Icma.az
close
up
RU
Rusiya bu dövlətləri çəkindirmək üçün hücumları təzyiq vasitəsinə çevirir Deputat

Rusiya bu dövlətləri çəkindirmək üçün hücumları təzyiq vasitəsinə çevirir Deputat

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Ukraynada ABŞ-yə məxsus zavoda hücum edib. Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqəsi də Rusiyanın hücumuna məruz qalmışdı.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, artıq üç ildən çoxdur Rusiya-Ukrayna müharibəsi davam edir.

"Bu müddətdə Rusiya dəfələrlə Ukraynada mövcud olan infrastruktura, xüsusən də xarici şirkətlərin maliyyələşdirdiyi və ya sərmayəsi ilə qurulan obyektlərə zərbələr endirib. Bu yalnız infrastrukturla məhdudlaşmayıb. Məsələn, Qərb ölkələrindən Ukraynaya göndərilən humanitar yardım qatarları, həmçinin Ukraynadan xaricə daşınan taxıl yükləri istər dəniz, istərsə də dəmir yolu vasitəsilə hədəfə çevrilib. Rusiyanın silahlı qüvvələrinin belə zərbələri bir neçə səbəblə izah olunur. Birincisi, hərbi məntiq amilidir. Moskva rəsmi mövqeyində bildirir ki, Ukraynada vurulan obyektlər hərbi və logistika təyinatlıdır. Buraya enerji təminatı, silah-sursatın daşındığı anbarlar, təchizat yolları daxildir. Bu obyektlər Qərbin dəstəyi ilə fəaliyyət göstərdiyi üçün Rusiya onları leqal hədəf sayır. Hətta mülki infrastruktura aid olsa belə, xarici maliyyə və dəstək hesabına idarə olunduğu üçün Moskva onları Ukraynanın müharibə potensialının tərkib hissəsi kimi qiymətləndirir.

İkinci element siyasi təzyiq xarakteri daşıyır. Ukraynaya yardım edən dövlətlər və onların şirkətləri limanların, nəqliyyat xətlərinin, enerji sistemlərinin bərpasında yaxından iştirak edirlər. Rusiya bu dövlətləri çəkindirmək, onların prosesdən uzaqlaşmasına nail olmaq üçün hücumları təzyiq vasitəsinə çevirir.

Üçüncü səbəb isə Ukrayna iqtisadiyyatının zəiflədilməsidir. Limanların, elektrik stansiyalarının, dəmir yolu qovşaqlarının, sənaye müəssisələrinin dağıdılması Ukraynanın iqtisadi asılılığını artırır. Dövlətin gəlirləri azalır, xarici yardımdan asılılıq güclənir. Moskva üçün bu, ciddi strateji üstünlük sayılır, çünki daha çox maliyyə resursu Ukraynaya əlavə silah almaq imkanı yarada bilər".

Millət vəkili bildirdi ki, Rusiyanın hücumunun siyasi mesaj aspekti də nəzərə çarpır.

"Qərb ölkələrinə ünvanlanan bu zərbələr həm də onların müharibədəki iştirakına qarşı xəbərdarlıq xarakteri daşıyır. Müharibənin gedişində dəfələrlə bu tip halların şahidi olunub. Məsələn, yalnız SOCAR və ya Amerika şirkətlərinə aid zavodlar deyil, başqa ölkələrin sərmayəsi ilə fəaliyyət göstərən müəssisələr də vurulub. Bu, Qərbi qorxutmaq, eyni zamanda Ukrayna xalqına mənəvi-psixoloji təsir göstərmək niyyəti ilə həyata keçirilir. Bunun bariz nümunəsi Mukaçevoda yerləşən Amerika şirkəti ''Flex''ə məxsus zavoda kütləvi hücumdur. Bu, birbaşa ABŞ-yə ünvanlanan siyasi mesaj kimi də qiymətləndirilir.

Nəticə etibarilə, enerji, logistika, nəqliyyat və sənaye infrastrukturu Rusiya silahlı qüvvələrinin hədəfində qalır. Moskva bu hücumlarla həm xarici dövlətlərə təsir göstərməyə çalışır, həm də gedən proseslərdə üstün tərəf olduğunu nümayiş etdirmək niyyəti güdür. Beləliklə, bu addımlar Rusiyanın həm siyasi, həm hərbi, həm də psixoloji təzyiq aləti kimi çıxış edir", - deyə Azər Allahverənov qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Avqust 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri