Rusiyada antiterror rejimi zamanı vətəndaşların avtomobilləri müsadirə oluna bilinəcək
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Rusiya Federasiya Şurası antiterror əməliyyatı rejimi çərçivəsində antiterror tədbirlərini təmin etmək üçün vətəndaşlara məxsus nəqliyyatdan istifadəni nəzərdə tutan qanunu təsdiqləyib.
APA-nın Moskva müxbiri xəbər verir ki, qanun layihəsində Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında baxılıb.
Dəyişikliklər “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun antiterror əməliyyatlarının hüquqi rejiminin xüsusiyyətlərini müəyyən edən maddəsinə əlavələri nəzərdə tutur.
Antiterror əməliyyati rejiminin tətbiq olunduğu ərazilərdə mövcud qaydalara əsasən, əməliyyat müddətində insanların həyatı və ya sağlamlığı üçün real təhlükə yarandıqda mülkiyyət formasından asılı olmayaraq təşkilatlara, habelə fiziki şəxslərə məxsus nəqliyyat vasitələri və özüyeriyən maşınlardan “təcili tibbi yardıma ehtiyacı olan şəxslərin tibb müəssisələrinə çatdırılması, habelə terror aktı törətməkdə şübhəli bilinən şəxsləri zərərsizləşdirmək üçün istifadə edilməsinə icazə verilir.
Yeni qaydalar vətəndaşlara və təşkilatlara məxsus nəqliyyatdan terrorla mübarizə fəaliyyətinin təmin edilməsi üçün istifadə oluna biləcəyini müəyyən edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Fevral 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















