Rusiya ilə böyük qarşıdurmaya hazırlaşmalıyıq
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransa Rusiya ilə “böyük qarşıdurmaya” hazır olmalıdır.
Redaktor.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Ketrin Votren Milli Assambleyanın Müdafiə Komitəsində 2027-ci il üçün müdafiə büdcəsi ilə bağlı çıxışı zamanı bildirib.
“Silahlı qüvvələrimiz böyük qarşıdurmaya hazırlaşmalıdır. Eyni zamanda, ölkənin hər gün qarşılarına qoyduğu vəzifələri yerinə yetirməyə davam etməlidirlər”, - deyə o bildirib.
Votren həmçinin Rusiyanın avropalılara onlar üçün “zərərli” olacaq yeni təhlükəsizlik sistemi tətbiq etmək istədiyini iddia edib. Nazir Moskvanın silah istehsalını artırdığını, iqtisadiyyatını “hərbiləşdirdiyini” və Avropa İttifaqına üzv ölkələrə qarşı “düşmənçilik xarakterli addımları artırdığını” da bildirib.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Draqone Rusiya ilə NATO ölkələri arasında gərginliyin artmasının heç kimə fayda vermədiyini vurğulayıb.
Həmçinin NATO-da Moskvanın alyans üzvlərinə hücum edəcəyi təqdirdə Rusiyaya qarşı “sürətli qələbə” planının hazırlandığı barədə məlumat yayılıb.
Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte Rusiyanın alyans üçün birbaşa təhlükə yaratmadığını bildirib.
Xədicə BAXŞILI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 08 Oktyabr 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















