Rusiya və Ukrayna Milad gününə qədər yüzlərlə əsiri dəyişdirə bilər Orban
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
O qeyd edib ki, dekabrın 25-də qeyd olunacaq katolik Milad bayramına qədər müharibə edən tərəflərin yəqin ki, belə bir müqavilə bağlamağa vaxtı olmayacaq. “Ona görə də mən çalışacağam ki, bu, pravoslav Milad bayramında baş versin, yəni yanvarın 7-dək”, - deyə bu təkliflə Moskva və Kiyevə müraciət etmiş hökumət başçısı bildirib.
Orban hesab edir ki, Rusiya və Ukrayna razılaşsalar, 700-800, hətta min məhbusu dəyişdirə bilər. "Təxminən 1,000 insan hətta iki-üç gün ərzində öz ailələrinin yanına qayıda bilər", - deyə baş nazir bildirib. O, belə bir razılaşmanın reallığa çevrilməsi üçün səylərini davam etdirəcəyini bildirib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















