Icma.az
close
up
RU
Rus paranoyyası: itmiş vicdan və ya əksliklərə meyl sindromu

Rus paranoyyası: itmiş vicdan və ya əksliklərə meyl sindromu

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rus intibahı"nın məşhur yetirmələrindən biri - tənqidi realizmin ustalarından olan satirik yazıçı Mixail Saltıkov-Şedrin özünün "İtmiş vicdan" əsərində əslində rus kimliyinin dərinliklərinə baş vurur. Əsərdə ondan bəhs olunur ki, bir gün qəfildən vicdn yoxa çıxır, insanlar bundan - vicdanın itməsindən heç xəbər tutmurlar. Üstəlik bir rahatlıq, sərbəstlik hiss edirlər.

Əsərdə deyilir: "Bütün qadağalar elə bil birdən qeybə çəkilmişdi... heç nə onları (adamları - B.H.) kədərləndirmirdi, heç nə düşündürmürdü....müdrik adamlar başa düşdülər ki, əl-qollarını bağlayan sonuncu əsarətdən, nəhayət azad olublar və aydındır ki, bu azadlığın bəhrəsindən istifadə etməyə tələsdilər. Camaat azğınlaşdı: soyğunçuluq, quldurluq ayaq açdı, talanlar hər yanı başına götürdü.”

Sonra iş elə gətirir ki, itmiş vicdanı bir nəfər əyyaş tapır və bu tapıntının nəticəsində əyyaşın gözləri açılır, o, ağıllanır və həyatı olduğu kimi görməyə başlayır və... təbii ki, buna görə cəzalanır.

Hazırda Rusiya siyasi, eləcə də, ictimai elitası Saltıkov-Şedrinin əsərindəki həmin o vicdanının itirilməsi dövrünü yaşayır. Onun - hakimiyyətin, həmçinin mediasının qarşısında heç bir hüquqi əngəl, heç bir mənəvi baryer, heç bir hədd-sərhədd qalmayıb, artıq bütün "qırmızı xətlər" aşılıb, bütün qadağalar keçilib. Hüseyn Cavidin sözləri ilə desək, bu "həyasızca axın" öz qarşısına çıxan hər nə varsa, vurub dağıdıb keçir.

Saltıkov-Şedrinin bu əsərindəki metafor rus ruhunun dağıdıcı təlatümlərini olduğu kimi - aydın və dolğun təsvir edir. Bu insan vicdanını itirənə qədər sadiq dostdur, dinc qonşudur. Elə ki vicdanını itirdi, dönüb tamm başqa birinə çevrilir.

Bax, Saltıkov-Şedrinin bu bədii təsvirini başqa bir Söz ustası - filosof-yazıçı Arseniy Qulıqa "Rus ideyası və onun yaradıcıları" kitabında davam etdirərək, tam anlamında açıb və sosial-fəlsəfi izahını verib. Fəlsəfi portretlər janrında yazılmış həmin əsərdə müəllif rus xarakterinin mütəhərrik tərzini incələyir. Qulıqa yazır: "Rus milli xarakteri əkslikləri özündə sığışdırlb. Və fasiləsiz olaraq (bu əksliklər- B.H.) bir-birinə keçir. Əlbəttə, başqa xalqlarda da belə əksliklər tapmaq olar. Ancaq təkcə Rusiyada "tezis antitezisə çevrilir.""

Dırnaq arasında verilmiş ifadəni Qulıqa Nilolay Berdyayevin "Rusiyanın taleyi" əsərindən iqtibas gətirib. Berdyayev yazırdı ki, məhz ruslar çox sürətlə bir ifratdan o birinə sıçrayır, qiyamçı ruhdan kölə mütiliyinə, quruculuqdan dağıdıcılığa, passivlikdən qəhrəmanlığa bir anda adlayır. Berdyayevin "rus xarakterinin maksimalizmi" adlandırdığı cəhət - bu cür mənəvi "onurğasızlıq" onu bir göz qırpımında dostdan düşmənə çevirə bilir. Bu da velikoşovinizmi, dövlət rasizmini, ultramillətçi ayrımçılığı qidalandıran əsas qaynaqdır. Bu günkü Rusiya hakimiyyəti rus milli xarakterinin məhz bu oynaq cəhətləri üzərində oturub-oturuşub. Putinizmin hər cür qanlı "oyunlar"ı da məhz rus ruhunun bu cür dəyişkən təbitindən "su içir". Bu, elə bir siyasi stil, elə bir ruh halıdır ki, həmişə ona düşmən və ya ən azı düşmən obrazı lazımdır ki, rus cəmiyyətinin gözünü pərdələyib, o pərdə arxasında öz despotik sifətini gizlətsin, öz taxtının ömrünü uzatsın. Belə bir düşmən və ya düşmən obrazı olmasa da, onu yaratmaq, yaxud uydurmaq lazımdır. Hazırda Rusiya hakimiyyəti və onun ideoloji ifrazat kanalları - telekanalları, Teleqram kanalları düşmən obrazı kimi Azərbaycanı və Azərbaycanlıları görür və göstərir.

Ümumiyyətlə, rus tarixi ultraradikal meyllərlə, psevdopatriot yaxacırmalarla, bu cür ifrat millətçilik cərəyanları ilə doludur. Bu, təkcə bizə qarşı deyil, başqa xalqlara da qarşı yönəlir

Hətta öz slavyan qardaşlarına qarşı törətdikləri soyqırımları da göstərmək olar.

Rusiyada millətçiliyin və ultra millətçiliyin kökü elə həmin XIX əsrə gedib çıxır. Mixail Yevqrafoviç də 1826-cı ildə dünyaya gözünü Rusiyada açıb, bu cür naqislikləri görmüşdü. "İtmiş vicdan" belə yaranmışdı.

"Velikorus" şovinizmi - "Böyük rus şovinizmi" məhz bu ortamda - ictimai vicdanın itirildiyi bir məqamda meydana gəlmişdi. Özündən başqa bütün başqa xalqlara "ikinci növ" kimi baxmaq, Rusiyanın polietnik mahiyyətini danmaq, imperiyaçılıq və neoimperiyaçılıq xəstəlikləri, yanaşı milli kimliklərə, qonşu etnoslara, fərqli etnomədəniyyətlərə dözümsüzlük "böyük rus" şovinizminin xarakterik cəhətləridir.

Rus şairi, publisist Fyodor Tütçev doğru deyirdi: "Rusiyanı ağılla dərk etmək mümkün deyil".

On doqquzuncu əsrdə deyilmiş bu fikri rus bolşevikləri XX əsrin əvvəlində reallığa tətbiq etdilər. Bu, "güc varsa, ağıl lazım deyil" absurduna qədər gedib çıxdı. Yeri gəlmişkən, bu gün Rusiya hakimiyyətinin xaricdə Ukraynlılara qarşı, eləcə də, öz daxilində Azərbaycanlılara, Mərkəzi Asiya xalqlarının təmsilçilərinə qarşı törətdiyi cinayətkar əməllər - əsassız və ölçüsüz güc tətbiqi də elə bolşevizmin həmin o "güc var, ağıl lazım deyil" prinsipinə, daha doğrusu, prinsipsizliyinə söykənir. Bunun da əsası həmin XIX əsrdəm qaynayıb, axıb gəlir. Götürək, monarxist rus filosofu Konstantin Leontyevi. O, rusların xüsusi üstünlüyünü, hətta Qərb mədəniyyətinə yön verdiyini irəli sürürdü. Baxın, bu gün Vladimir Putin Sovet imperiyasının dağılmasını necə özünün şəxsi faciəsi qədər ağrılı qəbul edir. Bunun kökü Leontyevin

"Türk təhlükəsi qarşısında Bizans mədəniyyətinin (vizantizm)" parçalanması haqda iki yüz il əvvəl hıçqırıqla yazdıqlarına gedib çıxır. Deməli, əsas məsələ "türk təhlükəsi" imiş. Hərçənd o zaman da, indi də Rusiya dövlətçiliyində əsas etnomədəni dayaqlardan biri türklərdir. Rusiya türkləri titul xalq olan ruslardan sonra o dövlət mədəniyyətinin, o cəmiyyətinin başlıca sütunlarından biridir. Bunu bu gün Rusiya hakimiyyəti - "itirilmiş vicdan" sindromuna yoluxmuş hakim elita çox möhkəm unudub.

Burada yenə də geri qayıdıb, Pyotr Çaadayevi, başqalarını xatırlada bilərik. "Böyük rus şovniizmi" deyilən ideologiyanın banilərinnin o üfunətli irsi bu gün də davam edir. Müasir ru şovinizminin əsas ideoloji tezislərini bilirsiniz. Bir daha xatırladım: Rusiyanın faktik dövlət ideologiyasına çevrilmiş "böyük rus şovinizmi" postsovet məkanındakı yeni müstəqil dövlətlərə bərabər tərəf - beynəlxalq subyekt, suveren ölkə kimi baxmır. "Rusiyanın sərhədləri heç yerdə bitmir" kimi sərsəm fikir də buradan qaynaqlanır. Rusiya hakimiyyəti gah Ukraynanı, gah Qazaxıstanı, gah Gürcüsranı, Baltik ölkələrini "süni dövlət" adlandırır. Bu ölkələrin suverenliyinə qarşı real və potensial təhdidlər sovurur. Keçmiş Sovet respublikalarının ərazilərini sanki onlara Rusiyanın hədiyyə etdiyi barədə ekspansionist tezis irəli sürülür. Bu cür fikirlərin daşıyıcıları da əsasən mühafizəkar dairələrdə, kilsələrdə cəmləşir. Ermənistan hökuməti məhz buna görə kilsə ilə qarşıdurmaya getdi; Rusiya bu hökumətə qarşı kilsəni hərəkətə gətirmişdi. Azərbaycanda da dini mərkəzlərə bir zaman belə rol təklif olunmuşdu. Hətta 1990-cı ilin qanlı yanvar hadisələri vaxtı Sovet (rus) İmperyasının Şərq siyasətinin aparıcı simalarından biri, Sovet xəfiyyəçiliyinin xaş atalarından sayılan Yevgeni Primakov Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allhşükür Paşazadəyə təklif etmişdi ki, o, hakimiyyəti öz üzərinə götürsün. Şeyxülislam bundn imtina etmişdi.

Məlumat üçün zəruri haçiyə: Həmin o 90-cı illərdə Rusiyanın özündə ultraradikal millətçilik sürətlə intişar tapdı. “Rusiya milli birliyi”, Slavyan birliyi”, “Ağ güc”, “Ruslar” kimi neofaşist birliklər yaradıldı. Skinxed hərəkatı formalaşdı və bu hərəkatın da arxasında Rusiya xüsusi xidmət orqanları dayanırdı.

2005-ci ildən etibarən millətçi hərəkatları birləşdirən əsas siyasi tədbirlərdən biri hər il keçirilən «Rus yürüşü» olub, bu yürüş 2020-ci ildə qadağan edilib. 2006-cı ildə «Sağ yürüş» İctimai Şurasına Dövlət Dumasının deputatları (məsələn, Dmitri Roqozin), yazıçılar və akademiklər də daxil idilər. Yürüşlər noyabrın 4-ü — Milli Birlik Günündə keçirilirdi. Ən kütləvi «Rus yürüşü» 2013-cü ildə keçirilib. Yürüşlərdə spirtli içkilərdən uzaq durmaq, «rus hakimiyyəti üçün» və həmçinin irqçi, miqrantlara qarşı şüarlar səsləndirilirdi: «Ruslara — ruslar üçün Moskva", "282-ci maddəni ləğv et», «Ruslar irəli!», «Qafqazı doydurmaq kifayətdir!». Yürüşçülər salam kimi «ziqa» jesti edirdi, svastika simvollarından istifadə edirdi. Millətçi aksiyalar miqrantların və solçu fəalların döyülməsi, hətta öldürülməsi ilə müşayiət olunub.

Rus milliçilərinin məşhur təşkilatlardan biri Milli-bolşevik Partiyası (NBP) olub, onu 1993-cü ildə yazıçı Eduard Limonov fəlsəfəçi Aleksandr Duqin və «Vətəndaş Müdafiəsi» qrupunun lideri Yegor Letovla birlikdə təsis edib. 2001-ci ildə Limonov və onun tərəfdarları Qazaxıstanda «rus müqaviməti» hərəkatı və Şərqi Qazaxıstan ərazilərinin ayrılması cəhdinə görə məhkum edilmişdilər. 2010-cu ildə Milli-bolşevik Partiyasının fəaliyyəti qadağan edildi, həmin vaxt Limonov «Digər Rusiya» hərəkatını yaratdı, bu hərəkat müxalif tədbirlərdə iştirak etməyə davam etdi və onun üzvləri mütəmadi olaraq repressiyalara məruz qalırdı. 2013-cü ildə Ukraynada «Avromaydan» hadisələri baş verəndə, Limonovun hərəkatı Rusiyapərəstləri dəstəklədi və hətta «İnterbrigadalar» adlı könüllü hərəkət təşkil etdi, bu hərəkətin iştirakçıları Donbasa döyüşməyə yollandılar. 2020-ci ildə natsboların liderinin vəfatından sonra hərəkatın adı «E.V. Limonovun Digər Rusiyası» olaraq dəyişdirildi və o, bu günə qədər fəaliyyətini davam etdirir. «Cəmiyyət. Gələcək» — Romаn Yünemanın rəhbərlik etdiyi millətçi hərəkatdır, sağçı gündəliyi təbliğ edir. Millətçi layihələri həmçinin «Çarqrad» telekanalının sahibi və Donbassda «Rus Baharı»nın sponsorlarından biri Konstantin Malofeyev dəstəkləyir. Malofeyev telekanaldan əlavə, rəsmi olaraq «ənənəvi idman növlərinin» inkişafı ilə məşğul olan «İki başlı qartal» təşkilatını və tələbə birliyi olan «Akademiklər Birliyi»ni maliyyələşdirir. «Şimal İnsanı» və «Rus Cəmiyyəti» təşkilatları da inkişaf etməyə başlayıb. Bu birliklər hər bölgədə səhifələr və çatlar yaradır, kifayət qədər populyardır və yüz minlərlə izləyicisi var.

«Rus Cəmiyyəti» «bütün rus insanları» üçün özünü təşkil etmək və çoxşaxəli yardım platforması kimi təqdim olunur. Çatlarda «rus taksi» kimi bölmələr var, burada «öz insanlarını» lazımi ünvana aparmaq üçün müraciət etmək olar; «rus milisi» isə polisə reydlərdə və miqrantların tutulmasında kömək edir. Cəmiyyətin fəaliyyəti nisbətən qısa olsa da, artıq miqrantlara qarşı qəddar rəftar hallarının qeydə alındığı mediada əksini tapır.

Bu cür misalları daha çox gətirmək olar. Faktlar, məlumatlar çoxdur. Rusiyada qeyri-ruslara qarşı ifrat zorakı davranış getdikcə artır. Ultramillətçi qüvvələr hakimiyyətdən, hakimiyyət də bu cür qüvvələrdən "güc" alır, qidalanır. Bu gün, dediyim kimi, Rusiyada faktik dövlət ideologiyası olan "böyük rus şovinizmi" əslində Hitler faşizminin astar üzüdür. Üçüncü Reyx də sərhəd tanımır, suverenlik-filan bilmir, hara gəldi, kimə gəldi, hücum edirdi, eyni hallar Rusiyada da yaşanır.

Bəs niyə Azərbaycan?! Bəs niyə Azərbaycanlılar? Niyə Rusiyadan üz çevirən erməniəsilli adamlar yox, məhz Azərbayxan və Mərkəzi Asiya türkləri hədəf seçilib?!

Bunun bəzi səbəblərini əvvəlki yazılarımda da təhlil etməyə çalışmışam. Ən əsas səbəbi isə Rusiya Dövlət Dumasının MDB üzrə komitəsi sədrinin birinci müavini Viktor Vodolski lenta.ru saytına müsahibəsində açıb ortaya qoyub:

"Situasiya qeyri-ordinardır. Azərbaycan və Rusiya həmişə dost münasibətdə olublar. Bizi çoxlu iqtisadi proqramlar, imzalanmış sazişlər... birləşdirir. Azərbaycanla Rusiya arasında çox kontaktlar car, o cümlədən, insani əlaqələ. Ancaq son zamanlar Azərbaycan Türkiyə ilə böyük işbirliyinə doğru gedir və Böyük Turan haqqında düşünür, bu da təbii olaraq bizim münasibətlərimizə təsir edir".

Bu, blirsiniz, nə demıkdir? O deməkdir ki, Rusiya güc strukturlarının tutduğu, döydüyü, öldürdüyü Azərbaycanlıların bir "günah"ı var, o da Azərbaycanın Türkiyə ilə tərəfdaşlığını daha da sıxlaşdırmasıdır. Türk Dövlətləri Təşkilatının əsas qurucu üzvlərindən biri olmasıdır. Yəni prezident İlham Əliyevin: "Bizim ailəmiz Türk dünyasıdır" sözlərini Böyük Turan qurmaq niyyəti kimi yozub, narahat olublar. Və düşünüblər ki, Yekaterinburqda bir kafeni dağıtmaq Türk birliyini dağıtmaq deməkdir. Bir ailənin iki üzvünü öldürmək "Böyük Turan" quruculuğunun qarşısını almaqdır.

Rusiyanın bu dərəcədə geopolitik paranoyyaya yuvarlanacağını kim desə, inanmazdım...

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 İyul 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İdman zalında vəfat edən Cabir İmanov kimdir? DOSYE

29 Sentyabr 2025 14:33see234

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər VİDEO

29 Sentyabr 2025 15:19see188

Rusiya sovet repressiyaları ilə bağlı arxivləri bağlayır...

29 Sentyabr 2025 00:45see179

Cabir İmanovun məşq yoldaşı: İdman edəndə ölməyib... zala girdi...

29 Sentyabr 2025 16:05see170

Ter Petrosyanın Zəngəzur dəhlizi ilə bağlı fikirləri avantüradır Politoloq

29 Sentyabr 2025 17:52see148

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see142

Oturduğu yerdə yıxılır Cabir İmanovun ölüm anı DA

29 Sentyabr 2025 18:45see140

Aktyor, KVN çi, polkovnik... Cabir İmanovla bağlı maraqlı faktlar

29 Sentyabr 2025 15:02see137

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see136

Minsk görüşü, Miçiqandakı faciə, Cabir İmanovun vəfatı Xəbərlərin 20:00 buraxılışı

29 Sentyabr 2025 20:01see133

Zeynəb Xanlarova və Əməkdar artist barışdılar FOTO KONKRET

29 Sentyabr 2025 23:11see129

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see129

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see128

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz Açıqlama

29 Sentyabr 2025 21:18see127

Danimarkada Aİ sammiti zamanı mülki dronların uçuşu qadağan edildi

28 Sentyabr 2025 17:49see126

İtaliya bütün tərəfləri Donald Trampın Qəzza ilə bağlı təqdim etdiyi planı qəbul etməyə çağırıb

30 Sentyabr 2025 03:14see125

Diqqətli olun: dələduzluğun yeni növü yayıldı VİDEO

28 Sentyabr 2025 22:37see125

Hələ ki 4 cü yerdəyik Rusiya, Belarus, Qazaxıstan...

28 Sentyabr 2025 23:48see124

Baş nazir: Uran Nigeriyaya səfalət, Fransaya isə əmin amanlıq gətirib

29 Sentyabr 2025 03:52see121

Cabir İmanov idman zalında vəfat etdi

29 Sentyabr 2025 14:19see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri