Icma.az
close
up
RU
Rusiyalı ekspert: Ermənistan Azərbaycandan üzr istəməli, ölkədən qovduğu qaçqınları geri qaytarmalıdır

Rusiyalı ekspert: Ermənistan Azərbaycandan üzr istəməli, ölkədən qovduğu qaçqınları geri qaytarmalıdır

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son təxribat xarakterli bəyanatlarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, dünən Ermənistanın baş naziri mahiyyətcə bildirdi ki, respublika KTMT-yə qayıtmayacaq... Niyə məhz indi belə bəyanat verildi? Və biz yaxın gələcəkdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qanuni olaraq çıxmasını gözləməliyikmi?

- Hesab edirəm ki, Ermənistanın KTMT-dən çıxmasının vaxtı hələ çatmayıb. Niyə? Əvvəla, ona görə ki, İrəvanın həddindən artıq kəskin demarşları Rusiyanın Ermənistana qarşı iqtisadi sanksiyalar mexanizmini işə salmasına səbəb ola bilər. Və müvafiq olaraq, bu, Ermənistan Respublikası üçün ticarət-iqtisadi problemlər yaradacaq və büdcə üçün ciddi itkilərə səbəb olacaq. Paşinyan üçün isə bu, çətin ssenariyə çevriləcək. Ən azı indiki vaxtda. Rusiya ilə ticarət-iqtisadi əlaqələr və Aİİ-yə üzvlük Ermənistana böyük üstünlüklər verir. Qərbin vəd etdiyi iqtisadi dəstək və yardım isə Rusiya və KTMT-yə qarşı hücumlar nəticəsində Ermənistanın çəkə biləcəyi potensial itkilərlə müqayisədə kifayət qədər əhəmiyyətsizdir.

Nikol Paşinyanın dünənki aqressiv bəyanatları və KTMT müraciəti emosional demarşdan və Rusiya prezidenti Vladimir Putinin son çıxışına reaksiyadan başqa bir şey deyil. Yaxın gələcəkdə, fikrimcə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qanuni şəkildə rəsmiləşdirilmiş çıxması baş tutmayacaq.

Eyni zamanda qeyd etmək lazımdır ki, biz görürük: Ermənistan KTMT ilə hər hansı əməkdaşlıq formatından imtina edir, müxtəlif səviyyəli görüşlərdə iştirak etmir, hərbi təlimlərdə, gündəlik fəaliyyətlərdə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının planlaşdırılmasında iştirak etmir və qanunla müəyyən edilmiş rüsumları ödəməkdən imtina edir.

- Əgər Ermənistan gələcəkdə KTMT-dən çıxsa, bu struktur üçün nə deməkdir?

- Praktiki baxımdan Ermənistanın KTMT-dən çıxması, düzünü desək, struktur üçün mənfi siqnal olacaq. Üstəlik, əgər söhbət kollektiv təhlükəsizlik sistemindən, hərbi mexanizmlərdən gedirsə, Ermənistanın çıxmasından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı heç də zərər çəkməyəcək. Amma siyasi baxımdan bu, Paşinyanın qərarı nəticəsində struktura ziyan vuracaq. Üstəlik, bunun İrəvanın KTMT-yə və bu strukturun üzvü olan dövlətlərə ünvanladığı neqativ və tez-tez bədnam bəyanatlarla müşayiət olunacağı göz qabağındadır. Ermənistan KTMT-dən çıxsa, bu, təşkilata müəyyən zərər vuracaq. Bu isə Rusiyaya qarşı hədsiz bir addımı nümayiş etdirəcək. Kreml Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını belə qiymətləndirəcək.

Ermənistan, məncə, öz qərarlarının risklərini və nəticələrini kifayət qədər ölçüb-biçmir. İrəvanda, görünür, mənfi nəticələr ssenariləri baxımından ekspert rəylərinin dəqiq hesablanması və təhlilindən daha çox emosional yanaşma hələ də üstünlük təşkil edir. Ən azı Rusiya iqtisadi reaksiya rejimini işə salacaq. Şərhimdə vurğulamaq istəyirəm ki, mənim vəziyyəti qiymətləndirməyim Ermənistanı qorxutmaq deyil. Mən bir ekspert kimi hazırkı vəziyyəti Ermənistanın onun üçün hər hansı mümkün nəticələri ölçüb-biçməli olması kimi qiymətləndirirəm. Nəticələri isə Ermənistan Respublikası üçün böyük iqtisadi itkilər olacaq. Bu, Ermənistan meyvə-tərəvəzinin, kənd təsərrüfatı sektorunun ixracının sıfıra endirilməsi, fitosanitar nəzarətə qoyulan məhdudiyyətlərdir. Görünür, bundan sonra “erməni brendi” Rusiyaya yox, Fransaya ixrac olunacaq... İrəvanın sevimlisi olan Makron da buna lobbiçilik etsin. Görək necə edir.

Əgər Paşinyan KTMT və Rusiya ilə münasibətlərində “vintləri sıxır”, “ipi qırırsa”, unutmamalıdır ki, ermənilər hər il Rusiyadan Ermənistana təxminən 5-6 milyard dollar köçürürlər. Söhbət strateji sferada, hərbi təhlükəsizlik sahəsində, siyasi təmaslar sferasında münasibətlərin pozulmasından gedirsə, o zaman iqtisadi münasibətlərdə qırılma olacaq.

Bu baxımdan Ermənistanın baş naziri də öz seçki perspektivlərini hesablamalıdır. Bu, Ermənistan tərəfindən guya Rusiya və KTMT-nin köməyə gəlmədiyi haqda uydurma şüarlar səsləndirmək deyil. Əlbəttə, siz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edirsinizsə, bunun ardınca adekvat cavab gələcək.

Erməni elitası siyasi qərarların iqtisadi komponentini özləri üçün aydın təhlil etməlidir. Hələlik hər şeyin rəvan gedəcəyi illüziyası altında olduqlarını hiss edirlər.

Eyni zamanda Ermənistana hərbi zəmanəti kim verəcək? İran? Olmayacaq. İranın həm daxili, həm də xarici siyasətində onsuz da çoxlu problemləri var. Bundan əlavə, indi Suriya onun əhəmiyyətli səylərini, o cümlədən hərbi səylərini yayındıracaq. Düşünürəm ki, Tehranın İrəvanı fəlakətlərdən xilas etməyə vaxtı olmayacaq.

Digər variant isə Qərbin Ermənistana hərbi kontingent göndərməsidir- bütün bunlar kifayət qədər illüziyadır. Ona görə də Ermənistan Respublikasının KTMT-dən çıxması “təhlükəsizlik çətiri”nin itirilməsi ilə nəticələnəcək.

Paşinyan hər hansı iddiada olmaqdansa, Azərbaycanla sülh müqaviləsi imzalasın.

- ABŞ Ermənistanda qərbyönümlü partiyaları Paşinyanın Qərbdən gələn tövsiyələri yerinə yetirməsinə nəzarət etmək üçün təşviq etmək niyyətindədir... Bu o deməkdirmi ki, onlar Ermənistanın baş nazirini Rusiyadan daha sürətlə açılmağa sövq etməyə çalışırlar?

- Şübhəsiz ki. Bildiyiniz kimi, ABŞ-ın postsovet məkanında ən böyük səfirliyi Ermənistanda yerləşir və o, uzun müddətdir ki, İrəvanla Moskva arasında münasibətləri pozmağa çalışır.

Burada Gürcüstandakı vəziyyətə istinad etməyə bilmərik. Hakim “Gürcü arzusu”nun hakimiyyəti əlində saxladığı və “rəngli inqilablar” texnologiyalarına tab gətirdiyi bir şəraitdə Ermənistanın Vaşinqton və kollektiv Qərbin gözündə statusu onların regionda təsir əməliyyatları üçün mühüm tramplin kimi yüksələcək.

- Azərbaycan Prezidenti dünən Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılmasının zəruriliyi və İrəvanın bu mövzuda dialoq aparmaması mövzusunu qaldırdı...

- Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması beynəlxalq hüquq baxımından tamamilə ədalətlidir. Ermənistan ərazisindən qovulmuş azərbaycanlılar və onların övladları geri qayıtmalı, Ermənistan hökuməti Azərbaycandan rəsmi üzr istəməli, təzminat ödəməli və azərbaycanlıların Ermənistan Respublikasına qaytarılması prosesinə başlamalıdır. Bu mövzu İrəvanda anlayışla qarşılanacaqmı? Yox. Onlar məsələnin özünü belə müzakirə etmək istəmirlər. Halbuki həqiqət həmişə qalib gəlir. Və İrəvanın azərbaycanlılarla dialoq aparmasının zəruriliyi getdikcə üstünlük təşkil edəcək. İndiki Ermənistan əsasən monoetnik dövlətdir. Bu isə millətçiliyin və milli eqoizmin böyüməsi üçün münbit zəmindir.

Tərcümə - Elçin Bayramlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see309

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see245

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see187

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see128

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri