Icma.az
close
up
RU
Rusiya Ermənistana sarsıdıcı zərbə vurur: Kreml İrəvanı radikal seçimə məcbur edir

Rusiya Ermənistana sarsıdıcı zərbə vurur: Kreml İrəvanı radikal seçimə məcbur edir

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Kreml yeni "Qafqaz planı" ilə regional sülh prosesində Qərbi qabaqlamaq niyyətinə düşüb və Rusiyanı gücləndirəcək əlavə hüquqi mexanizm qazanmağa can atır... Rusiyanın Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün Almatıda üçtərəfli görüş planlaşdırdığı bildirilsə də, bu məsələ Kremlin deyil, məhz rəsmi Bakının siyasi iradəsi ilə həll ediləcək...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz uğrunda mübarizə yenidən intensivlik qazanmağa başlayıb. Belə ki, Ukrayna savaşının başlanmasından sonra bu regionda mövqeləri zəifləmiş Rusiya yenidən fəallaşmağa cəhd göstərir. Kreml Cənubi Qafqazdakı geopolitik mövqelərini qorunmaqda israrlı olduğunu biruzə verməkdədir. Eyni zamanda, Rusiya bu regionda nəzarət mexanizmlərinin bərpasına artıq start verdiyini də sezdirir. Və bu baxımdan, hazırda Kremlin əsas diqqətinin məhz Rusiyanın ənənəvi regional forpostu Ermənistan üzərində formalaşması qətiyyən gözlənilməz deyil.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın nə vaxtsa, Ermənistana qarşı sərt təzyiq metodlarına üstünlük verə biləcəyi qətiyyən istisna olunmurdu. Kremldə hesab edirlər ki, Rusiyanın sayəsində uydurulmuş dövlət olan Ermənistan heç vaxt nəzarətdən çıxa bilməz. Rusiya Ermənistanı Qərbə güzəştə getməyəcəyini əvvəlcədən də gizlətmirdi. Və indi Kreml Rusiyaya xəyanət etmiş Ermənistan ilə hesablaşmaq niyyətini açıq-aşkar biruzə verməkdədir.

Məsələ ondadır ki, Rusiya Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) ayrılmasına imkan verməyəcəyini qabardır. Üstəlik, KTMT ilə bağlı problemi də məhz Aİİ üzərindən həll etməyə çalışır. Belə ki, Kremldə Ermənistanın yaxın gələcəkdə Aİİ-dən ayrılmaq şansının olmadığını tam dəqiqliyi ilə bilirlər. Çünki rəsmi İrəvan belə bir radikal addım atarsa, bu, Ermənistan iqtisadiyyatının çöküşü ilə nəticələnər. Və bu səbəbdən də, Kreml rəsmi İrəvanı KTMT-nı tərk edəcəyi təqdirdə, Ermənistanın Aİİ-dən qoyulacağı ilə hədələyir.

 Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, rəsmi İrəvan Aİİ-yə üzvlüyün bütün faydalarını və İttifaqdan çıxışın itkilərini Ermənistan cəmiyyətinə izah etməlidir. Onun fikrincə, Paşinyan hakimiyyəti bu taleyüklü məsələ ilə bağlı doğru qərar verməyə çalışmalıdır. Rus diplomat rəsmi İrəvana Ermənistanın heç vaxt üzv ola bilməyəcəyi Avropa Birliyinə yönəlik atdığı addımlar ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, fərqli istiqamətlərdə hərəkət edən bu iki qurumda eyni vaxtda yer almaq mümkün deyil.

Kremldən rəsmi İrəvana xatırladılıb ki, Rusiya və Ermənistan "müttəfiq", "strateji tərəfdaş" ölkələrdir. Ona görə də, Rusiya və Ermənistan mövcud problemləri "etibarlı bir atmosfer"də müzakirə ilə həll etməlidir. Yəni, Kreml əslində, müxtəlif istiqamətləri üzrə dolayısı mesajlar ilə Ermənistanı ciddi şəkildə təhdid edir. Rəsmi İrəvana Qərbə inteqrasiya siyasətinə Rusiyanın radikal reaksiyasının doğulacağı nəticələr barədə xəbərdarlıq olunur. Üstəlik, Azərbaycanla yekun sülh sazişinin imzalanmadığı bir şəraitdə Ermənistanın real təhlükə altında olduğu qabardılır. Və Ermənistan ordusunun tez-tez atəşkəsi pozmasının arxasında gizlənən səbəblər də indi Rusiyanın rəsmi İrəvana təzyiq faktorları kimi qəbul oluna bilər.

Onu qeyd etmək lazımdır ki, bir müddət öncə baş nazir Nikol Paşinyan da Ermənistan ordusuna tam nəzarət edə bilmədiyini dolayısı ilə qabartmağa çalışmışdı. Belə ki, erməni baş nazir Ermənistan ordusuna atəşkəs rejimini pozmamaq barədə əmri verdiyini vurğulamışdı. O, bildirmişdi ki, Ermənistan savaşa deyil, sülhə doğru hərəkət etməlidir. Çünki Azərbaycanla imzalanacaq yekun sülh sazişinin mətni də artıq tamamilə razılaşdırılıb.

Göründüyü kimi, Ermənistan kənar təsirlərə davamsız durumdadır. İndi rəsmi İrəvanın atdığı əksər addımlar sonradan Ermənistana qarşı bumeranq effekti verir. Həm Qərb, həm də Rusiya bütün digər faktorlarla yanaşı, sülh prosesindən də regional maraqları çərçivəsində istifadə etməyə çalışır. Və bu, ilk növbədə Ermənistanı sarsıdıcı zərbə altında buraxa biləcək önəmli faktordur.

Ancaq yekun sülh sazişinin imzalanması üçün vacib olan bütün şərtlər hələlik tam yerinə yetirilmədiyindən Ermənistan əslində, hazırda birmənalı şəkildə seytnot vəziyyətinə düşmüş kimi görünür. Elə baş nazir Nikol Paşinyan da situasiyanın Ermənistan üçün olduqca təhlükəli olduğunu öz yaxın ətrafına anlatmağa çalışıb. O, qapalı görüşdə bildirib ki, rəsmi Bakının tələbləri yerinə yetirilmədiyi təqdirdə, yeni müharibə qaçılmaz ola bilər. Erməni baş nazir hesab edir ki, mövcud durumu ehtiyatlı şəkildə Ermənistan cəmiyyətinə izah etmək lazımdır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan etiraf edib ki, rəsmi Bakı ilə danışıqlar onun istədiyi məcrada getmir. Onun dediyinə görə, rəsmi Bakı həm sülh sazişinin imzalanması üçün ön şərtlərdə, həm də Zəngəzur dəhlizin açılmasında israrlıdır. Əgər, rəsmi Bakının tələbləri yerinə yetirilməzsə, Ermənistan üçün sülh sazişi əlçatmaz olacaq. Və nə qədər qəribə də olsa, bütün bu önəmli məqamla bağlı Paşinyan hakimiyyəti daxilində ortaq mövqe olmadığından ziddiyyətlər daha da dərinləşir.

Maraqlıdır ki, Ermənistan KİV-ləri Rusiyanın belə vəziyyətdən rəsmi İrəvana təzyiqləri artırmaq üçün istifadə etməyə çalışdığını vurğulayır. Belə ki, Kremlin regional sülh prosesini yenidən Rusiyanın nəzarəti altına qaytarmağa çalışdığını iddia edir. Hətta rəsmi İrəvanın çarəsiz durumunun Rusiyanı vasitəçilik missiyasını təkrar ələ keçirməyə həvəsləndirdiyi də bildirilir. Və bu, reallaşmasa belə, Paşinyan hakimiyyətinun Kremlin istəyini qəbul etməsi, Ermənistanın Qərblə münasibətlərində ciddi problemlərə yol aça bilər.

 

Məsələ ondadır ki, “Joxovurd" qəzetinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin 9 May Qələbə Paradı ərəfəsində Moskvada Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirə bilər. Həmin məlumatda görüş zamanı Kreml sahibinin Ermənistan və Azərbaycan arasında sülh sənədinin imzalanması barədə razılıq əldə olunmasına çalışa biləcəyi iddia olunur.

Üstəlik, erməni nəşri Kremlin sülh sazişinin imzalanması üçün iyun ayının əvvəllərində Almatıda üçtərəfli görüşün baş tutmasına çalışdığını da vurğulayıb. Bu, o deməkdir ki, Kreml Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasında Qərbi qabaqlamaq niyyətindədir və nəticədə Cənubi Qafqazda Rusiyanın mövqelərini gücləndirə biləcək əlavə hüquqi mexanizm qazanmağa can atır.

Halbuki, burada diqqətdən qaçırılan bir önəmli məqam da var ki, rəsmi Bakı tələbləri tam icra edilmədən sülh sazişini imzalamaq niyyətində deyil. Bu baxımdan, Cənubi Qafqazın gələcək taleyi Moskvada deyil, məhz Bakıda həll ediləcək. Yəni, indiki mərhələdə regional sülh prosesi Rusiya üçün Ermənistana qarşı təzyiq faktorundan uzağa gedəcək mövzu deyil. Və belə anlaşılır ki, Paşinyan hakimiyyəti yaxın gələcəkdə Kremlin çoxvektorlu geopolitik hücumlarına məhkum qala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Aprel 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri