Icma.az
close
up
RU
Rusiya səfirliyimizi təsadüfən vurub? “Kreml bu qədər güclənməyimizi həzm edə bilmir”

Rusiya səfirliyimizi təsadüfən vurub? “Kreml bu qədər güclənməyimizi həzm edə bilmir”

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

“Təsadüf məsələsi artıq ağıza alınmamalıdır. Bu hücum artıq neçənci belə haldır. Rusiyanın Ukrayna ərazisində vurduğu obyektlər içərisində Azərbaycana məxsus xeyli obyektlər var”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, Rusiya Ukrayna ərazisində olan Azərbaycana məxsus strateji obyektlərdən xəbərdardır:

“Azərbaycan və Rusiya arasında Moskva bəyannaməsi var. Həmin bəyannamənin müddəalarında da açıq şəkildə göstərilib ki, tərəflər bir-birinə bu tipli hücumlar etməməlidir. Yeri gəlmişkən, Rusiya Ukrayna ərazisində olan Azərbaycana məxsus strateji obyektlərdən xəbərdardır. Bu ərazilərin vurulması heç bir halda təsadüf deyil”.

Siyasi şərhçi vurğulayıb ki, heç bir halda Rusiyanın səmimiyyətli inandırıcı deyil:

“Görünür ki, Rusiya tərəfi Azərbaycanla münasibətlərin normallaşmasında səmimi deyil. Kreml Azərbaycanın bu qədər güclənməsini həzm edə bilmir. Rusiya hələ də bizi 90-cı illərin zəif Azərbaycanı kimi görür. Halbuki, Azərbaycan və Rusiya arasında AZAL təyyarəsinin vurulması ilə bağlı məsələ yeni-yeni öz həllini tapırdı ki, belə bir hadisə baş verdi. Mən heç bir halda Rusiyanın səmimiyyətinə inanmıram. Heç Bakının verdiyi notaya Moskvanın cavabı da səmimi deyil. Bizim niyyətimiz heç bir halda Rusiya ilə gərginlik deyil”.

T.Rzayev diqqətə çatdırıb ki, Moskva bu məsələdə ölçü götürməsə, Bakı beynəlxalq hüquq çərçivəsində başqa variantlara da əl ata bilər:

“Ümumiyyətlə Azərbaycan heç bir ölkə ilə gərgin münasibətlərə sahib olmaq istəmir. Hətta sülh müqaviləsinin şərtlərində belə Ermənistana kifayət qədər güzəştlər edilib. Sülh tərəfdarı olan bir ölkəyə qarşı bu cür ardıcıl təxribatların törədilməsi açıq və kobud şəkildə beynəlxalq hüququn pozulmasıdır. Əgər rəsmi Moskva bu məsələdə ölçü götürməsə, Bakı beynəlxalq hüquq çərçivəsində başqa variantlara da əl ata bilər. Azərbaycanla gərginlik Rusiyaya heç bir halda sərf etməyəcək”.

Qeyd edək ki, Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri