Icma.az
close
up
RU
RUSİYA STRATEJİ QEYRİ MÜƏYYƏNLİK İÇİNDƏ Putin əhaliyə əvvəlki nağılları danışa bilmir

RUSİYA STRATEJİ QEYRİ MÜƏYYƏNLİK İÇİNDƏ Putin əhaliyə əvvəlki nağılları danışa bilmir

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” qanadlı raketi və ya hər hansı başqa bir uzaqmənzilli raket verə biləcəyi ehtimalı Rusiya hakimiyyətini dərindən narahat etməyə başlayıb. Onlar hər vəchlə təlaşlarını gizlətməyə çalışsalar da, verdikləri açıqlamalardan aydın olur ki, hadisələrin xoşagəlməz istiqamətə getdiyini dərk edirlər. 

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov sərsəm Medvedevdən fərqi olaraq, çox ehtiyatlı və təmkinlə danışır. Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə deyib ki, ABŞ administrasiyası Ukraynaya“Tomaqavk” raketi yollamasına realist yanaşmalıdır və bu raketlərin verilməsi müharibənin gedişini dəyişməsə də, regionda vəziyyətin keyfiyyətcə dəyişməsinə səbəb olacaq. Maraqlıdır ki, artıq kimsə Rusiyanın “qırmızı xətti”ndən danışmır...

Əslində, Trampın Ukraynaya “Tomaqavk” raketləri tədarük edəcyi tam bəlli deyil, çünki əgər ABŞ prezidentinin sözlərinə diqqət etsək, biz orada konkret qərara rast gəlməyəcəyik. Jurnalst Trampdan soruşub ki, “Siz Ukraynaya “Tomaqavk” yollanılmasına icazə verilməsi barədə qərər qəbul etmisinizmi?”. Tramp isə öz cavabında həmişəki kimi rabitəsiz və xaotik cümlələrlə fikrini çatdırmaq istəyib və deyib ki, bu müharibə heç vaxt başlamamlı idi. O, əlavə olaraq vurğulayıb ki, Rusiya ilə Ukrayna arasındakı müharibədə heç kim yaxşı görünmür - heç kim. Fikir verirsinizmi, Tramp demir ki, Vladimir Putin bu müharibəni başlatmaqla mövcud beynəlxalq qanunları kobud surətdə pozub və bütün dünya təcavükarı layiqincə yerində oturtmaq üçün Ukraynaya lazımi səviyyədə hərbi və maddi yardım göstərməlidir.

Tramp “Tomaqavk”la bağlı deyib: ”Bəli, mən, ümumiyyətlə, əgər düşünsək, deyəsən, qərar qəbul etmişəm. Düşünürəm, mən aydınlaşdırmaq istəyirəm ki, onları hara göndərəcəklər. Mən bu sualı verməli olacağam”. Deməli, Tramp hələ ukraynalıları sorğu-suala tutacaq və onların bu raketlərlə nə edəcəklərini öyrənmək istəyəcək. Ola bilər ki, Trampın “Tomaqavk”larla Ukraynanın nə edəcəyini aydınlaşdırması prosesi xeyli uzansın, raket isə verilməsin. Unutmayaq ki, Tramp Putindən məyus olduğunu, bu səbəbdən də Rusiyaya qarşı senator Lindsi Qremin hazırladığı ağır sanksiyalar layihəsini işə salacağını bəyan etmişdi. Hətta Tramp bununla bağlı Putinə xəbərdarlıqla vaxt da vermişdi, amma biz bunun əvəzində nə gördük? O,Putini Alyaskaya görüşə dəvət etdi və onu aeroportda qırmızı xalı üzərində qarşıladı. Sonra dedi ki, gərək, Avropa Rusiyadan neft və “Sıxılmış Təbii Qaz” alışını tamamilə dayandırsın ki, mən də sözügedən sanksiyanı tətbiq edim. Tramp hələ də Putindən məyus olmaqda davam edir. Görəsən, Trampın ciddi təsirə malik tədbir görməsi üçün Putindən nə qədər məyus olması gərəkir? On dəfəmi, iyirmi dəfəmi? Görəsən, Tramp bütün bunları siyasi manevr kimi qəsdən edir, yoxsa, həqiqətən də ABŞ-nin fövqəldövlət olmasını undur? Nədən ABŞ ilə müqayisədə distrofikə bənzəyən Rusiya və onun prezidenti qarşısında özünü bu cür qətiyyətsiz aparır?

Hazırda dünya yeni nizam qaydalarının formalaşdırılması ərəfəsindədir və ola bilsin ki, indiki bifurkasiya vəziyyətində köhnə siyasi mədəniyyət və standartlardan imtina edilir. Tramp da buna uyğun davranır. Yəni, strateji qeyri- müəyyənlik dövrünə qədəm qoyuruq və Tramp da Rusiyanı, Çini və Avropanı bilərəkdən müəmma və bilinməzlər burulğanına salmağa çalışır. Şübhə etməyək ki, ”Tomaqavk” məsələsi Rusiyanı aldatmaq, dolaşdırmaq üçün gediş də ola bilər. Rusiyanı həqiqətən də strateji qeyri-müəyyənliyin içinə soxublar, Putin geriyə qayıda bilməz, o, yalnız məchul irəli hərəkəti seçməlidir.

Rusiya Prezidenti öz xalqına məchul gələcəyi xoşbəxt gələcək kimi sırımaq fikrindədir. Putin artıq üç il öncəki sözlərini təkrarlaya bilməz. O, deyə bilməz ki, biz “Xüsusi Hərbi Əməliyyat”-a başlamasaydıq, NATO gəlib Ukraynada Moskvanı vuracaq raketlər yerləşdirəcəkdi. İndi artıq nəinki Moskvanı, hətta Tümeni vura biləcək dronların Rusiya səmasında uçuşması reallığa çevrilib.

Putin artıq ictimaiyyətə birbaşa “hər şey plan üzrə gedir” deyə bilmədiyindən, dolayı üsullara əl atır. Kreml rəhbəri öz siyasətinin düzgün və uğurlu olmasını sübut etməyə və eyni zamanda əhalini müharibənin uzanmasına hazırlamağa çalışır. Elə bu məqsədlə də “Xüsusi Hərbi Əmilyyat”ın uğurlarından dəm vurmağa start verib. Putin ruslara demək sitəyir ki, Ukraynada gedən müharibə bir dövlət kimi Rusiyanın xilası üçündür və narahat olmağa dəyməz, biz bu il 5000 kvadrat kilometrə qədər ərazi azad(işğal) etmişik və sair.

Rusiya Prezidenti ”Xüsusi Hərbi Əməliyyat”ın birinci ayında Krım yarımadası da daxil olmaqla, Ukraynanın 27 fazinə, indi isə 19 faizinə nəzarət etdiklərindən danışmır. Digər yandan o, bu torpaqların zəbt olunmasında nə qədər canlı itki verildiyini, nə qədər pul xərcləndiyini dilinə gətirmir.

Ukraynanın “Хочу жит” (Yaşamaq istəyirəm) dövlət layihəsinin məlumatına görə, 2025-ci ilin səkkiz ayı ərzində Rusiya ordusunda 86 min 744 hərbçi öldürülüb, 34 min nəfər itgin düşüb,158 min 500 nəfər isə ağır yaralanıb. Beləliklə, Putin sanki beynində qurduğu “realiti şou” fantaziyasında NATO ilə döyüşür və hətta irəliləyir də. Ancaq ondan soruşan yoxdur ki, bu necə müharibədir ki, tabutlar yalnız Rusiyaya yollanır, alyans ölkələrində isə ölən yoxdur...

Putinin Rusiya xalqı ilə heç bir təması yoxdur ki, ondan kimsə nəsə soruşsun. Həm də Rusiya cəmiyyəti müharibənin gerçək təsirini yanacaq qıtlığına kimi həqiqətən də hiss etməyib. Ruslar müharibəni divandan izləyirlər və hərə öz işinin dalınca düşüb. Müqaviləçi muzdluların ölümünə cəmiyyətdə biganə yanaşırlar və deyirlər ki, bizə nə dəxli var, qazanc uğrunda döyüşməyə getmişdilər və ailələrinə də geniş sosial imtiyazlar, yaxşı pul verilir. Beləliklə, Rusiyada müharibə bütöv xalqın işi yox, konkret hər hansı ailənin problemi kimi dəyərləndirilir. Putinə də hələlik elə məhz bu lazımdır.

Amma Ukraynanın dron və raket zərbələri vəziyyəti yavaş-yavaş dəyişir və ona görə də ruslar kütləvi isterika ilə “Tomaqavk”, ”Flaminqo”, ”Sapsan” barəsində danışır, bu raketlərin “S-400” Zenit Raket Kompleksləri ilə vurulub-vurulmayacağını müzakirə edirlər.

Yeri gəlmişkən,onu da xüsusilə vurğulamaq lazımdır ki, əgər Ukrayna 2025-ci ildə 10 milyard dollar dəyərində raket və dron istehsal edibsə, gələn il bunun 35 milyard dollar həcmində olacağı nəzərdə tutulur. Sözsüz ki, bu layihələrin böyük əksəriyyəti Avropa ölkələri tərəfindən maliyyələşəcək və raketlər üçün lazım olan hissələrin bir qismi xaricdə istehsal ediləcək. Danimarka dekabr ayında öz ərazisində raket yanacağı zavodu tikəcək və heç şübhə yoxdur ki, bu zavodda “Flaminqo” və “Sapsan”raketləri üçün lazımi yanacaq buraxılacaq. Həqiqətən də bu müharibədə Ukraynanın öz leyhinə strateji dönüş yaratması üçün raketlər əlahiddə rol oynaya bilər.

Ukrayna Silahlı Qüvvələrinin yaxın bir il ərzində Rusiya ordusu ilə təmas döyüşlərində əzici üstünlük qazanması indiki şərtlər daxilində inandırıcı görünmür. Bunun üçün Rusiya daxilində iqtisadi təlatümlər yaşanmalı, hərbi zavodlar, Neft Emalı Zavodları, İstilik Elektrik Mərkəzləri dağıdıcı zərbələrə məruz qalmalı, əhali müharibənin dəhşətlərindən sarsılmalı və psixoloji cəhətdən məğlubiyyət ovqatına bürünməlidir. Daha doğrusu, Rusiyada həyat Putinin arzuladığı axar ilə getməməlidir.

Vaqif Nəsibov

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Oktyabr 2025 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see304

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see281

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see228

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see218

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see205

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see141

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see140

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see134

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see133

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri