Icma.az
close
up
RU
Rusiya və Ukrayna müharibəsinin sonuna onlar qərar verəcək Zelenski olmayacaq...

Rusiya və Ukrayna müharibəsinin sonuna onlar qərar verəcək Zelenski olmayacaq...

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstanın xarici işlər naziri Peter Siyarto hesab edir ki, Ukraynada sülhün bərqərar olması üçün əsas razılaşmalar Rusiya və ABŞ arasında əldə edilməlidir. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və onun liderləri hələ də münaqişənin davam etməsinə tərəfdar olsalar da, nəhayət, bu razılaşmaları qəbul etməyə məcbur qalacaqlar.

Maraqlıdır, Siyartonun bu sözləri nəyə hesablanıb?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, Siyarto məsələyə praqmatik yanaşır çünki danışıqlar elə ABŞ və Rusiya arasında gedir.

Onun sözlərinə görə, Siyarto çox peşəkar diplomatdır:

"O, bəzən hadisələri proqnozlaşdıra bilir. Siyartonun bu açıqlaması onu deməyə imkan verir ki, Macarıstan Avropa İttifaqının Ukrayna-Rusiya məsələsinə yanaşması ilə razı deyil. Macarıstan Rusiya ilə yaxınlığı olan dövlətdir. Hazırkı anda Rusiya ilə ABŞ-nin mövqelərinin yanaşması Macarıstanın da bunu dəstəkləməsinə vadar edir. Siyarto Ukraynanın adını çəkməsə də, demək istəyir ki, danışıqlar ABŞ və Rusiya arasında olmalıdır, nəinki Avropa İttifaqı, heç Ukrayna da iştirak etməməlidir".

Politoloq qeyd edib ki, perspektivdə Kiyev-Budapeşt xəttində narazılıqlar arta, həmçinin Aİ-nin Macarıstana münasibətində soyuqlaşma yarana bilər:

"Müəyyən Aİ ölkələri ilə Macarıstan arasında fikir ayrılıqları ola bilər. Bunun da özünü xüsusən iqtisadi məsələlərdə göstərməsi mümkündür. Gələcəkdə Aİ Ukraynaya kömək edə bilər, hətta Böyük Britaniya və Fransa artıq qoşun göndərib. Artıq ABŞ ilə Avropa arasında mübarizə gedəcək. Bu da Ukraynanı daha da pis vəziyyətə salacaq çünki seçim etməli olacaq. Rusiyanın hazırda əli daha güclüdür. Buna görə də ABŞ Rusiya ilə danışmağa çalışır. Ukraynanı isə razı salmaq asandır. Sadəcə Ağ Evdən Ukraynaya dəstəyin dayandırılacağının deyilməsi bəsdir".

K.Novruzov vurğulayıb ki, bu müharibədə hər iki tərəf məğlub olsa da, Rusiya faktiki olaraq uduza bilər.

Onun fikrincə, mümkün sülh sazişindən öncə Zelenski istefa verə və ya bu kimi səbəbdən hakimiyyətdən gedə bilər. Ukrayna tərəfdən sülh sazişinə imza çəkən şəxs Zelenski olmayacaq.


Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://sfera.az
archiveBu xəbər 31 Mart 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri