“Rusiya Ukraynaya ballistik raketlər və yüzdən çox dronla hücum edib“ Ukrayna KİV ləri
Icma.az bildirir, Moderator.az portalına istinadən.
"Raket və dronların əksəriyyəti məhv edilsə də, bir sıra bölgələrdə infrastruktura ziyan dəyib..."
Ukrayna Silahlı Qüvvələri Hava Qüvvələrinin məlumatına görə, yanvarın 14-nə keçən gecə Rusiya Ukraynaya növbəti kütləvi hava hücumu həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Hücumun gedişi və HHM-nin işi
Məlumatda deyilir ki, hücum zamanı ümumilikdə 116 hava hücum vasitəsi tətbiq olunub, Ukraynanın HHM qüvvələri isə onların 90-nı zərərsizləşdirib.
Məlumata görə, yanvarın 13-ü saat 18:30-dan etibarən Rusiya Rostov və Voronej vilayətlərindən üç ədəd "İsgəndər-M" tipli ballistik raket buraxıb. Paralel olaraq Kursk, Oryol, Millerovo, Primorsko-Axtarsk ərazilərindən, eləcə də müvəqqəti işğal altında olan Krımın Çauda və Qvardeyskoye istiqamətlərindən 113 ədəd zərbə dronu, əsasən "Shahed", "Gerbera" və digər tip pilotsuz uçuş aparatları istifadə olunub. Onlardan təxminən 70-i "Shahed" olub.
Hava hücumunun dəf edilməsində aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə bölmələri, pilotsuz sistemlər və mobil atəş qrupları iştirak edib. İlkin məlumatlara əsasən, səhər saat 08:00-a olan vəziyyətə görə, HHM vasitələri bir ballistik raketi və 89 düşmən dronunu ölkənin şərq və şimal bölgələrində məhv edib və ya sıradan çıxarıb.
Bununla yanaşı, iki ballistik raketin və 24 zərbə dronunun 13 müxtəlif məkanda hədəfə çatdığı, daha üç məkanda isə vurulmuş dronların qalıqlarının düşdüyü bildirilib. Hava Qüvvələri hücumun davam etdiyini və hava məkanında hələ də düşmən dronlarının olduğunu qeyd edərək əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Zərbələrin nəticələri və bölgələrdə vəziyyət
Düşmən hücumlarından xüsusilə Dnepropetrovsk vilayəti zərər çəkib. Axşam saatlarında raketlər Dnipro rayonuna yönəldilib, gecə isə Krivoy Roq dronlarla hədəfə alınıb. Şəhərdə yanğın baş verib, infrastruktur obyektlərinə ziyan dəyib.
Vilayət rəhbərliyinin məlumatına görə, Pavloqrad, Ternovka, Verbkivska icması və Sineľnikovo rayonunun Şaxtorskoye yaşayış məntəqəsi də dron hücumlarına məruz qalıb, müəssisələrin ərazilərində dağıntılar qeydə alınıb.
Nikolopol rayonu artilleriya atəşinə tutulub, nəticədə üç fərdi yaşayış evi dağılıb. Rəsmi məlumatlara görə, bütün bu hücumlar zamanı ölən və yaralanan olmayıb, vilayət ərazisində HHM qüvvələri 17 pilotsuz aparatı məhv edib.
Krivoy Roqda əvvəlki hücumlar nəticəsində şəhərin bir hissəsi işıqsız qalıb, 45 mindən çox abonentin enerjisi kəsilib, 700-dən artıq ev istiliksiz qalıb. Energetiklər və kommunal xidmətlər gecə boyu işləyərək elektrik və istilik təchizatını bərpa ediblər.
Eyni zamanda Kiyevdə və digər iri şəhərlərdə - Xarkov, Odessa və Krivoy Roqda da gecə və səhər saatlarında hava həyəcanı elan olunub, bəzi ərazilərdə partlayış səsləri eşidilib. Rəsmilər bir sıra hallarla bağlı dəqiqləşdirmələrin aparıldığını bildirib.
Beynəlxalq qurumlar isə bildirir ki, 2025-ci il Ukraynada mülki əhali üçün ən ölümcül illərdən biri olub və təsdiqlənmiş mülki itkilərin böyük əksəriyyəti Ukrayna hökumətinin nəzarətində olan ərazilərdə qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Yanvar 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















