Rusiyada sürücülük vəsiqəsi məhkəməsiz də ləğv edilə biləcək
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Rusiyada sürücülük vəsiqələri ilə bağlı yeniliklər 1 mart 2027-ci ildən qüvvəyə minəcək.
Avtosfer.az xəbər verir ki, hazırda Rusiyada sürücülük hüququnun xəstəliyə görə məhdudlaşdırılması məhkəmə qərarı ilə təmin edilir. Bu da çox uzun çəkən prosedur olduğundan polis buna az hallarda baş vurur.
Yeni qaydalara əsasən tibb müəssisəsi pasientdə sürücülüyə mane olan xəstəlik aşkar etdikdə bu barədə məlumatı polisə ötürməlidir. Polis xəstəxananın bildirişini əsas götürərək vətəndaşı sürücülük hüququndan məhrum edə bilər. Bu zaman məhkəməyə müraciət edilmədiyindən proses daha sürətli olacaq. Roma hüququnda deyildiyi kimi “bir həkimin rəyi üç şahidin ifadəsindən üstündür”.
Əslində dünya praktikasında bu hal yenilik olmayıb, Avropada 30 ildən çoxdur tətbiq edilir. Nəticədə epilepsiya, diabet, ürək problemləri və digər ciddi xəstəliyi olan sürücülərin sükandan məhrum edilməsi tezləşir.
Vüqar
Oxunub 0
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 20 Fevral 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















