Icma.az
close
up
RU
Rusiya XİN: Ermənistan Qərbin təzyiqi altında işçi qruplarında və üçtərəfli formatlarda iştirakını dayandırdı KONKRET

Rusiya XİN: Ermənistan Qərbin təzyiqi altında işçi qruplarında və üçtərəfli formatlarda iştirakını dayandırdı KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistan, Azərbaycan və Rusiya 2023-cü ilin iyununda regionda nəqliyyat marşrutlarının bərpasına yaxın idilər, lakin Qərbin təzyiqi altında İrəvan işçi qruplarında və bütün üçtərəfli formatlarda iştirakını dayandırdı.

KONKRET.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın əhəmiyyətini qiymətləndirmək mümkün deyil. O xatırladıb ki, 2021-ci ilin yanvarında Moskvada Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə sammit keçirilib.

“Bu sammitdə sülh prosesinə start verilib və onun çərçivəsində üç ölkənin baş nazir müavinlərinin rəhbərliyi altında üçtərəfli işçi qrupu yaradılıb.

Bundan əlavə, razılaşma əsasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat blokadasının aradan qaldırılması, sərhədin delimitasiyası və demarkasiyası, həmçinin ölkələrin mülki cəmiyyətləri arasında əlaqələrin inkişafı kimi istiqamətləri əhatə edən üçtərəfli razılaşmalar sistemi qurulub. Bu baza sayəsində biz bir çox məsələlər üzrə real, əhəmiyyətli nəticələr əldə edə bildik”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, vasitəçi rolunda çıxış edən ABŞ və Aİ heç bir yenilik təklif etməyib və yalnız Rusiyanın işləmələrini təkrarlayıb, eyni zamanda onların mahiyyətini təhrif edib. M.Zaxarova əlavə edib ki, əslində Qərb regionda öz təsirini gücləndirmək və Rusiya, İran və Türkiyəni sıxışdırmaq üçün sülh prosesinə nəzarət etməyə çalışır.

“Onlar üçün Cənubi Qafqaz xalqlarının taleyi əhəmiyyət kəsb etmir, onları yalnız öz ambisiyaları hərəkətə gətirir. Qərbdən fərqli olaraq, biz Cənubi Qafqazın təhlükəsizliyi, sabitliyi və rifahında səmimi maraqlıyıq. Bu region bizim tarixi, iqtisadi və humanitar maraqlarımızın zonasıdır. Biz onun inkişafına töhfə verməyə hazırıq, çünki bu, sabitlik və təhlükəsizlik üçün əsasdır”, – deyə XİN rəsmisi vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri