həmin bəyannamənin tələblərinə görə, qeyd olunan fəaliyyət hər iki tərəf üçün qadağandır".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri