Rusiya XİN: NATO nun Baltops 2025 təlimləri Rusiyaya qarşı yönəlib
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Qruşko NATO-nun Baltik dənizində keçirdiyi "Baltops-2025" hərbi təlimlərini Rusiyaya qarşı yönəlmiş provokasiya adlandırıb.
Milli.Az xəbər verir ki, bu barədə TASS agentliyinə açıqlamasında danışan Qruşko bildirib ki, təlimlərin ssenarisi şərti düşmənlə mübarizə üzərində qurulub və bu düşmənin məhz Rusiya olduğu açıq görünür:
"Bu təlimlərin gedişinə baxanda görünür ki, manevrlər konkret olaraq Rusiyaya qarşı yönəlib. Belə hərəkətlər provokasiyadan başqa bir şey deyil".
Qeyd edək ki, NATO-nun "Baltops" təlimləri hər il 1972-ci ildən bəri Baltik dənizində keçirilir. Bu ilki təlimlər 3 iyun 2025-ci il tarixində start götürüb. Əvvəllər əsasən hərbi hazırlıq və güc nümayişi xarakteri daşıyan manevrlər bu dəfə mümkün münaqişə risklərini artıran addım kimi qiymətləndirilir.
Qərb kəşfiyyatına əsaslanan bəzi proqnozlarda, Ukraynadakı müharibədə atəşkəs əldə edildikdən sonra Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşmanın başlaya biləcəyi ehtimal edilir.
Digər tərəfdən, regionda artan gərginlik Baltikyanı ölkələrin təhlükəsizlik tədbirlərini gücləndirməsinə səbəb olub. Estoniya, Latviya və Litva sərhədlərini möhkəmləndirərkən, peyk görüntüləri Rusiyanın Finlandiya ilə sərhəd bölgəsində istehkamlar qurduğunu göstərir.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 İyun 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















