Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır Lavrov
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Aprelin 12-də Türkiyədə Antalya Diplomatik Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Bayramov arasında görüş keçirilib.
Yeniavaz.com Rusiya Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, söhbət zamanı iki ölkə arasında müttəfiqlik əməkdaşlığının və strateji tərəfdaşlığın möhkəmləndirilməsi üzrə praktiki addımlar, birgə tədbirlərin qrafiki müzakirə edilib.
Tərəflər beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində qarşılıqlı fəaliyyətin davam etdirilməsinin, o cümlədən Xəzər Beşliyinin işinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
Rusiya tərəfi Azərbaycan-Ermənistan arasında normallaşma prosesini və sülh müqaviləsinin bağlanmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə üçtərəfli sazişlərin bütün spektrinin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır
21 Yanvar 2025 13:39
Rusiya İrəvanla Bakı arasında müzakirələrə dəstək verməyə hazırdır, amma...
14 Fevral 2025 10:23
Lavrov: Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır
23 May 2025 18:19
Moskva İrəvanla Bakıya sülh müqaviləsi üçün yardım etməyə hazırdır Səfir
25 Noyabr 2024 11:01
Baxış sayı:106
Bu xəbər 12 Aprel 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















