Icma.az
close
up
RU
“Rusiya azərbaycanlı miqrantlarla bağlı siyasətini dəyişir” ŞƏRH

“Rusiya azərbaycanlı miqrantlarla bağlı siyasətini dəyişir” ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən raketlə vurulduğu təsdiqini tapsa da, Moskva nədənsə bunu etiraf etmək istəmir. Son vaxtlar Rusiyanın Azərbaycana qarşı qərəzli hərəkətləri, gərginləşən münasibətlər fonunda ölkədən azərbaycanlıların qovulması, iş adamlarının bizneslərinin əlindən alınması kimi çağırışlarla rastlaşırıq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Əli Mustafa bildirdi ki, son vaxtlar Rusiyada azərbaycanlı miqrantlara qarşı sərt tədbirlər görülsə də, kütləvi yoxlamalar və saxlanılmalar həyata keçirilsə də, hazırda bu prosesin nisbətən zəiflədiyi görünür:

"Rusiyanın xüsusilə azərbaycanlı miqrantlarla bağlı planlarında sanki bir az korrektlər olurdu. Yəni o bir ajiotaj var idi, insanları incidirdilər, onları tuturdular. Müşahidələrim onu deməyə əsas verir ki, sanki son günlər bir az bu proses zəifləyib. İndiki vəziyyətdə Azərbaycanla münasibətləri bu qədər gərginləşdirmək onların ürəyincə deyil. Rusiyanın bu gün münasibətdə olduğu dövlətlər də kifayət qədər azdır. Belə bir şəraitdə Azərbaycanla münasibətləri korlamaq, əlbəttə, Rusiyanın maraqlarına uyğun deyil. Digər tərəfdən də o insanların əhəmiyyətli bir hissəsi bu gün Rusiyada son dərəcə faydalı işlər görürlər. Yəni onların ölkədən çıxarılması Rusiyanın həmin sahələrinin iflic olmasına gətirib çıxara bilər. Yəni ruslar onun da fərqindədirlər".

Politoloqun sözlərinə görə, Rusiyanın məqsədi qorxutma və təzyiq yolu ilə müəyyən güzəştlər əldə etmək idi.

"Onlarla bağlı siyasi səviyyədə qərarlar verilib. Amma Azərbaycanla bu qədər münasibətləri korlamaq, gərginləşdirmək Rusiyanın maraqlarına o qədər də uyğun deyil. İlk vaxtda qorxutmaq, təhdid edərək, hansısa güzəştlər əldə etməyi düşünürdülər. Amma sonra gördülər ki, bunun əks effekti, zərəri daha çox ola bilər. Sanki bir qədər yavaşıyıblar. Mən düşünürəm ki, miqrantlara olan münasibət daha çox dövlətlərarası münasibətdə yeni siyasi münasibətlərdən qaynaqlanır. Bu baxımdan da, ona əslində bir indikator kimi baxmaq lazımdır. Yəqin ki, Rusiya yaxın ətrafına münasibətləri bu qədər korlamağın zərərlərini artıq düşünməyə başlayıb", - deyə Ə.Mustafa vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri