Rusiya tarixində ən böyük brilyantın qiyməti açıqlandı
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya tarixində ən böyük brilyant 40-50 milyon dollara başa gələ bilər.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu qiymətləndirməni müstəqil sənaye eksperti Leonid Xazanov aparıb.
Onun sözlərinə görə, çəkisinə, ölçüsünə, xalisliyinə və çalarına görə belə daşın qiymətini dəqiq hesablamaq çətindir, lakin potensial olaraq bu, 40-50 milyon dollar və daha yüksək səviyyədə ola bilər.
L.Xazanov qeyd edib ki, brilyantın dəqiq qiymətini hərracda satış vasitəsilə və ya alıcı ilə fərdi sövdələşmə yolu ilə müəyyən etmək mümkündür.
Qeyd edək ki, daha əvvəl Rusiyanın almaz hasilatı şirkəti "Alrosa" ölkə tarixindəki ən böyük brilyantın cilalanması üzrə işləri başa çatdırdığını bəyan etmişdi. Onun çəkisi 100 karatdan çoxdur.
Baxış sayı:86
Bu xəbər 06 Aprel 2025 02:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















