Icma.az
close
up
RU
Rusiyada müharibəyə “könüllü” əsgər yığımı kəskin azalıb Böyük pullar daha cəlbedici deyil AzPolitika onlayn siyasiictimai qəzet

Rusiyada müharibəyə “könüllü” əsgər yığımı kəskin azalıb Böyük pullar daha cəlbedici deyil AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Artan ödənişlərə və müavinətlərə, o cümlədən kreditlər üzrə borcları bağışlamaq vədlərinə baxmayaraq, Rusiya Silahlı Qüvvələrinə müqaviləli əsgərlərin və “könüllülərin” cəlb edilməsi kəskin azalıb.

Alman Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Janis Kluge Rusiya federal büdcəsindən əldə edilən statistik məlumatlara əsaslanaraq, orta hesabla üçüncü rübdə orduya gündə təxminən 700 yeni müqaviləli əsgərin cəlb olunduğunu açıqlayıb.

Hesablamalara görə, bu, 92,9 min könüllünün müqavilə bağladığı ikinci rübün nəticələrindən demək olar ki, üçdə biri qədər azdır. Söhbət gündəlik təxminən 1020 nəfərlik azalmadan gedir.

Vladimir Putin müqavilə imzalamaq üçün federal "bonusu" iki dəfədən çox – 195 min rubldan 400 min rubla qədər, eyni zamanda il üçün orta regional ödənişi 5 dəfə artaraq 900 min rubla çatdırsa da, bu məqsədlər üçün büdcə xərcləri artırılmayıb. Əgər ikinci rübdə müqaviləli hərbçilər üçün ödənişlərə 18,1 milyard rubl xərclənibsə, üçüncüdə - cəmi 16,1 milyard, yəni 12% az vəsait yönəldilib.

Kluge vurğulayır ki, büdcə məlumatlarından imzalanmış müqavilələrin dəqiq sayını müəyyən etmək çətindir: “Putinin federal ödənişlərin artırılması haqqında fərmanı avqustun 1-dən qüvvəyə minib, lakin büdcə maddələrində əlavə xərclərin hansı gecikmə ilə nəzərə alındığı bəlli deyil”.

Ekspert etiraf edir ki, bu geniş təxminlər verir: “Əgər hesab etsək ki, büdcədən dərhal daha çox ödəməyə başlayıblar, onda yeni müqavilə ilə cəlb olunanların sayı gündə 538-ə düşə bilər, yəni ikinci rübdəkindən iki dəfə çox azalma olar. Əgər 2 aylıq gecikməyə yol versək, o zaman Müdafiə Nazirliyi gündə 900-ə qədər adamı orduya cəlb edə bilərdi”.

Onun sözlərinə görə, hər halda, orduya qəbulun sürəti nəzərəçarpacaq dərəcədə azalıb.

NATO-nun hesablamalarına əsasən, yeni əsgər axını artıq cəbhədəki itkiləri ödəmirdi: "Noyabr ayında müharibə başlayandan bəri gündə rekord sayda 500 nəfərə çatdırdı ki, onlardan 300-ü döyüşlərdə öldürüldü. Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamalarına görə, sentyabrda Ukraynadakı müharibədə Rusiya ordusunun ölən və yaralananlarla birlikdə gündəlik ortalam itkisi 1271 nəfər olub".

Britaniya Müdafiə Nazirliyi Rusiyanın bütün müharibə zamanı ümumi itkilərini 610 min nəfər olaraq qiymətləndirir - 200 min ölü və 400 min yaralı. Pentaqon da oxşar rəqəmlər verir - 615 min nəfər, onlardan 115 mini ölüb, 500 mini yaralanıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri