Rusiyada maraqlı oğurluq hadisəsi: Qarətçiyə tələb etdiyindən artıq pul təklif olunub, lakin götürməyib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Novokuznetsk şəhərində maraqlı oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, üzündə maska və əlində silah olan oğru təmkinli şəkildə şəhərin Kirov küçəsində yerləşən banklardan birinə basqın edib. O, qadın işçilərə silah tuşlayıb və 100 min rubl (2100 manat) tələb edib.
Lakin bu zaman qadın işçilərdən gözlənilməz cavab gəlib.
"Bizim daha çox pulumuz var!" - deyə qadınlar ona daha çox məbləğ təklif ediblər.
"Lazım deyil", - deyə nəzakətli cinayətkar imtina edib və tələb etdiyi puldan artığını götürməyib.
Daha sonra işçilər onu pulları oğurlamaq fikrindən tamamilə daşındırmağa çalışıblar. Lakin bu zaman o dözməyib və tələb etdiyi pulu almayacağı təqdirdə atəş açacağını deyib.
Nəticədə oğru istədiyi məbləği götürərək gözdən itib.
Polis artıq qarətçini axtarır.
Rusiyada maraqlı oğurluq hadisəsi: Qarətçiyə tələb etdiyindən artıq pul təklif olunub, lakin götürməyib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 17 Oktyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















