Icma.az
close
up
RU
Rusiya gələn 2026 cı ilin birinci yarısında müharibəni dayandıracaq Ekspert

Rusiya gələn 2026 cı ilin birinci yarısında müharibəni dayandıracaq Ekspert

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"Müdafiə xərclərinin azalmasının kökündə Rusiyanın zəifləməsi dayanır. Digər tərəfdən, Rusiya böyük problemlərlə baş-başa qalmaq, baş verə biləcək sosial partlayışların qarşısını almaq üçün buna getməyə məcbur olub”. 

Bunu Qaynarinfo-ya hərbi ekspert Üzeyir Cəfərov gələn il üçün Rusiyanın hərbi büdcəsinin 10 milyard dollardan çox azaldılacağı barədə proqnozları şərh edərkən deyib.

"Rusiya Maliyyə Nazirliyi artıq 4-cü ildir ki, həyəcan təbili çalır. Maliyyə naziri və Mərkəzi Bankın rəhbəri Rusiya prezidentilə görüşündə və hökumət iclaslarında dəfələrlə bildiriblər ki, ölkənin iqtisadi çətinlikləri ildən-ilə artır. 2026-cı ilin büdcəsində 2025-ci illə müqayisədə müdafiə xərclərinin azalması da həmin narahatlıqdan irəli gəlir”, deyə ekspert bildirib.


Həmsöhbətimiz Rusiya üçün belə bir vəziyyətin gözlənilən olduğunu dedi: 

"Ona görə də bir sıra digər sahələr kimi, hərbi sektora maliyyə yatırımlarını da azaltmaq məcburiyyətində qalıblar. Bu gözlənilən idi. Büdcədə ciddi çatışmazlıq var. Bir sıra regionlarda məvaciblərin ödənilməsində problemlər yaşanır. Ölkənin qızıl ehtiyatları da azalır. Müharibənin bir günü üçün Rusiya milyardlarla dollar itki verir. Rusiya müharibə başlayandan xeyli sayda iqtisadi sanksiyalara məruz qalıb. Ona qarşı növbəti, 19-cu sanksiyalar paketini də sabah müzakirə edəcəklər”. 

Ü. Cəfərov düşünür ki, ABŞ prezidenti Donald Trampın BMT Baş Assmbleyasındakı çıxışından sonra Rusiya daha ciddi şəkildə narahatlıq keçirməyə başlayıb:

"1 trilyon rubla qədər müdafiə xərclərinin azalması Kremlin hərbi imkanlarının daha da tükənəcəyi anlamına gəlir. Putin hazırda müharibəni dayandıra bilmir. Çünki dayandıracağı təqdirdə, ölkə daxilində böyük təlatümlər olacaq. Amma bu da uzun müddət davam edə bilməz”.

Ekspertin fikrincə, ən azından gələn ilin birinci yarısında Rusiya müharibəni dayandırmaq məcburiyyətində qalacaq. 

Qeyd edək ki, mətbuatın yazdığına görə, Rusiya Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsində Ukraynadakı işğalçı müharibənin xərclərini ödəmək üçün bir sıra kritik addımlar planlaşdırıb. 

Bu addımlardan biri 2026-cı ildən başlayaraq əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin 20 faizdən 22 faizə qaldırılmasıdır. 

Maliyyə Nazirliyinin sənədlərinə görə, 2026-cı ildə milli müdafiə xərcləri 2025-ci ildəki 13,5 trilyon rubldan, 12,6 trilyon rubla qədər azalacaq. Yəni ölkənin hərbi xərcləri 10 milyard dollardan da çox azaldılaraq, gələn il üçün 150,5 milyard dollara düşəcək.

Rüfət Sultan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri