Rusiya Qrenlandiya ilə bağlı NATO nun artan fikir ayrılığını alqışlayır WSJ
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya prezidenti Vladimir Putin təxminən 20 ildir ki, NATO-nun gücünü sarsıtmağa çalışır. İndi isə ABŞ prezidenti Donald Tramp Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə can atarkən, Rusiya Alyansın problemlərini sevinclə izləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” yazır.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın "ABŞ etməsə, Rusiya adanı ələ keçirəcək" iddiasını rədd edərək, Moskvanın belə planlarının olmadığını bildirib. Bununla belə, o, Qrenlandiyanı Rusiyanın Ukrayna ərazisini ilk dəfə ələ keçirməsi – 2014-cü ildə Krımın ilhaqı ilə müqayisə edərək, Trampın adanı ələ keçirmək istəyini bəyənib.
WSJ-nin qeyd etdiyi kimi, bu bəyanatlar bəzi Avropa liderlərinin "Trampın Qrenlandiyanı ələ keçirmək qərarının beynəlxalq hüquq normalarını pozacağı və Putini Ukrayna və Şərqi Avropada potensial olaraq daha da cəsarətləndirəcəyi" ilə bağlı narahatlıqlarını birbaşa əks etdirir.
"Bu, Şimali Amerika ilə Avropanı bir-birindən ayıran fövqəladə bir vəziyyətdir. Rusiya, yəqin ki, arxasına söykənib Milad bayramının hələ bitmədiyini düşünür", deyə Böyük Britaniyanın Moskva və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman bildirib.
O vurğulayıb ki, Rusiyanın NATO-nun problemləri ilə bağlı sevinci, yəqin ki, Trampın hər halda Qrenlandiya üzərində nəzarəti əldə edərək ABŞ-ın Arktikadakı mövcudluğunu genişləndirməsi ehtimalı ilə kölgələnir.
Lakin yaxın perspektivdə Qrenlandiya uğrunda mübarizə Moskvanın çoxdan təhdid kimi gördüyü alyansda qeyri-sabitlik yaradır. Putinin Ukraynaya müdaxiləsi qismən Kiyevin NATO-ya daxil olmasının qarşısını almağa yönəlmişdi. O vaxtdan bəri Avropa liderləri Moskvanı qitədə qərb cəmiyyətlərini sarsıtmağa yönəlmiş dron hücumları və sualtı kabellərin kəsilməsi də daxil olmaqla "kölgə müharibəsi" aparmaqda ittiham edirlər.
Kreml üçün çalışmış rusiyalı politoloq Sergey Markov bəyan edib ki, Vaşinqton və Brüssel arasında böyüyən parçalanma Qərbin təhlükəsizlik siyasətinin Rusiyanın xeyrinə tamamilə yenidən qurulmasının ilk "zəngi" ola bilər. O ehtimal edib ki, gərginlik NATO-nun dağılmasına səbəb olacaq bir münaqişəyə çevrilə bilər. Avropalı müttəfiqlər olmadan isə Ukraynadakı müharibə Moskvanın şərtləri ilə bitəcək.
Lakin bir çox Qərb liderləri belə bir senarini az ehtimal olunan hesab edirlər. Onlar Trampı Qrenlandiya məsələsini həll etmək istəyinin lüzumsuzluğuna inandırmağa, ticarət müharibəsinin qarşısını almağa və Alyansın birliyini qorumağa çalışırlar.
Daha əvvəl KİV-lər NATO-nun Qrenlandiya ilə bağlı vəziyyətə görə ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırdığını xəbər vermişdilər. Xüsusilə, alyansın insayderi jurnalistlərə qeyd edib ki, Trampın planları NATO-da Avropa və Amerika həmkarları arasında gərginlik və inamsızlıq yaradır.
ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ-ın Qrenlandiya üzərində nəzarət qurmaq niyyətinin Rusiyanın Krımı ilhaq etməsindən fərqləndiyini qeyd edib. Bessent izah edib ki, Amerikanın adanı əldə etməsi ABŞ və Avropanın maraqlarına daha yaxşı uyğun gəlir. O, avropalıların bunun Qrenlandiya üçün ən yaxşısı olduğunu anlayacaqlarına ümid etdiyini bildirib.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Yanvar 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















