Rusiya hansı hallarda və kimlərə qarşı nüvədən istifadə edəcək? Putin sənədi imzaladı
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasının təsdiq edilməsi haqqında fərman imzalayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, müvafiq sənəd rəsmi hüquq-informasiya portalında dərc olunub.
Doktrinanın əsas prinsipi kimi nüvə silahının ölkənin suverenliyini qorumaq üçün son çarə olması götürülüb. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar nüvə silahından istifadəyə icazə verən parametrlər dəqiqləşdirilib.
Xüsusilə, nüvə hücumunun qarşısının alınması nəzərdə tutulan dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilib. Doktrinaya həmçinin, bu cür hərəkətlərin zərərsizləşdirilməsini tələb edən hərbi təhdidlərin siyahısı əlavə edilib.
Siyahıya görə, hər hansı qeyri-nüvə dövlətinin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə təcavüzü Rusiyaya birgə hücum hesab ediləcək. Bundan əlavə, Rusiyanın suverenliyinə, hətta adi silahlarla belə, kritik təhlükə yaranarsa, ittifaq dövlətinin üzvü kimi Belarusa hücum olarsa, hərbi təyyarələrin, qanadlı raketlərin, dronların və digər təyyarələrin kütləvi şəkildə buraxılması və onların Rusiya sərhədini keçməsi baş verərsə, Rusiyanın nüvə reaksiyası mümkündür.
Digər tərəfdən, hərbi bloka daxil olan istənilən ölkənin Rusiyaya təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək.
Sənəddə həmçinin qeyd edilir ki, nüvə silahından istifadə barədə qərarı Rusiya prezidenti verir.
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















