Icma.az
close
up
RU
Rusiyada azərbaycanlıların vəziyyətini faciəvi adlandırmaq doğru deyil ŞƏRH EDİLDİ

Rusiyada azərbaycanlıların vəziyyətini faciəvi adlandırmaq doğru deyil ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Rusiyada yaşayan azərbaycanlı miqrantların sayı ilə bağlı müxtəlif məlumatlar mövcuddur. Rəsmi rəqəmlərə görə, onların sayı təxminən 40–50 min civarındadır. Bununla belə, qeyd etmək lazımdır ki, Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyəti artıq Rusiya vətəndaşlığı alıblar və uzun illərdir həmin ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayırlar. Onların Rusiyadakı mövcudluğu həm iqtisadi, həm də mədəni sahədə öz təsirini göstərməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə,bəzən Rusiyada yaşayan azərbaycanlıların sayı və təsiri ilə bağlı şişirdilmiş məlumatlar dövriyyəyə buraxılır. Əslində, bu icma Rusiya cəmiyyətinə inteqrasiya olunmuş, fəaliyyətini qanuni əsaslarda quran və ümumilikdə cəmiyyətə töhfə verən bir sosial qrup kimi xarakterizə olunur: "Onların vəziyyətini “faciəvi” kimi qiymətləndirmək doğru olmaz.

Lakin son illərdə Rusiyanın miqrasiya siyasətinin sərtləşməsi bu ölkədə yaşayan azərbaycanlıların həyatına müəyyən mənfi təsirlər göstərməyə başlayıb. Xüsusilə Cənubi Qafqaz regionuna qarşı sərgilənən yeni siyasi xətt nəticəsində, bəzi hallarda azərbaycanlılara və ümumilikdə Qafqaz mənşəli şəxslərə qarşı ayrı-seçkilik və təzyiq halları artıb. Bu isə, öz növbəsində, Rusiyada yaşayan azərbaycanlıların sosial inteqrasiyasını çətinləşdirir, onların ictimai həyatda tam iştirakına və milli kimliklərini qorumaq imkanlarına müəyyən məhdudiyyətlər yaradır.

Təəssüf ki, bəzi hallarda Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşlarının hüquqları da pozulur. Onlar bəzən öz qanuni müdafiə imkanlarından tam şəkildə istifadə edə bilmirlər. Bu isə təkcə azərbaycanlı icmasına deyil, bütövlükdə Rusiyanın ictimai sabitliyinə də mənfi təsir göstərir. Miqrasiya siyasətində sərt yanaşmaların tətbiqi həmin ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiqləri artırır ki, bu da, təbii olaraq, Azərbaycan–Rusiya münasibətlərinə müəyyən gərginlik gətirə bilər.

Azərbaycan dövləti bu məsələyə olduqca həssas yanaşır. Ölkə rəhbərliyi və müvafiq dövlət qurumları, o cümlədən səfirliklər və konsulluqlar Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, sosial və mənəvi rifahının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Azərbaycan dövləti üçün soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, onların hüquqlarının təmin edilməsi strateji məsələdir. Eyni zamanda, bu istiqamətdə Azərbaycanla Rusiya arasında imzalanmış hökumətlərarası sazişlər və beynəlxalq müqavilələr də mühüm rol oynayır. Həmin sənədlərdə vətəndaşların hüquq və azadlıqlarının qorunması, insan hüquqlarının pozulmasının qarşısının alınması açıq şəkildə öz əksini tapır.

Fikrimcə, Rusiyada yaşayan azərbaycanlı icması kifayət qədər güclü lobbi potensialına malikdir. Onların arasında yüksək təhsilli, aktiv ictimai mövqeyə sahib şəxslər çoxdur və bu, icmanın Rusiyada nüfuzunun artmasına səbəb olur. Eyni zamanda, səmərəli fəaliyyət göstərən diaspor qurumları azərbaycanlıların birliyinin qorunmasında mühüm rol oynayır. Lakin son dövrlərdə Rusiya tərəfinin bu diaspor təşkilatlarının bəzilərinə nəzarəti gücləndirmək və ya idarəetməni mərkəzləşdirmək cəhdləri müşahidə olunur. Bu, müəyyən mənada, Azərbaycan üçün risklər yarada bilər.

Buna baxmayaraq, Azərbaycan dövləti bu kimi cəhdlərə biganə qalmır və həm diplomatik, həm də ictimai səviyyədə müxtəlif tədbirlər görür. Məqsəd, Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımızın milli birliyini qorumaq, onların Azərbaycanın dövlət maraqlarına uyğun fəaliyyət göstərməsini təmin etməkdir. Rusiyada yaşayan azərbaycanlıların taleyi, hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti üçün mühüm prioritet olaraq qalır. Azərbaycan bu məsələdə ardıcıl siyasət yürüdür və istər beynəlxalq, istər ikitərəfli münasibətlər səviyyəsində soydaşlarımızın hüquqlarının qorunmasını təmin etməkdə davam edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri