Icma.az
close
up
RU
Rusiya Şimali Koreyaya 1,6 milyon barrel neft göndərib BMT sanksiyaları hansı sxemlə pozulur?

Rusiya Şimali Koreyaya 1,6 milyon barrel neft göndərib BMT sanksiyaları hansı sxemlə pozulur?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya 2024-cü ilin mart ayından etibarən Şimali Koreyaya ən azı 1,3 milyon barrel nefti dəniz yolu ilə, əlavə olaraq isə 322 min barrel nefti dəmir yolu vasitəsilə göndərib.

“AzPolitika” bildirir ki, bu barədə araşdırmaçı jurnalistlər qrupu məlumat yayıb.

Araşdırma göstərir ki, Moskva və Pxenyan BMT-nin 2017-ci ildə tətbiq etdiyi sanksiyaları gizli ödəniş kanalları vasitəsilə dolanırlar. Sanksiyalar KXDR-ə illik neft məhsulları ixracını 500 min barrel ilə məhdudlaşdırır.

Məlumata görə, Rusiya və Şimali Koreya ödənişlərin keçməsi üçün BƏƏ üzərindən bir neçə gizli maliyyə kanalı yaradıb. Ticarət zəncirində yer alan əsas şirkətlərdən biri isə Rusiyanın Krasnodar diyarından olan deputat Robert Paranyants ilə əlaqələndirilir.

“Open Source Center”in məlumatına görə, Şimali Koreya tankerləri 2024-cü ildə Vostoçnıy limanına 40-dan çox reys həyata keçirib. Həmin liman Naxodka bölgəsində, Yapon dənizinin Vranqel körfəzində yerləşir.

Britaniya hökuməti may ayında bu fəaliyyətlə bağlı bir neçə Rusiya şirkətinə sanksiya tətbiq edib. London bunu “silah – neft barter sxemi” adlandırıb.

Araşdırma göstərir ki, dəmir yolu ilə Şimali Koreyaya neft tədarükündə bir neçə Rusiya şirkəti iştirak edib. Ən iri ixracatçılardan biri Vladivostokda qeydiyyatda olan “Inrostopt” şirkətidir. Şirkətin rəsmi fəaliyyət sahəsi… pivə satışıdır.

2024-cü ilin yayında Rusiya və KXDR arasında ittifaq haqqında müqavilə imzalandı. Payızdan etibarən isə şimali koreyalı hərbçilər Ukraynaya qarşı döyüşlərdə iştirak etməyə başlayıblar. Pxenyan eyni zamanda Moskvaya artilleriya sursatı və digər döyüş ləvazimatları göndərir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri