Rusiya genişmiqyaslı hücuma hazırlaşır əsas hədəflər açıqlandı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusu yay aylarında Donetsk vilayətində genişmiqyaslı hücuma keçməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu nəşri “The Washington Post” məlumat yayıb.
Qəzetin yazdığına görə, əsas hədəf Pokrovsk və hələ ön xəttə yaxın olmayan, lakin üç istiqamətdən asanlıqla hücum edilə bilən Konstantinovkanın ələ keçirilməsidir.
Ukrayna kəşfiyyatına istinad edən nəşr qeyd edir ki, Moskva eyni zamanda Sumı və Xarkov vilayətlərində diqqəti yayındırmaq üçün hücumlar planlaşdırır. Hazırda bu bölgələrə 125 min Rusiya hərbçisi yerləşdirilib. Bu say vilayət mərkəzlərini tutmaq üçün yetərli olmasa da, sərhəddə ciddi gərginlik yaratmaq potensialına malikdir.
Rusiya tərəfi Ukrayna ərazisindən mümkün zərbələrin qarşısını almaq üçün sərhədboyu “bufer zonaları” yaratmağa çalışır.
“The Washington Post” həmçinin bildirir ki, Ukraynanın hücuma keçmək üçün nə kifayət qədər canlı qüvvəsi, nə də texnikası var. Buna görə də Kiyev 2024-cü ildən tətbiq etdiyi strategiyanı davam etdirəcək: cəbhə xəttini qoruyaraq Rusiyanın ərazi əldə etməsini mümkün qədər çətinləşdirmək.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:91
Bu xəbər 27 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















