Icma.az
close
up
RU
Rusiya Ukraynaya qarşı müharibəni hərbi meydanda aparmır, mülki ərazilərə hücum etməklə vəziyyəti ağırlaşdırır

Rusiya Ukraynaya qarşı müharibəni hərbi meydanda aparmır, mülki ərazilərə hücum etməklə vəziyyəti ağırlaşdırır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın vacib infrastruktura kütləvi zərbələrindən sonra yüz minlərlə insan Ukraynanın paytaxtı Kiyevi tərk edib. Kiyev meri Vitali Kliçko bunu Britaniyanın "The Times" qəzetinə verdiyi müsahibədə açıqlayıb. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında 3 milyondan çox insanın yaşadığı paytaxtı artıq 600.000 insan tərk edib. Kliçko əsas xidmətlər - istilik, su və elektrik enerjisi ilə bağlı vəziyyəti "kritik" adlandırıb. Kliçko yenidən paytaxt sakinlərinə mümkün olduqda şəhəri tərk etməyi tövsiyə edib, çünki soyuq hava proqnozu ən azı iki həftə davam edəcəyi təqdirdə temperatur -18°C-yə düşüb. Kliçko Rusiyanın hərəkətlərinin Kiyevi "humanitar fəlakətə" apardığını bildirib.

Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynada vəziyyət heç də yaxşı deyil: “Kiyev də daxil olmaqla ölkənin böyük ərazilərində elektrik enerjisi çatmır. 600 mindən yuxarı insanın Kiyevi tərk etdiyi deyilir. Bu da Rusiyanın hücumları ilə bağlıdır. Rusiyanın raket və dron hücumları bilavasitə elektrik şəbəkələrini hədəfə aldığına görə, belə bir problem yaranıb. Düzdür, Ukraynanı müdafiə edən qüvvələr və müttəfiqlər, o cümlədən Azərbaycan da bu məsələdə Ukraynaya dəstək olmağa çalışır, ora generatorlar göndərilir. Müxtəlif vurulmuş məhv edilmiş avadanlıqların yenisi ilə əvəz edilməsi istiqamətində müəyyən işlər görülür. Yəni indi, xüsusilə qış fəslində xalqın soyuqla üz-üzə qalması olduqca ağır vəziyyət yaranıb. Hətta bildiyim qədər ölkəni tərk edən, Avropaya yenidən köç edən insanlar da var. Olduqca ağır vəziyyətdir”.

Əli Mustafa

Əli Mustafa hesab edir ki, bu vəziyyəti də bir formada Ukrayna xalqı dəf edəcək. Əli Mustafa qeyd edib ki, vurulan enerji obyektlərinin bir hissəsi bərpa oluna bilər: “Elektrik enerjisi bərpa olunarsa, istilik də təmin edilər və digər məsələlər də yoluna düşər? Bir hissə də yəqin ki, çətinlikləri olsa da, əziyyətləri olsa da, dözəcəklər. Onsuz da Ukrayna xalqının başqa çarəsi yoxdur. Təcavüzə məruz qalan xalqın döyüşməkdən və mübarizə aparmaqdan mücadilə etməkdən başqa seçim imkanları yoxdur. Ukrayna xalqı çətinliyi dəf edəcək”.

“Bu gün Rusiyaya Amerikanın təsir etməyə təzyiq imkanları da var. Hazırda Amerikanın nümayəndə heyəti ilə Putinin görüşü barədə məlumatımız var. Yəni Amerika bu hücumların dayandırılmasını tələb edər. Beynəlxalq ictimaiyyətin də müəyyən təsir imkanları var. Davosdakı beynəlxalq toplantılarda da yəqin ki, bu məsələlər müzakirə olunur. Hər halda düşünürəm ki, dünya Ukraynanı köməksiz qoymayacaq, xüsusilə, enerji infrastrukturuna olan hücumların yaratdığı ağır nəticələrin aradan qalxmasına dəstək verəcəklər. Yəqin ki, Ukrayna hava hücumundan müdafiə sistemləri ilə də təmin olunacaq ki, növbəti belə hücum olsa, qarşısı alınsın”-deyə politoloq qeyd edib.

Əli Mustafa bildirib ki, Rusiyaya əlavə sanksiyalar tətbiq edilsə də, bunlar Ukrayna xalqının ağrı-acısını söndürə bilməz: “Ukrayna dirənişini davam etdirəcək. Rusiyaya təslim olmayacaq və bir formada yəqin ki, bu çətinliklər də aradan qalxacaq. Qışın da ömrü uzun deyil. Yaz gələcək və havalar dəyişəcək, bu sıxıntılar azalacaq. Təəssüf ki, Rusiya savaşı dayandırmır və bu savaşı apararkən yalnız hərbi hədəflər deyil, həm də mülki infrastrukturu vurur və mülki insanlara zərər verir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Yanvar 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri