Icma.az
close
up
RU
“Rusiya tərəfinin təqdim edəcəyi cavab olmadığı üçün rəsmi görüş keçirilmədi” DEPUTATDAN ŞƏRH

“Rusiya tərəfinin təqdim edəcəyi cavab olmadığı üçün rəsmi görüş keçirilmədi” DEPUTATDAN ŞƏRH

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə rəsmi görüşün keçirilməməsi diqqət çəkib. Məsələ ətrafında əsas müzakirə mövzusu təyyarə qəzasından sonra üzr məsələsi və bunun fonunda iki ölkə arasında münasibətlərin hansı istiqamətdə inkişaf etməsidir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu məqamlara aydınlıq gətirməsi həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrArzu Nağıyev mövzunu belə şərh edibDeputatın sözlərinə görə, Prezident İlham Əliyevin Çində Belarus, Pakistan və digər ölkə rəhbərləri ilə yüksək səviyyəli görüşləri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti uğurla həyata keçirilir

“Prezident İlham Əliyevin Çinə səfəri ərəfəsində “Əl-Ərəbiyyə” telekanalına verdiyi açıqlama diqqət mərkəzində olub. Dövlət başçısı müsahibəsində Rusiya ilə münasibətlər, təyyarə qəzasından sonra baş verənlər və xüsusən də Rusiya rəhbərliyinin Azərbaycandan üzr istəməməsi məsələsinə aydınlıq gətirib. Prezident həm ictimaiyyətə, həm də dünyaya mühüm mesajlar ünvanlayıb. Əslində bu suallara cavab verə biləcək tərəf Rusiya idi.

Əgər Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında rəsmi görüş baş tutsaydı, məhz Putin bu suallara cavab verməli idi. Görünən odur ki, Rusiya tərəfinin təqdim edəcəyi cavab olmadığı üçün rəsmi görüş keçirilmədi. Azərbaycan isə həmişə qonşuluq siyasətinə sadiq qalıb, bölgədə sülhün bərqərar olması üçün addımlar atıb. Buna görə də təşəbbüslər məhz Rusiya tərəfindən gəlməli idi. Lakin belə bir iradə ortaya qoyulmadığından görüş baş tutmadı”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Çində Belarus, Pakistan və digər ölkə rəhbərləri ilə yüksək səviyyəli görüşləri bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti uğurla həyata keçirilir.

O, vurğulayıb ki, bu kontekstdə Milli Məclisin Hibrit təhdidlərə qarşı Komissiyasının verdiyi bəyanat da mühüm əhəmiyyət daşıyır:

“Son vaxtlar Rusiya mediasında Azərbaycana qarşı açıq şəkildə informasiya müharibəsi aparılır. Bu prosesin 3–6 ay davam edəcəyi də proqnozlaşdırılır. Lakin Azərbaycan bütün bu təhdidlərə hazırdır. Çünki ölkəmiz müstəqil daxili və xarici siyasət yürüdür və Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın əsas məqsədi ərazi bütövlüyünün və suverenliyinin qorunması, həmçinin bütün vətəndaşların – istər ölkə daxilində, istərsə də xaricdə yaşayanların rifahının və təhlükəsizliyinin təmin olunmasıdır.

Rusiyanın nəzarətində olan bəzi media qurumları isə Azərbaycana qarşı təxribatçı ritorikanı qabartmağa çalışır. Bunun səbəbi də aydındır: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar addımlar atır, bir sıra dövlətlərlə ikitərəfli əməkdaşlıq əlaqələri qurur və Ermənistanla münasibətlərin nizamlanması üçün vasitəçi olmadan Vaşinqtonda birbaşa danışıqlar aparır. Bütün bunlar Rusiyanı qıcıqlandırmaya bilməz, çünki Kreml regiondakı proseslərin tam nəzarəti altında olmasını istəyirdi. Amma əksinə, Azərbaycan öz müstəqil siyasətini həyata keçirir”.

Arzu Nağıyev bildirib ki, bu səbəbdən informasiya təhdidlərinin və informasiya müharibəsinin aparılması gözlənilən idi.

Deputat əlavə edib ki. Azərbaycan bu təhdidlərin qarşısını almaq üçün mütəmadi tədbirlər görür, ictimaiyyətə və beynəlxalq ictimaiyyətə həqiqətləri çatdırır.

“Artıq aydın şəkildə görünür ki, bölgədə kim hansı mövqedə dayanır və kimin niyyəti nədən ibarətdir”-deyə Arzu Nağıyev fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri