Icma.az
close
up
RU
Rusiya Türkiyəyə “yaşıl işıq” yandıracaq? ŞƏRH

Rusiya Türkiyəyə “yaşıl işıq” yandıracaq? ŞƏRH

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri ərəfəsində bu ölkənin “Sinhua” agentliyinə müsahibə verib. Kreml sahibi həmin müsahibədə Rusiya-Çin münasibətlərinin son illərdə sürətlə inkişafından, ticarət əlaqələrinin həcminin 100 milyard dolları aşmasından ağız dolusu danışıb. Putin müsahibədə iki ölkə arasında bərabərhüquqlu tərəfdaşlığın mövcudluğunu vurğulayıb. Halbuki, Rusiya bir çox sahədə Çindən asılı vəziyyətə düşüb.

Modern.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibəyə və Qərbin sərt sanksiyaları ilə üzləşdiyinə görə əsas gəlir mənbəyi olan neftini və qazını ucuz qiymətə Çinə satmaq məcburiyyətindədir:

"Rusiya öz ticarətinin istiqamətini Qərbdən Çinə dəyişib. Çinin Rusiya bazarında çəkisi xeyli artıb. Bundan başqa Rusiya Qərb ölkələrindən ala bilmədiyi texnologiyaları Çindən almağa başlayıb. Bu amil də Rusiyanın Çindən asılılığını artırıb. 

Kreml sahibi müsahibədə Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında islahatlara çalışdıqlarını bildirib. Putinin sözlərinə görə, Moskva və Pekin Asiya, Afrika və Latın Amerikası ölkələri hesabına BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq istəyir. Ancaq Putin bunu deyərkən zəruri əlavəsini də unutmayıb: “BMT Təhlükəsizlik Şurasında istənilən dəyişiklik diqqətlə araşdırılmalıdır”. Yəni bu o deməkdir ki, yeni üzvlər Rusiya və Çinin istəklərinə cavab verməlidirlər.  

BMT Təhlükəsizlik Şurasının 5 daimi (ABŞ. Böyük Britaniya, Fransa, Rusiya və Çin), 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var. 2011-ci ildə Azərbaycan da ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsinin nəticələrinə görə formalaşıb. Daimi üzvlər müharibədə qalib ölkələrdir. Halbuki, Fransanın Təhlükəsizlik Şurası daimi üzvlüyünə salınması Böyük Britaniya ilə ABŞ-ın səyləri əsasında baş tutub. Fransa müharibənin qalibi deyildi. Buna baxmayaraq, Vaşinqton və Londonun səyləri əsasında Fransanı da siyahıya əlavə ediblər. 

İkinci Dünya müharibəsindən keçən 80 ildə beynəlxalq aləmdə reallıqlar dəyişib. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünü nəzərdə tutaraq “dünya 5-dən böyükdür” ifadəsini tez-tez səsləndirir. Türkiyə bölgədə real gücə çevrildiyinə görə, Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddiaçılar arasındadır. Hindistan, Misir, Braziliya kimi ölkələr də daimi üzvlüyə iddia edə bilərlər. Ancaq Moskva və Pekin hər iddiaçını dəstəkləməyəcək. Misal üçün Pekin rəqibi Hindistanın Təhlükəsizlik Şurasının daimi üzv olmasını dəstəkləyərmi? Və ya Rusiya Türkiyəyə “yaşıl işıq” yandırarmı?

Moskva və Pekinin məqsədi heç də BMT-də islahatlar aparmaq deyil. Bu iki ölkə sadəcə, Qərb ölkələri ilə mübarizədə tərəfdaşlarının sayını artırmağa çalışır və belələrinin BMT Təhlükəsizlik Şurasının Təhlükəsizlik Şurasına üzvlüyünü dəstəkləməyə hazır görünürlər. Ancaq Təhlükəsizlik Şurasında qərarlar yekdilliklə qəbul olunmalıdır. Vaşinqton, London və Paris Təhlükəsizlik Şurasının qapılarını digər ölkələrə açmağa hazır deyillər. Digər tərəfdən müasir dünyada əhəmiyyətli qərarlar BMT-dən yan keçir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayanda Kreml islahatların keçirilməsini zəruri saydığı BMT Təhlükəsizlik Şurasının mövqeyini nəzərə almamışdı. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri