Icma.az
close
up
RU
Rusiya milyarderləri daha 18 milyard dollar qazanıb ABŞ və Aİ nin sanksiyaları altındadırlar...

Rusiya milyarderləri daha 18 milyard dollar qazanıb ABŞ və Aİ nin sanksiyaları altındadırlar...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın ən varlı biznesmenlərinin sərvəti 2025-ci ildə 18 milyard dollar artıb.

“Bloomberg Billionaires Index”in 1 dekabr 2025-ci il üçün yenilənmiş siyahısı Rusiyanın oliqarxları arasında sərvət artımının davam etdiyini göstərir. Reytinqə əsasən, ilin əvvəlindən bəri rusiyalı milyarderlərin ümumi varidatı 18 milyard dollara yaxın artaraq 306,5 milyard dollara çatıb. Siyahıda hazırda 21 rusiyalı yer alır.

Reytinqin ilk üçlüyündə ənənəvi fiqurlar qərarlaşıb:

Vladimir Potanin (“Nornikel”in əsas sahiblərindən) – 29,5 mlrd dollar. İlin əvvəlindən bəri sərvəti 1,67 mlrd artıb. Potanin ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiyaları altındadır.

 Aleksey Mordaşov (“Severstal”ın sahibi) – 25,8 mlrd dollar, artım 2,57 mlrd. O da Aİ və Böyük Britaniyanın sanksiya siyahısındadır.

 Vladimir Lisin (NLMK rəhbəri) – 22,8 mlrd dollar, il ərzində isə 3,07 mlrd itirib. Lisin yalnız Avstraliyanın sanksiyaları altındadır və hələlik ABŞ və Avropa tərəfindən qara siyahıya salınmayıb.

Bu il sərvətini ən çox artıran iş adamı Əlişir Usmanov olub. Onun varidatı 5 milyard dollardan çox artaraq 18,5 milyard dollara çatıb.

Digər ciddi artım göstərən oliqarxlar:

İskəndər Mahmudov – artım 4,43 mlrd, ümumi sərvət 7,56 mlrd;

Vekselberq – artım 3 mlrd, ümumi sərvət 10 mlrd.

Hər üç milyarder Qərbin sanksiyaları ilə üzləşən şəxslər siyahısındadır.

Texnologiya sektorunun nümayəndələrindən Pavel Durov (Telegramın qurucusu) – 13,5 mlrd dollar, artım 2,5 mlrd. Siyahıda 11-ci yerdədir.

Tatyana Kim (“Wildberries”in sahibi) – sərvəti 8 mlrd dollara yüksəlib, artım 654 milyon dollar. O, reytinqdə 19-cu pillədədir.

“Bloomberg”in siyahısının ilk beşliyində yenə də ABŞ texnoloji nəhənglərinin sahibləri qərarlaşıb:

İlon Mask, Larri Peyc, Larri Ellison, Sergey Brin, Ceff Bezos

“Bloomberg Billionaires Index” dünyanın 500 ən varlı şəxsi haqqında məlumatları gündəlik yeniləyən reytinqdir. Agentlik bu siyahını 2012-ci ildən etibarən aparır.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri