Icma.az
close
up
RU
Rusiya Qafqazın üzərini “qara buludlar”la örtür: ABŞ və Qərb həm Bakıya, həm də İrəvana “təhlükə” mesajı verdi

Rusiya Qafqazın üzərini “qara buludlar”la örtür: ABŞ və Qərb həm Bakıya, həm də İrəvana “təhlükə” mesajı verdi

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan və Ermənistan sülh prosesində ABŞ və Qərbin verəcəyi beynəlxalq təminatlara, yoxsa neoimperialist Rusiyanın “regional mexanizmlər”inə” etibar etməyin daha vacib olduğunu dəqiqləşdirməli olacaq... Rusiyanın Cənubi Qafqazı yenidən qarışdırmağa çalışdığı bir situasiyada, böyük ehtimalla regionun gələcək geopolitik arxitekturasını müəyyən etməli olan prinsipial seçim qaçılmaz xarakter daşıyacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz ətrafında təhlükəli proseslərin cərəyan etdiyi müşahidə olunur. Hər halda, bu region uğrunda dünya nəhənglərinin amansız mübarizə apardıqları inkaredilməz reallıqdır. ABŞ Dövlət Departamenti və Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin “səyahət xəbərdarlıqları” isə situasiyanın olduqca təhlükəli mərhələyə yaxınlaşdığını göstərir. Belə ki, hər iki ölkə öz vətəndaşlarına Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər etməməyi tövsiyə edib. Və rəsmi açıqlamalarda bu bölgələrin hər an “silahlı toqquşma riski” ilə üzləşə biləcəyi qeyd olunur.

Onu da qeyd etmək lazımdır ki, bu xəbərdarlıqların məhz avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasından sonraya təsadüf  etməsi xüsusi paradoks təsiri bağışlayır. Çünki həmin vaxtdan üzü bəri iki qonşu ölkənin sərhəd bölgəsində ciddi hərbi insident qeydə alınmayıb. Bu məqam həm də onu göstərir ki, ABŞ və Böyük Britaniyanın “səyahət xəbərdarlıqları” yalnız təhlükəsizlik məqsədli deyil, həm də siyasi xarakter daşıyır.

Yəni, belə çıxır ki, Ağ Ev və rəsmi London regionda hərbi toqquşma riskini öncədən qabardaraq, iki önəmli mesaj verir. Birincisi, ABŞ və Böyük Britaniya öz vətəndaşlarının təhlükəsizliyini “profilaktik diplomatiya” ilə təmin etdiklərini göstərir. Digər tərəfdən isə, regionda ciddi geopolitik maraqları olan bu iki nəhəng dövlət Cənubi Qafqazda sabitliyin hələ də tam təmin olunmadığını beynəlxalq gündəmdə saxlamağa çalışır. Və bu baxımdan, indi Cənubi Qafqaz üçün olduqca həssas dönəmin olduğu qətiyyən şübhə doğurmur.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ prezidenti Donlad Trampın Azərbaycan və Ermənistana münasibətdə “dostluq diplomatiyası”nı davam etdirdiyi də müşahidə edilir. Belə ki, Ağ Ev sahibi Donald Trampın son açıqlamaları regional prosesləri daha fərqli, həm də pozitiv istiqamətlərə yönəldə biləcək məzmun daşıyır. O, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı “böyük liderlər” adlandıraraq, münaqişənin həllində vasitəçi olmasından məmnunluğunu vurğulayıb. Ağ Ev sahibi Donald Tramp bunu həm şəxsi diplomatik uğuru, həm də ABŞ-ın geopolitik nüfuzu üçün “əbədi dostluq” layihəsi kimi təqdim etib.

Göründüyü kimi, prezident Donald Trampın Cənubi Qafqaza yanaşma tərzi ənənəvi ABŞ diplomatiyasından ciddi şəkildə fərqlənir. Çünki Ağ Ev sahibinin siyasi-diplomatik üslubu daha çox şəxsi münasibətlərə əsaslanır. Bu isə yaxın gələcəkdə imzalana biləcək Azərbaycan-Ermənistan yekun sülh sazişini Tramp administrasiyasının əsas uğurlarından biri kimi təqdim etmək planına işarədir. Və bu, prezident Donald Trampın həm də Avropa Birliyinə, həm də Rusiyaya ABŞ-ın daha effektiv vasitəçilik imkanlarına malik olduğunu qəbul etdirmək istəyini də biruzə verir.

 

Təbii ki, ABŞ-ın Cənubi Qafqazda fəallaşması və regiondakı mövcud geopolitik dinamika Rusiyanı ciddi şəkildə narahat edir. Ona görə də, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasında Azərbaycan və Ermənistanda “3+3” formatında xarici işlər nazirlərinin görüşünün vaxtının və yerinin razılaşdırılmasına yönəlik çağırış xüsusi yer tutur. “3+3” formatı isə yalnız altı ölkənin - Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə və İranın daxil olduğu regional əməkdaşlıq platformasıdır.

Maraqlıdır ki, Kreml bu formatı tez-tələsik gündəmə gətirməklə, Rusiyanın Cənubi Qafqaz hədəfləri baxımından, iki əsas məqsəd güdür. Birincisi, Kreml “3+3” formatı üzərindən hərəkət edərək, Azərbaycan- Ermənistan münasibətlərini ABŞ və Qərbin vasitəçiliyindən çıxarıb, regional çərçivədə saxlamağa cəhd göstərir. Buna paralel olaraq, Türkiyə və İranın da prosesə daxil edilməsi ilə daha çox “regional balans” yaratmaq, faktiki olaraq, ABŞ və Qərbi regional geopolitik məkandan kənarlaşdırmaq niyyəti güdür.

 

Ona görə də, ABŞ və Böyük Britaniyanın “səyahət xəbərdarlıqları”nı, prezident Donald Trampın dostluq mesajları ifadə edən açıqlamalarını və Rusiyanın “3+3” formatı üzrə təşəbbüslərini ümumiləşdirdikdə aydın görünür ki, Cənubi Qafqazdakı sülh prosesi artıq yalnız Azərbaycan və Ermənistan arasında deyil, həm də dünya nəhənglərinin rəqabət poliqonunda da əsas təsiredici faktordur. Bu səbəbdən də, regional sülh prosesinin Cənubi Qafqazın geopolitik məkanından çıxaraq, qlobal qarşıdurma mövzusuna çevrilməsi qətiyyən təəccüblü deyil.

Belə anlaşılır ki, indi Azərbaycan- Ermənistan sülh prosesinin gələcək taleyi yalnız bu iki ölkənin siyasi iradəsindən asılı olmaya da bilər. Ona görə də, böyük ehtimalla yaxın vaxtlarda əsas həlledici faktor kimi, məhz bu iki dövlətin dünya nəhəngləri arasında edəcəyi seçimin daha ön plana keçə biləcəyini də düşünmək olar. Hər halda, Azərbaycan və Ermənistan sülh prosesində ABŞ və Qərbin verəcəyi beynəlxalq təminatlara, yoxsa neoimperialist Rusiyanın “regional mexanizmlər”inə” etibar etməyin daha vacib olduğunu dəqiqləşdirməli olacaq. Və Rusiyanın Cənubi Qafqazın üzərini “qara buludlar”la örtməyə çalışdığı bir ssenaridə, böyük ehtimalla regionun gələcək geopolitik arxitekturasını müəyyən etməli olan seçim qaçılmaz xarakter daşıya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri