Icma.az
close
up
RU
RUSİYA, BÖYÜK QARŞIDURMA BAŞLAMAMIŞ ÖZÜNÜ TÜKƏNDİRİR Putin Trampın hansı qərarı verəcəyindən qorxur?

RUSİYA, BÖYÜK QARŞIDURMA BAŞLAMAMIŞ ÖZÜNÜ TÜKƏNDİRİR Putin Trampın hansı qərarı verəcəyindən qorxur?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya və Ukrayna prezidentlərinin müsahibələrindən və bəyanatlarından anlaşılır ki, onların hər ikisi Trampın atacağı addımların həlledici təsirə malik olacağını yaxşı dərk edirlər. Tarixdən məlum olduğu kimi, müharibələri öz xarakterinə və gedişinə görə dövlərlərə və mərhələlərə ayırırlar. Ukraynada gedən müharibə gözlənilənlərin əksinə xeyli uzandı və indi o, Bayden fazasından Tramp fazasına keçir.

Hazırda Tramp ümumi fikirlər səsləndirir və tərəfləri tezliklə sülh bağlamağa çağırır. Lakin bunun necə və hansı şərtlər daxilində baş verəcəyi bəlli deyil. Biz hələlik Putin və Zelenskinin Trampın sözlərinə verdikləri reaksiyaları dinləyirik. Vladimir Putin indiyədək Baydenin siyasətini nəzərə alaraq, strategiyasını ona uyğun qurmuşdu. Bayden Rusiyanın müharibəni sürdürə bilməsi üçün təbii qaz və neft satışından pul qazanmasına əngəl törətmirdi. Ona görə də Rusiya “rəqibi taqətdən salmaq” strategiyasına üstünlük verib. Amma Donald Tramp müharibəyə Baydendən fərqli yanaşır. Hələlik, görünən odur ki, Tramp müharibənin durdurulmasını istəyir və Rusiyanın gəlir mənbələrinə zərbə vuracağını söyləyir. Deməli, yaranmış yeni vəziyyətə uyğun olaraq, Putin mövcud strategiyasını dəyişmək və ya ona düzəlişlər etmək məcburiyyətində qalacaq. Trampın fikirlərinə Vladimr Putinin televiziya müsahibəsində verdiyi şərhə diqqətlə qulaq asandan sonra belə qənaətə gəlmək olar ki, Rusiya Prezidenti artıq yeni reallığa uyğunlaşmağa başlayıb.

Putin deyir ki, hazırkı böhranın səbəbkarı Bayden administrasiyasıdır, əgər 2020-ci ildəki seçkidə Trampın qələbəsi oğurlanmasaydı, gördüyünüz hadisələr baş verməyəcəkdi. Amma ondan soruşan yoxdur ki, Tramp 2020-ci ildə prezident seçilsəydi, Ukraynada denasifikasiya və demilitarizasiya əməliyyatını həyata keçirməyə gərək qalmayacaqdı? Əlavə olaraq, Tramp həmin dövrdə prezident olsaydı, NATO 1997-ci ilin sərhədlərinə geri çəkiləcəkdi və 2021-ci ildə isə Rusiyanın alyansa ultimatum göndərməsinə ehtiyac olmayacaqdı?

Putinin bu cür danışmasının səbəbi Trampın Rusiyaya qarşı tətbiq edəcəyi tədbirlərin daha sərt və təhlükəli olacağı qorxusundan irəli gəlir. Putin anlayır ki, Baydenlə müqayisədə Tramp onun üçün daha təhlükəlidir, çünki radikal addımlar atmaqdan çəkinmir, digər yandan isə o, Rusiyanın əsas maliyyə qaynağının mənbəyini quruda bilər. ABŞ Prezidenti Rusiyaya atəşi saxlayıb, Ukrayna ilə razılığa gəlməyi təklif edir, lakin sülhdən sonra xəritənin necə olacağını hələ ki, göstərən yoxdur. Buna baxmayraq, Trampın şübhəsiz ki, Putindən konkret istədikləri var. Əlbəttə, Putinin işğal etdiyi bütün əraziləri öz ixtiyarında saxlamsı şərtiylə sülhə razılıq verəcəyi həqiqəti əks etdirmir. Rusiya Prezidenti fanatik deyil və sadəcə özünə qarşı real təhlükə görməyincə inadkarlıq nüamyiş etdirir, əks halda hər hansı təhlükə duyduqda çox ehtiyatla davranır. Müharibənin başlamasından 3 il ötməsinə baxmayaraq, Rusiya istədiyinə nail olmayıb. Amma bir şeyi unutmayaq ki, Putinə və onun yaxın komandasına qarşı ölkə içərisində müqavimət təşkil edəcək güc yoxdur, olan-qalan nə vardısa, hamısını ortadan siliblər. Navalnı kimi xalqın etiraz səsini ümumi bir məcraya yönəldə biləcək lider lazımdır. Rusiya ordusu müharibədə indiyədək təxminən 800 min əsgər itirib, lakin buna kimsə etiraz etmir, çünki döyüşlərə muzdlular gedir və onlar öldüyü təqdirdə ailələrinə böyük məbləğdə pul ödənilir. Müharibəyə isə ölkə əhalisinin kasıb təbəqəsinin nümayəndələri yollanırlar. Yaxşı pullar alan muzdluların ailələri nəyə etiraz edəcəklər ki? Səfərbərliklə məcburən müharibəyə əsgər aparsaydılar, onda biz tamam başqa mənzərə ilə qarşılaşardıq. Rusiyanı yaxşı tanıyan siyasətşünaslar və sosioloqlar deyirlər ki, əgər müharibə bu minvalla daha 3 il davam edərsə və Kreml pulsuz qalmazsa, onda Rusiyanın əlavə 1 milyon əsgər itirməsinə cəmiyyət səssiz qalacaq.

Detallara girmədən qısa şəkildə deyə bilərik ki, Putini əsgər ölümləri, iqtisadiyyatın hərbləşdirilməsi üzündən mülki təsərrüfat sektorunun iflic vəziyyətə düşməsi və əhalinin yoxsullaşması narahat etmir. Vladimir Putinin ən çox qorxduğu şey, müharibə üçün gərəkən pulun kəskin azalmasıdır. Tramp isə məhz həmin ağrılı yerdən zərbə vura bilər. Rusiya bunun baş verməməsi üçün bütün mümkün manevrlərdən istifadə etməyə çalışacaq. Taktiki gedişlərlə vaxt udmağa, sülhün məhz Ukraynanın istəmədiyini göstərmək üçün müxtəlif hiyləgərliklərə baş vuracaqlar. Tramp və komandası yəqin ki, Rusiyanın fəndgirliyini bilməmiş deyillər. Putin Ukraynanı danışqlarda tərəf kimi görmək fikrində deyil, onun başlıca məqsədi Trampla ünsiyyət qurmaq və fürsətdən yararalnıb beynəlxalq təcriddən canını qurtarmaqdır.

Rusiyada düşünürlər ki, ABŞ Prezidenti Qrenlandiyanı, Panama kanalını və Kanadanı istəyirsə, onda bu lap yaxşıdır, əla presedentdir. Yəni, rusların yanaşmasından belə anlaşılır ki, 80 ildir mövcud olan beynəlxalq hüquq normalarının bir kənara itələnməsi Rusiyanın işinə yarayacaq. Rusiyanın suveren ölkənin ərazisini işğal etməsinin beynəlxalq hüququ pozması barədə son zamanlar heç söz salan yoxdur. Hamı Rusiyanın Ukraynadan sonra digər qonşularına qarşı təcavüzə başlayacağı təhlükəsindən danışır.

Rusiya nahaq yerə özünü ABŞ ilə eyniləşdirir. Düzdür, Trampın bəyanatları beynəlxalq normalara qarşıdır, lakin ortada geostrateji maraqlar dayanır. Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi hipotetik baxımdan Rusiya və Çinin Arktik maraqlarına qarşıdır. Belə çıxır ki, əgər ABŞ Rusiyanı öz şimal sərhədləri yaxınlığında görmək istəmirsə, deməli, onda məntiqlə Vaşinqton Rusiyanın Ukraynada güclənməsinin tərəfdarı da olmamalıdır. Ona görə də Rusiya ABŞ-nin geostrateji maraqlarında yalnız Çinə qarşı istifadədə yer tuta bilər.

Rusiya dünyada təklənməmək üçün Çini dost və müttəfiqi adlandırır. Lakin Çin Rusiyanı özünə strateji müttəfiq hesab etmir, daha doğrusu, Pekin rəhbərliyi Rusiyanı sadəcə ucuz xammal bazası sayır. Krımı ilhaq edəndən sonra Rusiya bütün təbii resurslarını Çinə dünya bazarı qiymətindən qat-qat aşağı satıb. Çin dəyişən dünyada öz mövqeyini möhkəmləndirmək istəyəcək. Rusiyanın əlverişli şərait yaranan kimi hər an kəskin dönüş edib, gözlənilmədən müttəfiqlərini yarı yolda qoyub qaçmayacağının təminatı yoxdur. Elə bu səbəbdən də Pekin Moskvaya güvənərək böyük xətaya yol verməz.

Beləliklə, əgər yeni dünya nizamına doğru gediriksə, onda iri dövlətlər perspektiv maraqlarının dikətəsinə uyğun hərəkət edəcəklər. Bu maraqlar vəziyyətə və şərtlərə görə dəyişir. Bu gün öz potensial imkanlarına görə ABŞ-dən, Avropadan və Çindən xeyli zəif olan və hələ üstəlik, qonşusu ilə döyüşən Rusiya aparıcı güc kimi çıxış edə bilməz. Dünyanın iri güc mərkəziləri arasında böyük strateji qarşıdurma hələ başlamayıb, Rusiya isə özünü tükəndirməklə məşğuldur.

Elə bu səbəbdən də ABŞ-nin Rusiyanı gələcək dünya nizamında necə görməsindən çox şey asılıdır. Sözsüz ki, Tramp Ukraynadakı müharibəyə ABŞ-nin maraqları və qlobal kontekstdən baxacaq. Cozef Bayden müharibənin uzadılmasına çalışırdı və buna müyəssər də oldu. Tramp müharibəni qısa zamanda durdura bilərmı? Bəlli deyil, amma bir şey aydındır ki, əgər ABŞ müharibənin Ukraynanın xeyrinə bitməsini istəsə, buna nail ola bilər. Bunun üçün Ukrayna müharibədə dönüş yaratmalı, rusları işğal etdiyi ərazilərin əksəriyyətindən qovub çıxarmalı, zərbə dronları vasitəsilə Rusiya Neft Emalı Zavodlarının işini iflic etməlidir. Eyni zamanda, ABŞ Rusiyanın sanksiyalardan yayınmasına imkan verməməli, Ukraynanı effektli silahlarla, kifayət sayda qırıcı təyyarələrlə təmin etməli, neftin qiymətini aşağı salmalıdır.

Vaqif NƏSİBOV

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Fevral 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri