Icma.az
close
up
RU
Rusiyada azərbaycanlılara qarşı kütləvi polis cinayəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Rusiyada azərbaycanlılara qarşı kütləvi polis cinayəti So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Asif Nərimanlı, jurnalist:

- Rəsmi Bakı Yekaterinburqda azərbaycanlılara qarşı dövlət səviyyəsində törədilən zorakılığa görə Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfərini ləğv edib. Məlumatda deyilir: Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

Zaxarova baş vermiş hadisə ilə bağlı Azərbaycan tərəfinə "lazımi izahat" verildiyini, "vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu" demişdi. Görünür, Moskvanın "izahatı" Bakıda qəbul edilməyib. Rusiyanın FSB-nin törətdiyi qətlləri "etnik cinayətkar qrupun zərərsizləşdirilməsi" kimi təqdim etməsi də bu "izahat"ın nədən ibarət olduğunu anlamağa imkan verir.

Overçukun səfərinin ləğv edilməsi və Moskvaya "digər rəsmi şəxsin səfərinin heç bir əhəmiyyət daşımadığı"nın çatdırılması ilə Bakı adekvat reaksiya verir. Həm də azərbaycanlılara qarşı törədilmiş zorakılıq qarşısında səssiz qalmayacağını nümayiş etdirir.

Daha öncə Azərbaycan Qarabağ məsələsində qeyri-adekvat mövqe sərgiləyən ABŞ rəsmilərinin - dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Ceyms Obrayn - səfərinə veto qoymuşdu. Yekunda Bayden Administrasiyası Bakının mövqeyini qəbul etməli oldu. İndi eyni addım Rusiya rəsmilərinə qarşı atılır. Daha aqressiv siyasət yürüdən Rusiyanın bu veto qarşısında hansı reaksiyanı verəcəyi qeyri-müəyyəndir, lakin bu, bir məqamı təsdiq edir: Azərbaycan dövləti milli məsələlərdə prinsipial mövqeyindən geri çəkilmir;

Bakı Rusiya rəsmilərinin səfərinə veto qoymaqla Moskvaya aqressiv addımlarının diplomatik münasibətləri çətin vəziyyətə sala biləcəyinin də mesajını çatdırır.

Elxan Şahinoğlu, politoloq:

- Yekaterinburq hadisəsi ilə bağlı Rusiyada yaşayan və ya geri qayıdan soydaşlarımdan iki gün içərisində fərqli fikirlər də eşitdim, şərhlər oxudum. Bu fikirlərin ortaq mahiyyəti budur ki, Rusiyada yaşayan və çalışan azərbaycanlılar yerli qanunları pozmurlarsa, problemlə üzləşmirlər. Əlbəttə, azərbaycanlıların tamamının Rusiyada sıxışdırıldığını söyləməkdən uzağam, işində, gücündə olan soydaşlarım arasında heç zaman polis zorakılığı ilə üzləşməyənlərin varlığını istisna etmirəm. Ancaq Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir. Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar. Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdılar. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdkcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyəti yoxdur. Rusiyadakı diasporamız güclü olduğu halda, azərbaycanlıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür, Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Yekaterinburqda azərbaycanlılara qarşı işgəncə və qətl - Rusiyanın son zamanlardakı antiazərbaycan siyasətinin tərkib hissəsidir

Rusiya tərəfinin iddia etdiyi 24 il əvvəl baş vermiş və günahkarı məlum olmayan bir hadisəyə görə soydaşlarımıza silahlı basqın edilib, onların ailə üzvlərinə işgəncə verilib, bir neçə nəfər qətlə yetirilib.

Görünən hələlik odur ki, bu, hüquqi əməliyyat deyil - nümayişkəranə bir cəzadır, nəyinsə mesajıdır və antiazərbaycan siyasətinin bir parçasıdır.

Rusiya XİN-in qətlə yetirilən soydaşlarımızla bağlı "ürəktutma" açıqlaması absurd olduğu qədər də məsuliyyətsizdir.

Bu hadisə, təyyarə qəzasından sonra başlanan qaralama kampaniyasının, Azərbaycana qarşı sayğısızlığın, indiyədək də normal bir üzrxahlığın olmamasının və günahkarların cəzalanmamasının,  ümumiyyətlə son dövrlərdəki  antiazərbaycan çağırışlarının davamıdır.

Proqnozlaşdırmaq olar ki, Rusiya tərəfindən Azərbaycana qarşı informasiya və kiber hücumlar kəskinləşəcək.

Düşünürəm ki, XİN-in münasibəti, hökumətimizin Rusiyanın hökumət üzvləri ilə görüşdən imtinası doğru və vaxtında atılmış addımlardır.

Bunun ardınca Rusiya ilə münasibətlərə və ölkəmizdəki xüsusi imtiyazlara yenidən baxılmalı, Rusiyanın informasiya təhdidlərinə adekvat addımlar atılmalı, Milli Məclis səviyyəsində baş verənlərə münasibət bildirilməli, deputatlar, QHT-lər və media, ölkədəki Rus icması vahid mövqe ortaya qoymalıdır.

Elman Cəfərli, jurnalist:

- Rusiyada qeyri-ruslara, xüsusən türk-müsəlman xalqlara qarşı diskriminasiya siyasəti son həddə çatıb. Yekaterinburqda baş verən son hadisə, azərbaycanlıların qətlə yetirilməsi proseslərin təhlükəli məcraya girməsindən xəbər verir. Bu, artıq bardağı daşıran son damladır. Təkcə azərbaycanlılar deyil, Ukrayna ilə üzücü müharibə tatarların, başqırdların, çeçenlərin, dağıstanlıların səbr kasasını daşırıb.

Kreml başbilənləri bir şeyi unudur ki, Rusiya ərazisində yaşayan türk-müsəlman xalqları tarixin bütün dövrlərində bizə baxıb düzləniblər, Bakı onlar üçün "beyin mərkəzi" olub. Azərbaycana qarşı tutduqları ədalətsiz mövqeyə görə rus dövləti Tanrıdan da tərs şapalaq alıb. 20 yanvardan sonra sovet dövləti çökdü, rus alayının əli ilə törədilmiş Xocalı soyqırımından sonra Moskva "çeçen bataqlığına" saplandı. Onminlərlə rus gənci Qroznı civarında məhv edildi, rus analarının gözləri yaşlı qaldı.

Kremlin Rusiyada yaşayan azərbaycanlılara, türk-müsəlmanlara qarşı faktiki terror siyasəti tezliklə bumeranq effekti verəcək. Putinin çağımıza yaraşmayan faşist siyasəti Rusiyada mərkəzdənqaçma meyillərini gücləndirəcək. Qeyri-ruslara qarşı idbar siyasət həyata keçirən, qonşu dövlətlərin ərazisini zorla ilhaq etməyə çalışan Rusiya bu gedişlə federasiya ərazilərini belə qoruyub saxlaya bilməyəcək.

Elçin Alıoğlu, jurnalist:

- Rusiyada miqrantlara qarşı əsl ov kampaniyası geniş vüsət alır. Onları təkcə alçaltmır və polis bölmələrində döymürlər, həm də getdikcə daha çox Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalamağa məcbur edirlər. Güc strukturları kobud, cəzasız və getdikcə daha sistemli şəkildə hərəkət edirlər.

Zərərçəkənlərdən biri - qırğızıstanlı Almazdır. Onun sözlərinə görə, Moskvada sənədləri qaydasında olsa da, izahsız saxlanılıb. Bölmədə polis əməkdaşları onu döyüb, pul tələb edib, təhqir və alçalmalara məruz qoyublar.

"Deyirdilər: "Çurki, bura niyə gəlmisiniz, öz qaydalarınızı qoyursunuz". Qarından (bağırsaq nahiyəsinə) vururdular ki, iz qalmasın. Məni bölmədə on saatdan çox saxladılar. Bütün əşyalarımı, hətta dərmanlarımı da aldılar. Təzyiq dərmanlarımı qaytarmağımı xahiş etdim - rədd etdilər. Dedilər: "Ölməzsən. Tam pis olsa, təcili yardım çağırarıq". Hətta uzandığımda biri məni ayaqla təpikləyib dedi ki, "bura dincəlməyə gəlməmisən", - deyə kişi xatırlayır.

Nəticədə Almaz azadlığa çıxmaq üçün 20 min rubl ödəməyə məcbur olub. "Əvvəlcə 10 verdim. Sonra kartdakı qalığı görəndə hamısını çıxartdırdılar", - deyir o. Onun sözlərinə görə, bu, ilk dəfə baş vermir.

Başqa bir hadisə - may ayının sonunda Moskvada saxlanılan özbəkistanlı Umarla bağlıdır. Onu dostları ilə birlikdə bölməyə aparıblar, baxmayaraq ki, sənədləri qaydasında olub. Orada onlara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı təklif edən sənədlər verilib.

"Mən "imtina edirəm" işarəsini qoydum, amma nə imzaladığımı başa düşmədim. Sonra qışqırdılar: "Niyə döyüşmək istəmirsən?" Bizi orada bir neçə saat saxladılar. İndi qorxuram ki, məni hansısa tələ ilə günahlandırsınlar," - deyə o bildirir.

Umarın bəxti gətirib: zorakılıq olmayıb. Amma başqalarına bu qədər şans düşmür. Hüquq müdafiəçiləri başqa bir özbəkistanlı - Yusufun hadisəsini misal çəkirlər. Onu dəyənəklə döyüb, divara dirəyiblər və açıq şəkildə müharibəyə getməyə məcbur ediblər.

Miqrantların hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Valentina Çupikin sözlərinə görə, bu, artıq yeni normaya çevrilir: "İndi hər polis bölməsində, miqrasiya mərkəzlərində, xüsusi saxlama yerlərində - hər yerdə miqrantlara hərbi müqavilə imzalatdırmağa çalışırlar. Bu, məcburiyyət və qorxutmadır".

Mərkəzi Asiya ölkələrinin hakimiyyətləri isə öz vətəndaşlarını başqasının müharibələrində iştirak etməməyə çağırır.

Aqşin Yenisey, şair:

- Putin tez-tez sağını-solunu 1945-ci ildə Berlinə girən Qızıl Orduyla hədələyir.

Onun ordu dediyi şey, sadəcə, əyninə əsgər paltarı geyindirilib ölümə göndərilən sadə insanlar idi. Azərbaycanda elə bir nəsil yoxdur ki, II Dünya müharibəsindən geri qayıtmayanı olmasın. Bu adamların çoxu heç əsgərlik görməmişdilər. Yığıb aparıb tökürdülər nizami alman ordusunun qabağına.

Bizim bir qohum var idi, Berlinə qədər getmişdi, hərf tanımırdı. Belə ordu olur?

Yəni o qələbə hərbi qəhrəmanların yox, sıravi qurbanların hesabına qazanılmışdı.

Putinin Qızıl Ordu dediyi şey 1968-ci ildə Praqada dinc insanların üstünə tank sürən ordudur. 1989-cu ildə Əfqanıstandan dabanına tüpürüb qaçan ordudur, 1990-cı ildə Bakıda əliyalın əhaliylə döyüşən ordudur.

Qızıl Ordu nə vaxt öz hərbi heyətiylə təkbətək müharibəyə girib və qələbə qazanıb?

Ordusuna arxayın olan pomidorsatanı, kababçını, yeşikdaşıyanı məcbur müharibəyə göndərər?

Pərviz Sadıqov, jurnalist:

- Gündəlik olaraq qəzada, yıxılmada, boğulmada, qarpızdan, pomidordan zəhərlənən və ya hər hansı səbəbdən dünyasını dəyişən, heç bir ictimai yük daşımayan insanların fotolarını paylaşmaq OLMAZ!

Çünki davamlı olaraq

- insanlara neqativ ötürürsünüz, hər sadə vətəndaşın hekayəsi ictimai dramatikləşdirilir, hər səhəri 5 mərhumun fotosu, 10 qəzanın xəbəri ilə açırıq az qala;

- mərhumu müzakirəyə çıxararaq əlaqəsiz söhbətlərə səbəb olursunuz, mərhumun yaxınları sizi məhkəməyə versə, dəqiq uduzacaqsız.

- xüsusilə vəfat edən azyaşlıların fotolarını paylaşaraq cəmiyyətə travma yaşadırsız.

və ən əsası ETİK DEYİL! Bir insanın ictimai, siyasi məsuliyyəti, yükü yoxdursa, onun həyatının heç bir hissəsi özünün, yaxınlarının icazəsi olmadan paylaşıla bilməz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://525.az
archiveBu xəbər 01 İyul 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see242

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see176

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see169

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see151

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see146

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri