Rusiya Müdafiə Nazirliyində növbəti dəyişiklik: Fomin vəzifədən uzaqlaşdırılır
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin vəzifəsini tərk edəcək.
Gununsesi.info RBC-ə istinadən xəbər verir ki, artıq onun istefası ilə bağlı fərman hazırlanıb.
66 yaşlı Fomin 2022 və 2025-ci illərdə İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. Onun vəzifədən uzaqlaşdırılması təsdiqlənərsə, bu, sabiq müdafiə naziri Sergey Şoyqunun komandasından istefaya göndərilən altıncı nazir müavini olacaq.
Fomin 1990-cı illərdə “Rosvoorujenie” və “Rosoboroneksport”da çalışıb, 2012–2017-ci illərdə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətə rəhbərlik edib. Daha sonra Müdafiə nazirinin müavini vəzifəsinə gətirilib. 2022-ci ilin martında İstanbul danışıqları zamanı o, Rusiyanın Kiyev və Çerniqov vilayətlərində hərbi fəaliyyəti azaltmaq qərarını elan etmişdi.
RBC yazır ki, Fominin yerinə sənaye və ticarət nazirinin birinci müavini, 42 yaşlı Vasili Osmakov təyin oluna bilər. MSU məzunu olan Osmakov 2004-cü ildən dövlət idarələrində müxtəlif vəzifələr tutub, 2021-ci ildən nazirin birinci müavinidir.
Xatırladaq ki, 2024-cü ilin mayında Sergey Şoyqu müdafiə naziri postundan azad edildikdən sonra onun komandasına daxil olan bir neçə yüksək vəzifəli şəxs işdən çıxarılıb və ya həbs edilib. Onlar arasında birinci nazir müavini Ruslan Tsalikov, dövlət katibi Nikolay Pankov, müavinlər Tatyana Şevtsova, Pavel Popov və rüşvət ittihamı ilə həbs edilən Timur İvanov da var.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 17 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















