Icma.az
close
up
RU
Rusiya yenidən meydan sahibi olmaq istəyir ŞƏRH

Rusiya yenidən meydan sahibi olmaq istəyir ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Vasif Əfəndiyev: “Moskva Cənubi Qafqazda itirdiyi statusu bərpa etməyə çalışır”


“Rusiya sülh yox, nüfuz axtarır. Kim Moskvanın masasında oturursa, onun orbitinə düşür”


Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin yenidən Bakı və İrəvana çağırış edib. Rusiya rəsmisi qeyd edib ki, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün meydança ayırmaq təklifi qüvvədə qalır. Bununla belə, o qeyd edib ki, sülh müqaviləsinin həyata keçirilməsi üçün hələ ciddi işlər görülməlidir: 

"Biz Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatları nəzərə alınmaqla, İrəvana və Bakıya qalan fikir ayrılıqlarının aradan qaldırılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq". Göründüyü kimi Kreml Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsinin məhz Moskvada imzalanması uğrunda mübarizəyə başlayıb. Halbuki, Qaluzinin iddia etdiyi kimi İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb. Buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni Konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb. Ekspertlərə görə, sülh sazişinin sənədi müxtəlif məkanlarda, iki ölkənin sərhədində, Tbilisidə, Ankarada və ya Astanada imzalana bilər.


Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Rusiya yenidən Azərbaycan-Ermənistan sülh prosesində "meydan sahibi" olmaq istəyir. Siyasi şərhçi vurğulayıb ki, bu, Rusiyanın regiondakı nüfuzunu bərpa etmək cəhdidir: 

"Rusiya üçün 10 noyabr bəyanatı sadəcə hərbi əməliyyatların dayandırılması sənədi, Kremlin Cənubi Qafqazda diplomatik varlığının hüquqi dayağıdır. Son illərdə Ukrayna müharibəsi və daxili problemlər səbəbindən Moskva regiondakı təsir imkanlarını itirib. Qaluzinin bəyanatı bu itirilmiş statusu bərpa etmək və 10 noyabr sazişini "diriltmək" niyyətindən xəbər verir. Rusiya çalışır ki, sülh sazişi 2020-ci il bəyanatı çərçivəsində imzalansın. Bu da öz növbəsində Qaluzin vasitəsilə Qərbə yönəlmiş mesajıdır. Qaluzinin "üçtərəfli bəyanat" vurğusu təsadüfi seçilməyib. Bu, sülh danışıqlarının Brüssel və Vaşinqton formatına açıq geosiyasi həmlədir. Moskva bu yolla bildirir ki, sülh danışıqlarının "hakim platforması" Qərb yox, Rusiya olmalıdır. Bu yanaşma eyni zamanda Paşinyan hökumətinə təzyiq elementidir. Çünki Ermənistan açıq şəkildə Qərbə istiqamətlənib. Kreml isə bu prosesi "strateji itki" kimi görür və qarşısını almağa çalışır. Moskvanın məqsədi sadəcə vasitəçilik deyil. Rusiya Cənubi Qafqazda itirdiyi geosiyasi balansı öz xeyrinə dəyişmək istəyir. Bu, Kremlin daha geniş "postsovet məkanı siyasəti"nin bir hissəsidir. Rusiya regionlarda Qərbin diplomatik təsirini məhdudlaşdırmaq və "mərkəzi oyunçu" statusunu qorumaq istəyir. Sülh danışıqları üçün "Moskva meydançası" təklifi bu planın konkret ifadəsidir. Kim Rusiya masasında oturursa, faktiki olaraq onun siyasi orbitinə daxil olur".


Analitik əlavə edib ki, Azərbaycan üçün əsas məqsəd sülh prosesinin kim tərəfindən deyil, nə nəticə ilə bitməsidir: 

"Bakı dəfələrlə vurğulayıb ki, sülhün əsası beş prinsip üzərində qurulmalıdır və bu prinsiplərdən kənara çıxmaq yolverilməzdir. Ona görə də Azərbaycan üçün əsas prioritet balanslaşdırılmış diplomatiya və real nəticədir. "Vasitəçi kim olur-olsun, əsas sülh olsun" düşüncəsi də geridə qalıb. Bu gün Azərbaycan uzunmüddətli hədəfləri təqib edir. Rusiyanın sülh prosesində yenidən fəallaşması həm Qərbin təşəbbüslərinə cavab, həm də nüfuzun reabilitasiyası cəhdidir. Lakin bu gün Cənubi Qafqaz artıq tək bir gücün nəzarətində deyil. Azərbaycan müstəqil siyasət yürüdür, Ermənistan isə Qərb və Rusiya arasında seçim qarşısında qalır. Əslində, Adnan Əhmədzadə və Ramiz Mehdiyevin həbsi Azərbaycan daxilində uzun illərdir mövcud olan "beşinci kolon" təsirinin sıradan çıxarılmasının rəmzi kimi dəyərləndirilir". 


V.Əfəndiyevə görə, bu addım təkcə siyasi təmizlənmə deyil, həm də Rusiyayönlü təsir şəbəkələrinin iflası anlamına gəlir: 

"Həmin ideoloji dairələr illərlə Moskvanın regiondakı maraqlarını qoruyan "daxili dayaqlar" rolunu oynamışdı. Bu gün artıq aydın görünür ki, Rusiyaya etibar etmək nə siyasi, nə də strateji baxımdan mümkündür. Moskvanın regiondakı siyasəti müstəqil dövlətlərin suveren maraqlarına deyil, öz imperiya reflekslərinə əsaslanır. Azərbaycan üçün bu reallıqdan çıxış yolu tam müstəqil, balanslı və milli maraqlara söykənən siyasət xəttidir. Nəticə etibarilə, Moskvanın "meydan sahibi" olmaq istəyi keçmişin refleksidir, amma gələcəyin reallığı başqadır. Putinin sovetləri diriltmək cəhdi nəticəsiz qaldı. Onun bu istiqamətdə israrı Rusiyanın ziyanına işləməkdədir. Putin daha çox Rusiyanın parçalanmasının qarşısını almağa yönəlik fəaliyyət göstərməlidir. Cənubi Qafqaz artıq Rusiyanın nüfuz dairəsi deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri