Icma.az
close
up
RU
Rusiya səfirliyimizi, qaz kompressor stansiyası və neft bazasını buna görə vurub…

Rusiya səfirliyimizi, qaz kompressor stansiyası və neft bazasını buna görə vurub…

Icma.az, Tribuna saytına istinadən bildirir.

Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına Rusiyanın atdığı “İsgəndər” raketinin düşməsi və nəticədə səfirliyin binasının dağıntılara məruz qalması haqlı olaraq müəyyən şübhələrə səbəb olur. Məsələ bundadır ki, son dövrlər adətən hərbi deyil, daha çox mülki obyektlər Rusiya tərəfinin raket zərbələrinə məruz qalır. Rusiya hər dəfə mülki obyektlər deyil, guya hərbi obyektlərə raket zərbəsi endirdiyini israrla bildirsə də, bu, inandırıcı görünmür və faktiki vəziyyətə uyğun gəlmir.

Tribuna-nın məlumatına əsasən, bu barədə tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli yazıb. O bildirib ki, Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi obyektlərin dəqiq dislokasiyasının Rusiyanın əlində olması şəksizdir:

“Azərbaycanın Ukraynadakı səfirliyinin binası hərbi obyekt deyil və səfirliyin yaxınlığında heç bir hərbi obyekt yerləşmir. Bu da səfirliyin ətrafının qəsdən nişan alınması təəssüratını yaradır. Bu təəssüratı güçləndirən bir neçə amil də mövcuddur. Belə ki, Azərbaycan səfirliyi artıq 2-ci dəfədir ki, Rusiyanın raket hücumlarından zərər çəkir. Bir müddət bundan əvvəl də Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşmüşdü və səfirliyimizin binası zərər çəkmişdi. Müharibənin gedişində bu günə qədər Azərbaycandan başqa, heç bir dövlətin səfirliyi Rusiyanın raket hücumlarından zərər çəkməyib.
Bundan başqa, bu yaxınlarda Rusiya Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına və SOCAR-ın neft bazasına zərbələr endirmişdi.
İlk baxımdan təsadüfi görünən hadisələrin təkrarlanması Azərbaycana aidiyyəti olan qaz kompressor stansiyasına və neft bazasına zərbələr endirilməsi həmin hərəkətlərin qəsdən törədilməsi ehtimalını daha da artırır”.

Q.Əlibəyli bildirib ki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukraynaya humanitar yardım edir. Görünür bu, Rusiya hakimiyyətinin xoşuna gəlmir və ölkəmizi bu mövqedən çəkindirmək məqsədilə bu cür təzyiq vasitələrindən istifadə edir:

“Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mövqeyini zəiflətmək də bu hücumların məqsədlərindən biri kimi nəzərdən keçirilə bilər. Çünki Rusiyanın özünün enerji sektoru ciddi böhran keçirir və faktiki çökmə ərəfəsindədir.
Mülki infrastrukturları və diplomatik nümayəndəlikləri hədəf kimi seçməklə Rusiya insanlıq əleyhinə və hərbi xarakterli beynəlxalq cinayətlərini davam etdirir və Ukraynada düşdüyü bataqlığı daha da dərinləşdirir”.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri