Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rusiya Bakının siyasətini anlamır, qisas alır ŞƏRH

Rusiya Bakının siyasətini anlamır, qisas alır ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlham İsmayıl: “Azərbaycana qarşı təzyiqlər Rusiya dövlət siyasətinin tərkib hissəsidir”


Xəbər verdiyimiz kimi iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib. Zorakılıq zamanı azı 5 azərbaycanlı öldürülüb. Basqında tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşları Ziyəddin və Hüseyn Səfərov da döyülərək qətlə yetirilib. Hadisə zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb. Qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların qardaşı, “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli bildirib ki, cənazələr Ağcabədidə, öz yaxınlarının uyuduğu məzarlıqda dəfn olunacaq, vida mərasimi də orada keçiriləcək. Ümumiyyətlə, vurğulmaq lazımdır ki, son dövrlər Rusiya daxilində baş verən ictimai-siyasi hadisələr, bu ölkədə dövlət səviyyəsində aparılan irqçi və şovinist siyasətin nəinki dərinləşdiyini, hətta ifrat formaya keçdiyini bütün çılpaqlığı ilə göstərir. Kreml daxili narazılığı boğmaq və totalitar nəzarəti möhkəmləndirmək üçün qeyri-rus xalqları və miqrantları hədəf seçərək onları günah keçisi rolunda təqdim edir. Rəsmi Moskvanın “xarici düşmən” mifologiyasını canfəşanlıqla diriltməsi, əslində, sistemli repressiya maşınının miqrantlara, etnik azlıqlara və fərqli düşünən hər kəsə qarşı yönəldiyini gizlətmək cəhdidir. Artıq bu basqılar fərdi hallarla məhdudlaşmır – etnik ayrı-seçkilik, zorakılıq və məcburi səfərbərlik kimi cinayət xarakterli siyasətlər dövlətin ideoloji dayağına çevrilib. Rusiya hakimiyyəti açıq şəkildə, çoxmillətli cəmiyyət modelini dağıdaraq, monoetnik və aqressiv imperiya xülyasını reallaşdırmağa çalışır. Rusiyada baş verən hadisələr şovinizmin, diskriminasiyanın, milli ayrıseçkiliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səsləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır. Azərbaycan hələ də mülki təyyarəsinin vurulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompensasiyaların ödənilməsinə nail olacaq. Ötənlərdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması. Milli Məclisin komissiyasının müvafiq hesabatına qayıtmaq və istifadə etmək. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhvali-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamafobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosesin idarə olunduğunu aydın göstərir. Mübaliğəsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkilik, diskriminasiya və islamafobiya güclənir. Qərbə bütün istiqamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər. Bu gün Ermənistanda radikalizm, revanşizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Moskvadan idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharibə arenasına çevirməkdir.


Təhlükəsizlik üzrə ekspert, siyasi şərhçi İlham İsmayıl "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyada azərbaycanlılara qarşı atılan addımları ümumən miqrantlara qarşı aparılan siyasətdən ayırmaq lazımdır. Ekspert vurğulayıb ki, Rusiyanın indi atdığı addımlar ümumi miqrant siyasətinin tərkib hissəsi deyil: 


"Bu, konkret olaraq Rusiyanın Azərbaycana olan münasibətidir. Yüzillər boyu Azərbaycan ərazisində bizə təzyiq göstəriblər. İndi çıxıb gediblər, burada əsgərləri yoxdur. Bizə haradan təzyiq etməlidirlər? Bunu ancaq öz ölkələrində edə bilərlər. İlk olaraq öz hava məkanlarında bizim təyyarəmizi vurdular. Nə qədər inkar etsələr də, kəşfiyyat məlumatları da göstərdi ki, təyyarəmizi qəsdən, bilərəkdən vurublar. Təsadüfi deyil ki, dövlət başçımız Rusiyaya səfərini yarımçıq qoyub geri qayıtdı. Ardınca, kiberhucumlar başladı. Sonra millət vəkilimizi özləri dəvət etdiyi tədbirdə iştirakına imkan vermədilər, hava limanından buraxmadılar. Səbəb odur ki, Azərbaycan dövləti müstəqil siyasət yürüdür. Müxtəlif formalarda Azərbaycana təzyiq göstərməyə çalışırlar. Ancaq hələlik gücləri buna çatıb". 


İ.İsmayıl əlavə edib ki, illər öncə, 2009-cu ildə Neft Akademiyasında olan terroru törədən şəxs hadisədən bir neçə gün əvvəl Rusiyadan gəlmişdi: 

"Rusiya bu cür metodlardan təzyiq vasitəsi kimi istifadə edib. Qarabağdan çıxarılan Rusiya öz ərazisindən Azərbaycana təzyiq göstərməyə çalışır. "OMON" dəstəsi kimdi ki? Onlar icraçıdır. "OMON" dəstəsini yönəldən, idarə edənlər var. Bu, dövlətin siyasətidir. Kreml rəhbərinin siyasətidir. Azərbaycandan qisas alırlar. Rusiya Bakının siyasətini anlamaq istəmir. Bizi Qərbə meyl etməkdə suçlayırlar. Halbuki, Azərbaycan nə Qərb, nə də Şimalyönümlü siyasət aparır. Azərbaycan heç kimdən asılı olmadan tam müstəqil siyasət icra edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyul 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri