Icma.az
close
up
RU
Rusiya günahını etiraf etməlidir: AZAL ın təyyarəsi ilə bağlı cavabsız qalan suallar

Rusiya günahını etiraf etməlidir: AZAL ın təyyarəsi ilə bağlı cavabsız qalan suallar

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-a məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasına dair ilkin hesabatı müzakirələri yenidən alovlandırıb. Xüsusilə, Rusiyanın bəzi media qurumları və ekspert dairələri Azərbaycanı hədəfə alaraq, təyyarənin qəsdən vurulmadığını iddia etməyə çalışır. Halbuki, Qazaxıstanın hesabatında təyyarənin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyaların aşkar edildiyi bildirilir.

Hesabatda vurğulanır ki, AZAL-ın təyyarəsi uçuşa tam yararlı olub və mühərriklərində qəza anına qədər texniki problem qeydə alınmayıb. "Röyters" agentliyi də təyyarənin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğunu yazıb. Bu faktlar fonunda Moskvanın iddialarından geri çəkilməməsi anlaşılmazdır.

Bakı isə məsələ ilə bağlı konkret addımlar atmağa hazır olduğunu bildirir.

Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti üzərinə götürməməsi regionda hansı siyasi və hüquqi nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Fuad Abbasov bildirib ki, Rusiyanın atacağı ən vacib addım günahını boynuna almaq, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq təzminat ödəmək və günahkarları cəzalandırmaqdır:

"Rusiya Bakının haqlı tələblərini icra edərsə, ən azından dünya ictimaiyyəti qarşısında baş verən hadisədə qəsdin olmadığını, bənzər olayın bir daha meydana gəlməyəcəyinin qarantiyasını vermiş olardı. Amma çox təəssüf olsun ki, Rusiya bunu etmir. Beləcə, bütün dünyanı özündən şübhələndirməyə davam edir. Heç kim Azərbaycanı ittiham etmir və azərbaycanlı pilotların günahkar olduğunu söyləmir".

Fuad Abbasov: Böyük hava nəqliyyatı şirkətləri Rusiyaya səfərlərdən imtina edəcək

Ekspertin sözlərinə görə, pilotlar dispetçerlərin çağırışına qulaq asmayaraq, "Mineralnı Vadı", yaxd "Rostov" hava limanı əvəzinə Aktau şəhərinə uçublar. Bunu ruslardan başqa heç kim demir: 

"Bütün dünya ictimaiyyəti Azərbaycana məxsus mülki təyyarənin ruslar tərəfindən hərbi obyekt kimi vurulub məhv edilməsindən danışır. Bu söhbətlər Rusiyanın mülki havacılıq sisteminin çox ciddi zərər görməsi deməkdir. Moskva bunu yaxşı başa düşür və öz əli ilə öz hökmünü yazmaq istəmir. Lakin dərk etmir ki, indiki halda günahını etiraf etməzsə, bu, o anlama gələcək ki, Ukrayna dronu əvəzinə Azərbaycanın mülki təyyarəsini vurublar və bunu dünyanın hər hansı ölkəsinin təyyarəsinə qarşı da tətbiq edə bilərlər".

Həmsöhbətimizə görə, belə olarsa, böyük hava nəqliyyatı şirkətləri Rusiya hava məkanına girməkdən imtina edəcəklər. Onun fikrincə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar çərçivəsində belə bir addımın atılması Rusiyanın ümumiyyətlə dünya ilə əlaqəsinin kəsilməsinə səbəb ola bilər: 

"Rusiyanın dünya ilə əlaqəsi xarici ölkə təyyarələrinin Rusiyaya gəlməsi ilə həyata keçirilir. Rus təyyarələri sanksiya səbəbindən xarici dövlətlərə uça biləcək vəziyyətdə deyillər. Onun üçün bu vəziyyətdən ən yaxşı çıxış yolu Rusiyanın öz səhvini etiraf etməsi və dərhal günahkarları cəzalandırmasıdır". 

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Fevral 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri